bordovların cəhdləri fiaskoya məhkumdur
15.12.2022 [10:24]
Azərbaycan daxili işlərini heç kimlə müzakirə etmir
Dünyaya tolerantlıq və dialoq məkanı olaraq nümunə göstərilən Azərbaycanda multikultural dəyərlər yaşamaqda və inkişaf etməkdədir. Yerləşdiyi Cənubi Qafqaz regionunun siyasi-iqtisadi lideri sayılan Azərbaycanda millətlərarası münasibətlərin inkişaf etdirilməsi hər zaman yüksək dəyərləndirilir. Ölkəmizdə milli-dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, əksinə tolerantlıq, mədəni dialoq mühitinin əsas ünsürləri şəklində çıxış edir və birləşdirici funksiya daşıyır. Azərbaycanda hər zaman hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib və göstərilməkdədir. Azərbaycan Konstitusiyasında dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabər hüquqla təsbit olunması Azərbaycandakı tolerantlığın bariz sübutudur.
Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır...
Təəssüf ki, Azərbaycanda formalaşan bu multikultural həyat tərzindən sui-istifadə etməyə çalışanlar, ölkəmizdəki tolerantlığı özlərinin siyasi ambisiyalarına qurban etmək istəyənlər də tapılır. Vurğulamaq lazımdır ki, Azərbaycan hələ erməni işğalı dövründə belə, işğal altındakı ərazilərimizdə yaşayan xalqların Azərbaycan vətəndaşları olduqlarını bəyan etmişdi. Vətən müharibəsindən sonrakı dövrdə də Azərbaycan Prezidenti Qarabağda yaşayan ermənilərin və digər xalqların da Azərbaycan vətəndaşları ilə bərabər hüquqa malik olduqlarını dilə gətirib. Bu məsələ isə müzakirə predmeti ola bilməz. Ölkə Prezidenti İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində də bildirmişdi ki, Qarabağda yaşayan ermənilər, bizim vətəndaşlarımızdır və onların taleyini, gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla.
Beləliklə, Vətən müharibəsinin bitməsi ilə yekunlaşan Qarabağ münaqişəsi, həm də digər məsələyə - Qarabağda yaşayan vətəndaşlarımızın gələcək taleyi, hüquq və azadlıqları məsələsinə də aydınlıq gətirdi. Başqa sözlə, bu Azərbaycanın daxili işidir və bu məsələnin yeganə çıxış yolu var - Prezident İlham Əliyevin də bildirdiyi kimi, bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar: “Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır”.
Bordov kimdir, yoxsa kimindir?
Amma bəzi təxribatçılar guya “narahatlıq” keçirir və bunu fərqli üsullarla “həll etməyə” çalışırlar. Məsələn, azərbaycanlıların Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya ilə bağlı Qarabağdakı qondarma “rus icması”nın sədri Aleksandr Bordov bildirib ki, “Dağlıq Qarabağ”da yaşayan soydaşlar öz mülki, siyasi, sosial, iqtisadi və mədəni hüquqlarını həyata keçirməkdə, öz hüquqlarını qorumaqda Rusiyanın dəstəyinə arxalanmaq hüququna malikdirlər. Erməni əsilli Bordov özünün təxribatçı çıxışında ölkəmizi 10 noyabr üçtərəfli bəyanatını pozmaqda ittiham edib: “Təəssüf ki, bizim ciddi problemlərimiz var və bu, ilk növbədə, müharibədən sonrakı reallıqlara aiddir. 10.11.2020-ci il tarixli üçtərəfli atəşkəs sazişi vaxtaşırı kobud şəkildə pozulur”.
Bakıda anadan olmuş, erməni əsilli Bordov Rusiya FTX-nin akademiyasını bitirib. Başqa sözlə, A.Bordov fərqli maraqların təmsilçisi olmaq üçün hazır “materialdır”. Onun Qarabağda yaratmağa çalışdığı qarşıdurmaların motivi isə hər kəsə bəllidir. Bu gün dünyanın bir nömrəli problemləri sırasında yer alan məsələləri Azərbaycana “daşımaq”, Qarabağda daha fərqli ssenarilər hazırlamaq üçün əldən-ayaqdan gedən Bordov anlamalıdır ki, onun planları baş tuta bilməz.
Azərbaycanda fərqli ssenarilər aktual ola bilməz
Bordov Azərbaycanı başqa ölkələrlə qarışdırmamalıdır. Azərbaycanın ərazisində fərqli ssenarilər qurulması mümkün deyil. Yəni, Qarabağda yaşayan ermənilər üzərindən başqa maraqların “dili” və ya “əli” olmaq heç bir işə yaramayacaq. Qarabağ tarixən Azərbaycan torpağı olub - hətta 28 illik işğal dövründə belə Qarabağla bağlı Ermənistan da daxil olmaqla, heç bir ölkə fərqli mövqe nümayiş etdirməyib. Hətta Ermənistanın Azərbaycan torpaqlarında yaratmağa çalışdığı qondarma qurumu belə, Ermənistan da daxil olmaqla, heç bir ölkə tanımayıb. Bütün bunlar isə çox şeydən xəbər verir - ən əsası da Azərbaycanın haqlı mövqeyinin bütün dünya gücləri tərəfindən dəstəkləndiyinin bariz sübutudur...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxElm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31

