YAP Sədrinin müavini ilə Türk Demokratik Partiyasının sədri arasında görüş keçirilib
21.12.2022 [12:02]
Xəbər verildiyi kimi, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Demokratik Partiyasının dəvəti ilə Şimali Makedoniya Respublikasına səfər edib.
Səfər çərçivəsində YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Türk Demokratik Partiyasının sədri, Şimali Makedoniya parlamentinin deputatı və Şimali Makedoniya – Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Beycan İlyas arasında görüş keçirilib.
Şimali Makedoniya Türk Demokratik Partiyasının Mərkəzi Qərargahında baş tutan görüşdə Beycan İlyas qarşılıqlı səfərlərin istər ölkələr, istərsə də siyasi partiyalar arasında münasibətlərin inkişafı baxımından önəmli olduğunu vurğulayıb. “Bu ilin may ayında Yeni Azərbaycan Partiyasının dəvəti ilə dost, qardaş Azərbaycana səfərimiz çərçivəsində səmərəli görüşlər keçirdik və qarşılıqlı faydalı əməkdaşlığın möhkəm əsaslarını yaratdıq”, - deyən Beycan İlyas YAP ilə Şimali Makedoniya Türk Demokratik Partiyası arasında imzalanmış Əməkdaşlıq Memorandumundan irəli gələn vəzifələrin yerinə yetirilməsinin ikitərəfli əlaqələrin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. Partiya sədri cari ilin noyabr ayında Bakıda Yeni Azərbaycan Partiyasının 30-cu ildönümü ilə əlaqədar keçirilən tədbirdə, eyni zamanda, ICAPP-ın xüsusi konfransında iştirakını məmnunluqla xatırladıb, Türk Demokratik Partiyasının YAP ilə əlaqələrin gücləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyası ilə Türk Demokratik Partiyasının əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin Azərbaycan-Şimali Makedoniya münasibətlərinə mühüm töhfə olduğunu vurğulayıb. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanan, işğal faktını aradan qaldıraraq ərazi bütövlüyünü bərpa edən Azərbaycan yeni geostrateji reallıqlar yaradıb və yeni mərhələdə dost, tərəfdaş ölkələrlə münasibətlərin inkişafı üçün ardıcıl addımlar atır. Azərbaycanın tarixi Zəfəri Türk dövlətləri üçün də yeni imkanlar və perspektivlər yaradıb. Yeni reallıqlar fonunda Türk dövlətlərinin ortaq hədəflərə yönəlik birgə təşəbbüsləri olduqca önəmlidir. Bu kontekstdə Türk dövlətlərinin siyasi partiyaları arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi də vacibdir. Yeni Azərbaycan Partiyası ilə Türk Demokratik Partiyası bu reallıqları nəzərə alaraq dostluğa və qardaşlığa əsaslanan münasibətlərin inkişafı istiqamətində ardıcıl addımlar atırlar. “2022-ci il mayın 10-da Yeni Azərbaycan Partiyası və Şimali Makedoniya Türk Demokratik Partiyası arasında imzalanmış Əməkdaşlıq Memorandumu çoxşaxəli işbirliyinin əsas istiqamətlərini və prioritetlərini müəyyənləşdirən çox önəmli sənəddir. Qarşılıqlı səfərlərin həyata keçirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması və bir sıra digər addımlar isə partiyalararası münasibətlərə dinamizm gətirir”, - deyən YAP Sədrinin müavini tərəflərin siyasi iradələri əsasında Yeni Azərbaycan Partiyası ilə Türk Demokratik Partiyasının birlikdə mühüm nailiyyətlərə imza atacaqlarına inamını ifadə edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, YAP İdarə Heyətinin üzvü Musa Quliyev, Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli daxildir.
Xəbər lenti
Hamısına baxDünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27

