Yeni idarəetmə institutu
24.12.2022 [10:25]
Çeviklik və səmərəlilik artacaq
MÜBARİZ
Azərbaycan Prezidenti İlham Əliyev 22 dekabr 2022-ci il tarixində “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında” Fərman imzalayıb. Həmin sənədə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib. Eyni zamanda, “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə” təsdiqlənib. Müəyyən edilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi rəhbərlik edir. Bundan sonra mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirəcəklər.
Naxçıvanın yeni inkişaf mərhələsi
Azərbaycanın bütün bölgələri kimi, ayrılmaz tərkib hissəsi olan Naxçıvan da son 19 ildə ahəngdar inkişaf dövrünü yaşayıb. Bütün bu illər ərzində Prezident İlham Əliyev muxtar respublikanın inkişafına xüsusi diqqət göstərib. Bunu belə bir fakt da əyani şəkildə təsdiqləyir ki, Prezident İlham Əliyev dövlət başçısı olduğu dövrdə muxtar respublikaya 15 dəfə səfər edib. Dövlətimizin başçısı bu səfərlər çərçivəsində 100-ə yaxın təhsil, səhiyyə, idman və mədəniyyət müəssisəsinin, istehsal sahəsinin və hərbi təyinatlı obyektlərin açılışlarında iştirak edib. Naxçıvanda aparılan abadlıq-quruculuq işləri, müasir infrastrukturun yaradılması, nəqliyyat-kommunikasiya xətlərinin çəkilişi işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilib. Bununla əlaqədar olaraq Azərbaycan Prezidenti tərəfindən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə müxtəlif illərdə sərəncamlar imzalanıb. Xatırladaq ki, təkcə 2012-2018-ci illərdə ayrı-ayrı layihələr istisna olmaqla, muxtar respublikanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Naxçıvan Nazirlər Kabinetinə ümumilikdə 40 milyon manata yaxın vəsait ayrılıb.
Uğurla reallaşdırılan layihələr sayəsində muxtar respublikanın infrastruktur təminatını yüksək səviyyəyə qaldırmaq mümkün olub. Bir vaxtlar Naxçıvanda yollar bərbad vəziyyətdə idi, elektrik enerjisi kəskin şəkildə çatışmırdı, qazlaşdırmanın əhatə dairəsi məhdud idi. Hazırda isə muxtar respublikanın əksər yaşayış məntəqələrini rahat yollar birləşdirir. Əgər 2003-cü ilin sonuna Naxçıvanda 1 elektrik stansiyası fəaliyyət göstərirdisə, indi bu rəqəm 10-a yaxındır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Naxçıvana ayrılan vəsait ildən ilə artıırlır. Yeri gəlmişkən, gələn il üçün muxtar respublikaya ayrılacaq dotasiya builki ilə müqayisədə bir qədər də artırılaraq 482,4 milyon manat nəzərdə tutulub.
İnfrastruktur və maliyyə təminatının gücləndirlməsi muxtar respublikada iqtisadi inkişafa təkan verib. 2003-cü ildən ötən dövrdə muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 16, sənaye məhsulunun həcmi 56 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi isə 7,5 dəfə artıb. Bəhs olunan dövr ərzində muxtar respublikada 78 min 500-dən çox yeni iş yeri açılıb.
Vaxtında aparılan islahat
İnkişafın yüksək səviyyəsi muxtar respublikada idarəetmənin də müasirləşdirilməsini zərurət kimi gündəmə gətirmişdi. Müasir qlobal çağırışların vaxtında və çevik şəkildə qarşılanması üçün idarəetmənin də yeni çərçivələri müəyyənləşdirilməli idi. Bunları nəzərə alaraq muxtar respublikada yeni idarəetmə institutunun yaradılmasını vaxtında görülmüş islahat tədbiri kimi dəyərləndirə bilərik. İdarəetmə çevik olmalı və inkişafa yeni impuls verməlidir.
Dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini muxtar respublikanın ictimaiyyətinə təqdim edib. Samir Nuriyev təqdimat mərasimində çıxış edərək bildirib ki, Prezident İlham Əliyev sosial-iqtisadi inkişaf məsələlərinin həlli ilə yanaşı, həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsini, bütün sahələrdə şəffaflığın təmin edilməsini, inkişafa mane olan mənfi halların aradan qaldırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır.
Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Əsasnamə ilə səlahiyyətli nümayəndəliyin konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Bunlar aşağıdakılardır:
1. müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;
2. müvafiq ərazinin davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanlarının digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyətini təmin etmək;
3. müvafiq ərazidə ictimai, sosial və iqtisadi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə mütəmadi hesabatlar təqdim etmək;
4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

