Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 8,1 milyon avro hara xərclənəcək?

8,1 milyon avro hara xərclənəcək?

26.01.2023 [10:34]

Avropa İttifaqının Ermənistandakı yeni missiyası üçün ayrılmış bu vəsaitin xərclənmə istiqamətləri açıqlanmayıb

Nardar BAYRAMLI

Məlumdur ki, Avropa İttifaqı Şurası bir neçə gün öncə Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılması haqqında qərar qəbul edib. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel bildirib ki, Ermənistanda missiyanın yaradılması Aİ-nin Cənubi Qafqazda iştirakının yeni mərhələsini açır: “Aİ gərginliyin azaldılması səylərini dəstəkləməyə davam edəcək və regionda davamlı sülhün əldə edilməsinə nail olmaq üçün hər iki tərəflə yaxından işləyəcək”. İddia olunub ki, missiya, həmçinin Avropa Şurasının prezidenti Şarl Mişelin rəhbərlik etdiyi prosesdə vasitəçilik səylərinə töhfə verəcək. Qeyd edilib ki, EUMA-nın ilkin mandatı iki il olacaq və onun əməliyyat qərargahı Ermənistanda yerləşəcək. Mülki Əməliyyatlar Komandanı EEAS-ın mülki planlaşdırma və icra üzrə idarəedici direktoru Stefano Tomat olacaq.

Missiya sülh prosesinə xələl gətirməməlidir

Aİ missiyasının Ermənistana göndərilməsinə rəsmi Bakı öz mövqeyini bildirib. Xarici İşlər Nazirliyi bəyan edib ki, Avropa İttifaqı missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir. Azərbaycan tərəfi Aİ missiyasının fəaliyyətə başlaması ilə bağlı müzakirələr prosesində keçmiş təcrübədən irəli gələn lazımi dərslərin çıxarılmasına maksimum diqqət yetiriləcəyini gözləyir. Məlumdur ki, Aİ-nin Ermənistan ərazisində monitorinq fəaliyyəti 2022-ci il oktyabrın 6-da Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının sədri arasında keçirilmiş Praqa görüşündə əldə olunmuş razılaşmadan irəli gələrək mülki monitorinq missiyasının yerləşməsi ilə başlayıb. Azərbaycan normallaşma prosesinə kömək göstərəcəyinə inanaraq, bu fəaliyyətin həyata keçirilməsinə razılıq verib. İki aylıq missiyanın dəqiq müəyyən edilmiş parametrlərinin və məqsədlərinin yüksək səviyyədə razılaşdırılmasına baxmayaraq, bəzi Aİ üzv dövlətlərinin qərəzli yanaşma sərgiləməsindən sonra monitorinq missiyasının fəaliyyətinin Praqada əldə edilmiş razılaşmalarla ciddi ziddiyyət təşkil etdiyi müşayiət olunub. Bu da öz növbəsində, Aİ çərçivəsində qərar qəbuletmə prosesinə etibarlılığı və şəffaflığı ilə bağlı ümumi etimada təsir etdi.

Azərbaycan Aİ-nin Ermənistanda iki aylıq mülki missiyasının başa çatmasından sonra burada fəaliyyətini davam etdirmək marağında olmasını nəzərə alaraq, Aİ ilə məsləhətləşmələr zamanı xoş niyyətlə çıxış edib, habelə öz mövqeyini, gözləntilərini, narahatlıqlarını aydın və şəffaf şəkildə qarşı tərəfə çatdırıb.

Azərbaycan tərəfindən Aİ nümayəndələri ilə müxtəlif səviyyələrdə keçirilmiş bir sıra məsləhətləşmələrdə Aİ-nin Ermənistanda missiyasının mövcudluğunun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsinin zəruriliyi vurğulanıb. Aİ missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir.

Vüqar Bayramov: Missiyanın büdcəsi şəffaf olmalıdır

İki gün öncə Avropa İttifaqı Şurasının qəbul etdiyi qərara əsasən, Ermənistandakı yeni mülki missiyasının ilk dörd ayı üçün 8,1 milyon  avro ayrılıb. Növbəti dövr üçün maliyyələşmənin həcmi isə  Aİ Şurası tərəfindən daha sonra müəyyən ediləcək. Maraqlıdır ki, qərarda ayrılmış 8,1 milyon avronun hansı məqsədlərə xərclənəcəyi açıqlanmayıb. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Aİ-nin missiyası sülh prosesinə hər hansı xələl gətirməməlidir. Azərbaycan regionda sülhün əldə edilməsində maraqlı ölkədir. Buna görə də, ölkəmiz Ermənistana sülh müqaviləsinin imzalanması üçün beş bəndən ibarət təkliflər təqdim edib. Bu baxımdan, heç bir halda missiya sülh prosesinə əngəl olmamalıdır. Aİ-nin missiyası sülh prosesinə dəstək verməlidir.

Missiyanın maliyyələşməsinə gəlincə, millət vəkili qeyd edib ki, Aİ tərəfindən ayrılmış 8 milyon avro vəsaitin strukturunun elan edilməsi yaxşı olardı: “Çünki vəsaitlərin hansı istiqamətdə xərclənməsi bilinmədən onun az və çoxluğunu qiymətləndirmək çətindir. Ona görə də, nəzərə alsaq ki, bu yeni missiya hərbi deyil, mülki missiyadır, ayrılmış vəsaitin xərclənmə istiqamətləri elan olunmalıdır. Çünki Cənubi Qafqaz həssas regiondur və belə missiyalar fəaliyyət göstərən zaman büdcələri şəffaf şəkildə elan edilməlidir. Buna uyğun olaraq da, qiymətləndirmə aparmaq mümkün olsun”.

Maliyyələşmədə qaranlıq məqamlar ola bilər

Politoloq Tural İsmayılov isə hesab edir ki, Avropa İttifaqının Ermənistana hansısa missiyalar göndərməsi yekdil qərarın nəticəsi deyil və bu barədə yekdil qərar yoxdur. Ümumiyyətlə, ikiillik mülki missiyanın hansı işlər görəcəyi də tam bəlli deyil. Əgər əsas məqsəd Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlıdırsa, o zaman Şarl Mişelin moderatorluğu ilə Brüsseldə uğurlu format təsis edilmişdi. Azərbaycan Prezidenti bu formatın yararlı olduğunu dəfələrlə bildirib. Eyni zamanda, hadisələrin sonrakı məcrası da göstərdi ki, Aİ daxilində ciddi kataklizmlər mövcuddur. Avropa İttifaqının moderatorluğunu Fransa və Ermənistan sabotaj etdi. Həmçinin Aİ daxilində mövcud olan uğurlu kommunikasiya strategiyası da iflasa uğrayıb. Bu gün Şarl Mişel, Ursula Fon der Lyayen, Cozef Borel kimi önəmli siyasi fiqurlar Azərbaycanın siyasi əhəmiyyətini qeyd edirlər. Avropa Parlamenti kimi korrupsiyaya bulaşan qurumlar isə bütün Avropanın siyasi fikirlərini əsla ifadə edə bilməz.

Politoloqun fikrincə, Aİ-nin Ermənistana göndərdiyi ikiillik missiya Rusiya ilə Ermənistan arasında münasibətləri daha da pisləşdirəcək: “Hər kəs bilir ki, Ermənistana gələn Aİ missiyası Paşinyanın rəsmi Moskvaya qarşı növbəti demarşıdır. Burada vacib nüanslardan biri də odur ki, Rusiya ilə Qərb arasındakı geosiyasi qarşıdurma Ermənistan səbəbindən daha da dərinləşəcək. Aİ missiyası üçün ilkin olaraq ayrılmış 8 milyon avroya gəlincə, burada da qaranlıq məqamlar ola bilər. Ona görə də, təşkilat missiyanın xərcləri ilə bağlı aydın hesabat təqdim etməlidir”.

Paylaş:
Baxılıb: 518 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31