Klaar Bakıya gəlmədi...
27.01.2023 [10:16]
Aİ rəsmisinin bu addımı nədən xəbər verir?
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfər edib. Bu barədə Toivo Klaar “Twitter”də yazıb. Klaar qeyd edib ki, müxtəlif görüşlərdə iştirak etmək üçün bir günlük İrəvanda səfərdədir. O, səfər çərçivəsində Laçın dəhlizində Azərbaycan ekofəallarının dinc aksiyası və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı müzakirələrdən bəhs açıb.
Qeyd edək ki, yanvarın 25-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın görüşü baş tutub. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Ermənistanda Aİ-nin yeni mülki missiyasının yerləşdirilməsi məsələsinə toxunub. Bundan əlavə, İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi də aparılıb. Toivo Klaar səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşüb.
Maraq doğuran bir məqam isə Aİ-nin xüsusi nümayəndəsi statusu ilə regiona gələn Klaarın adətən hər iki ölkəni - həm Ermənistanı, həm də Azərbaycanı ziyarət etməsi ilə bağlıdır. Bundan əvvəlki səfərlər zamanı məhz bu ənənəyə riayət olunub. Amma indiki məqamda Toivo Klaarın yalnız İrəvana səfər etməsi ortaya bir sıra suallar çıxarır. Bu, Aİ-nin prosesdəki vasitəçi roluna kölgə salmırmı? Çünki Laçın yolunda keçirilən etiraz aksiyası ilə bağlı iki dövlətin mövqeyi fərqlidir, Beləliklə, rəsmi İrəvanın “mövqeyi” ilə tanış olan Aİ rəsmisinin bu addımı birtərəfli sayılmırmı? Öz növbəsində isə belə bir addım bitərəf vasitəçilik məsələsinə də kölgə salır.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşən politoloq Tural İsmayılovun fikrincə, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bundan öncəki dövrdə də regiona mühüm səfərlər reallaşdırıb. Həmin vaxt Aİ rəsmisi həm Azərbaycan, həm də Ermənistana səfər etmişdi və bu balans qorunmuşdu. Aİ sülh prosesində vasitəçi tərəf kimi bu məsələdə ehtiyatlı davranış nümayiş etdirməlidir: “Bu dəfəki səfərin isə yalnız Ermənistana edilməsi ortaya bir sıra suallar çıxarır. Bu hətta hansısa mexaniki səhv də ola bilər və biz qarşıdakı günlərdə Toivo Klaarın Bakı səfərinin də şahidi ola bilərik. Bununla yanaşı, son dövrlərdə Aİ-nin daxilində müəyyən qarışıqlıqlar, gərginliklər mövcuddur. Bu gərginliklər isə yalnız Ermənistan və Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı deyil. Eyni zamanda, bu qarışıqlıqlar həm regional hadisələrdən, həm Rusiya-Ukrayna arasında baş verənlərə Aİ daxilindən fərqli baxış sərgilənməsindən ortaya çıxır. Aİ-nin Ermənistana iki illik mülki missiyasının göndərilməsi ilə bağlı qərarın fonunda Toivo Klaarın İrəvana səfər etməsi, Azərbaycana gəlməməsi isə birmənalı şəkildə qəbuledilməzdir. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan Aİ Şurasının rəhbəri Şarl Mişelin moderatorluğu ilə keçirilən sülh danışıqlarının Brüssel formatına uğurlu görüş kimi yanaşıb və Prezident İlham Əliyev bu prosesi yüksək dəyərləndirib. Təəssüflər olsun ki, bu gün Fransanın təsiri ilə Aİ daxilində Azərbaycan və Türkiyə əleyhinə bir sıra qüvvələr fəaliyyət göstərməkdədir və onlar Aİ-nin sülh gündəliyindəki rolunu gözdən salmağa çalışırlar. Bu qədər gərginliyin fonunda isə Klaarın da İrəvana gedib Bakıya gəlməməsi növbəti siyasi ədalətsizlik kimi qiymətləndirilməlidir. Hər halda fikrimcə, Toivo Klaar yaxın günlərdə Bakıya səfər edib bütün məsələlərə aydınlıq gətirməlidir”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09

