/ / Görkəmli kimyaçı alim, akademik İzzət Orucovanın 100 illiyinə həsr olunmuş müsabiqəyə yekun vurulub
Görkəmli kimyaçı alim, akademik İzzət Orucovanın 100 illiyinə həsr olunmuş müsabiqəyə yekun vurulub
30.04.2011 [09:50]
AQUPDK-nın sədri Hicran Hüseynova ölkədə elm və elmi fəaliyyət üçün geniş imkanların yaradıldığını bildirib, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın elmin, mədəniyyətin, təhsilin inkişafına, alimlərimizin ictimai həyatda aktiv rolunun təmin edilməsinə diqqətini nəzərə çarpdırıb.
İzzət Orucovanın həyat və yaradıcılığından danışan komitə sədri bildirib ki, o, böyük alim və pedaqoq olmaqla yanaşı, həm də yüksək mənəvi keyfiyyətlərə malik bir insan idi. İ.Orucova respublikanın Əməkdar elm və texnika xadimi, Azərbaycan Dövlət mükafatı laureatı idi. O, mədəniyyət tariximizə ekranda azərbaycanlı qadının obrazını yaratmış ilk kino aktrisası kimi daxil olub.
Müsabiqənin təşəbbüskarı, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, belə tədbirlərin əsas məqsədi gənc nəsl arasında fundamental elmlərə marağın artırılmasıdır. N.Paşayeva deyib ki, müsabiqənin məhz İzzət Orucovanın 100 illik yubileyinə həsr edilməsi təsadüfi deyil. Kimya elminin inkişafına töhfələrini verən məşhur kimyaçı İzzət Orucovanın yüksək ixtisaslı kadrlar hazırlanmasında müstəsna xidmətləri olub. Alim aşqarlar kimyası və texnologiyasının əsasını qoyan və inkişaf etdirənlərdən biri olub.
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik, millət vəkili Abel Məhərrəmov İzzət Orucovanın elmi fəaliyyətindən söhbət açıb. Bildirib ki, alimin elmi-tədqiqat işlərinin əsas obyekti müasir neft kimyasının ən mühüm problemləri olub. İzzət Orucovanın hələ 1962-ci ildə müdafiə etdiyi doktorluq işi Azərbaycan qadınının neft kimyası elmində fəth etdiyi ən yüksək zirvə idi. A.Məhərrəmov “Beynəlxalq Kimya ili” çərçivəsində BDU-da “Azərbaycanın kimyaçı qadınları: problemlər, perspektivlər” mövzusunda geniş bir tədbirin keçirildiyini də diqqətə çatdırıb.
Akademik Vaqif Fərzəliyev bu müsabiqənin məhz istedadlı gənc alimlər arasında yaradıcılıq yarışına təkan verəcəyini söyləyib. İ.Orucova elmi yaradıcılıq sahəsində məhsuldar fəaliyyət göstərməklə yanaşı, gənc alimlərə daim qayğı ilə yanaşıb, onların elmi araşdırmalarına dəstək verib. Yüksək ixtisaslı kadrların hazırlanmasında onun müstəsna xidmətləri olub.
Kimya elmləri doktoru Sevinc Hacıyeva diqqətə çatdırıb ki, İzzət Orucovanın fəaliyyəti əvvəlcə incəsənətlə bağlı olub. Böyük dramaturqumuz Cəfər Cabbarlının pyesləri əsasında çəkilmiş filmlərdə o, yaddaqalan obrazlar - Sevil və Almaz surətlərini məharətlə yaradıb.
Ombudsman Elmira Süleymanova İzzət Orucovanın elmi uğurlarından danışıb.
Sonda müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub. Birinci yerə BDU-nun dissertantı Fidan Bəhmənova, ikinci yerə Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşı İradə Xələfova, üçüncü yerə isə BDU-nun dosenti Mehparə Adıgözəlova layiq görülüblər.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

