Hunanyanın növbəti yalanı...
14.02.2023 [10:04]
Erməni tərəfi hərbi cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görməyib
Nardar BAYRAMLI
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan BMT-nin İnsan Hüquqları Şurasının xüsusi mandat daşıyıcılarının Azərbaycanla bağlı məktubuna istinad edərək guya Azərbaycanın qeyd edilən müraciətə etinasız yanaşdığını iddia edib. Onun guya Silahlı Qüvvələrimiz tərəfindən “hərbi cinayət halları” törətməsini deməsi də tamamilə əsassızdır. Əslində, bu cür iddialar 30 il ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər və kütləvi qırğınlar törədən bir ölkənin riyakarlığının növbəti nümunəsidir. Artıq Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Hunanyanın iddialarına cavab verib. O, təəssüflə deyib ki, Ermənistan bu məqsədlə indi BMT-nin insan hüquqları mexanizmlərindən, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarın Ofisindən, müqavilə qurumları və mandat daşıyıcılarından sui-istifadə edir və onları saxta təbliğatına məruz qoyur. Ermənistan tərəfi BMT-nin mandat daşıyıcılarının Azərbaycana növbəti sorğusundan təhrif olunmuş şəkildə sui-istifadə edir, Azərbaycana və azərbaycanlılara qarşı Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərini ört-basdır etmək və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır.
Qeyd edək ki, Azərbaycan öz beynəlxalq öhdəliklərinə daim ciddi yanaşıb, bu çərçivədə tərəf olduğu beynəlxalq konvensiyalar və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə sadiqdir. A.Hacızadənin sözlərinə görə, Ermənistandan fərqli olaraq Azərbaycan hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüququn tələblərinin pozulmasına dair bəzi iddiaları araşdırır və bu barədə beynəlxalq öhdəlikləri çərçivəsində aidiyyəti üzrə sorğuları cavablandırır. Ötən ilin sentyabr ayında Ermənistanın təxribatının qarşısı alınan zaman hərbi əməliyyatlar çərçivəsində Azərbaycanın Hərbi Prokurorluğu sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün hərtərəfli araşdırmalar başlandığını bəyan edib, bu barədə BMT-nin mandat daşıyıcıları da daxil olmaqla aidiyyəti üzrə məlumatlar təqdim edib. Bu çərçivədə işlər hal-hazırda davam etməkdədir.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, Ermənistan həm 30 illik işğal dövründə, həm 2020-ci il Vətən müharibəsində, həm də postmünaqişə dövründə müxtəlif təxribatlar yolu ilə Azərbaycanın mülki əhalisinə, qadınlara və uşaqlara qarşı ağır müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər, ciddi beynəlxalq humanitar hüquq pozuntuları həyata keçirib. Onun sözlərinə görə, Ermənistan hərbçilərinin azərbaycanlı əsirlərin hüquqlarını pozduğu, o cümlədən alçaltma və nalayiq rəftar, onlara qarşı fiziki zor tətbiqi, cəsədlərlə pis rəftar etdikləri barədə çoxsaylı təkzibedilməz faktlar mövcuddur: “Eyni zamanda, Xocalı qətliamını da xatırlatmaq yerinə düşər. Ermənistan silahlı qüvvələri yalnız bir gecədə, 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində 613 mülki şəxsi xüsusi qəddarlıqla qətlə yetirib, bu günədək itkin düşmüş və əsirlikdə olmuş 3800-dən çox azərbaycanlının taleyi barədə Ermənistan tərəfindən heç bir məlumat verilməyib. 2020-ci ilin oktyabrında beynəlxalq QHT-lər tərəfindən də sənədləşdirilmiş Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutaraq insanlıq əleyhinə cinayətlər törədilib”.
Millət vəkili qeyd edib ki, rəsmi İrəvan törədilən hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bu günədək heç bir əməli tədbirlər görməyib və görmək niyyətində də deyil. Ermənistan tərəfindən cinayət işlərinin açılmaması bir çox beynəlxalq təşkilatların, Avropa Şurasının xüsusi məruzəçinin hesabatında da qeyd olunub. Bütün bunların fonunda Ermənistanın əsassız iddialar yayaraq beynəlxalq ictimaiyyəti yanıltmaq və öz məsuliyyətini gizlətmək cəhdləri qəbuledilməzdir. “Biz Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edirik. Bu istiqamətdə BMT-nin aidiyyəti qurumları müvafiq tədbirlər görməlidir. Əks halda, cəzasızlıq şəraitindən istifadə edən erməni tərəfi fürsət düşdükcə, yeni cinayətlərə əl atmaqdan çəkinməyə bilər. Ona görə də, beynəlxalq birlik ermənilərin insanlığa qarşı çoxsaylı cinayətlərinə səssiz qalmamalıdır”, -deyə R.Məmmədov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07

