/ / Həştərxanda Heydər Əliyev adına Parkın açılışı olub, Rusiya və Azərbaycan Dostluğu körpüsünün təməli qoyulub
Həştərxanda Heydər Əliyev adına Parkın açılışı olub, Rusiya və Azərbaycan Dostluğu körpüsünün təməli qoyulub
20.05.2011 [08:38]
AzərTAc-ın müxbiri xəbər verir ki, tədbirdə forumda təmsil olunan Azərbaycan və Rusiya nümayəndə heyətləri, Həştərxan vilayətindəki Azərbaycan diasporunun üzvləri, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, Ulu öndərin Həştərxanda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ötən il açılmış abidəsi önünə əklillər və güllər qoyublar.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin təntənəli tədbiri açaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın açılışı Rusiya və Azərbaycan xalqları arasında dostluğun rəmzidir. Qubernator layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Rusiya Federasiyası Prezidenti Administrasiyasının xarici ölkələrlə mədəni və regionlararası əlaqələr üzrə idarəsinin rəisi, Rusiya nümayəndə heyətinin başçısı Sergey Vinokurov bildirib ki, parkın açılışı Rusiyanın ictimai-siyasi həyatında əlamətdar hadisədir. O deyib: “Parkın açılışı ölkələrimiz, xalqlarımız arasında münasibətlərin, regionlararası əməkdaşlığın tarixində daha bir parlaq səhifədir. Bu, Rusiya-Azərbaycan dostluğunun xoş nişanəsidir”.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək xatırladıb ki, ötən il məhz burada Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı olub. Dahi liderin həyat və fəaliyyətinin bir sıra məqamlarından danışan Əli Həsənov vurğulayıb ki, görkəmli dövlət xadimi siyasi müdrikliyə, geniş dünyagörüşünə malik idi. Ulu öndər Azərbaycana rəhbərliyə qayıdandan sonra Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynayıb, ölkələrimiz arasında strateji əməkdaşlığın təməlini qoyub. O deyib: “Ulu öndərin səyləri sayəsində Azərbaycan-Rusiya münasibətlərini kökündən yaxşılaşdırmaq və fəallaşdırmaq, ona yeni impuls vermək mümkün olmuşdur. çox sevindirici haldır ki, Həştərxanda 11 nömrəli məktəb Heydər Əliyevin adını daşıyacaq”.
Əli Həsənov əlavə edib ki, Rusiya Prezidenti Dmitri Medvedevin və Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdikləri siyasət nəticəsində Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Sonra Rusiya və Azərbaycan Dostluğu körpüsünün təməli qoyulub. Körpü Heydər Əliyev adına park ilə Birinci Pyotrun abidəsi ucaldılmış parkı birləşdirəcək. Azərbaycan və Rusiya nümayəndə heyətlərinin rəhbərləri Əli Həsənovun və Sergey Vinokurovun birgə bəyanatında deyilir ki, bu körpü Rusiya və Azərbaycan xalqlarının möhkəm dostluq münasibətlərinin əyani göstərici olacaq. Körpünün tikintisini sentyabrda başa çatdırmaq nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxSosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
Gündəm
22 İyun 11:45
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42

