/ / Əli Həsənovun "The New York Times" qəzetinə müsahibəsi: Rəsmi Bakı beynəlxalq vasitəçilik səylərindən çox məyus olub
Əli Həsənovun "The New York Times" qəzetinə müsahibəsi: Rəsmi Bakı beynəlxalq vasitəçilik səylərindən çox məyus olub
03.06.2011 [09:15]
“Bizə müharibə yox, dinc yanaşı yaşamaq lazımdır. Bizə dinc inkişaf lazımdır. Amma Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini heç nə əvəz edə bilməz. Lazım gəlsə, biz ərazi bütövlüyümüz uğrunda canımızı da verməyə hazırıq”, - deyə Əli Həsənov bəyan edib. Onun sözlərinə görə, rəsmi Bakı beynəlxalq vasitəçilərin səylərindən çox məyus olub. “ABŞ, Fransa və Rusiya vədlərini yerinə yetirmirlər. ABŞ hesab edir ki, bu gün Dağlıq Qarabağ münaqişəsi kimi regional münaqişələrdənsə Əfqanıstan, İraq, habelə Şimali Afrika və Avropada raketdən müdafiə sistemləri daha vacibdir”, - deyə Əli Həsənov qeyd edib.
“The New York Times”ın Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumat verilən “Azərbaycanla Ermənistan arasında “dondurulmuş münaqişə” qaynamağa başlayır” sərlövhəli məqaləsində yazılır ki, 1990-cı illərin əvvəlindən Azərbaycan öz sərhədləri daxilində mövcud olan Dağlıq Qarabağ üzərində nəzarəti bərpa etməyə və müharibə nəticəsində doğma yurdundan didərgin düşmüş azərbaycanlıları geri qaytarmağa çalışır. 1994-cü ildə tərəflər arasında atəşkəs əldə edilib və həmin ildən etibarən Azərbaycan rəsmiləri beynəlxalq vasitəçilərin səyi ilə Ermənistanla danışıqlar aparırlar.
“Bu ay tərəflərin Rusiyanın Kazan şəhərində baş tutacaq növbəti görüşü xüsusilə diqqət mərkəzində olacaq. Amma bu istiqamətdə uğur əldə edilməsi şansı azdır və insanların səbri tükənib”, - məqalədə qeyd olunur.
Məqalədə göstərilir ki, Dağlıq Qarabağ münaqişəsinin “donunun” açılmamasının bir səbəbi də tərəflərdən heç birində müharibəyə başlamaq üçün stimulun olmamasıdır. Ermənistan həmin ərazilərə nəzarət edir, ona görə də status-kvonu saxlamaqda maraqlıdır. Azərbaycan irəliləyiş üçün geniş imkanlar görmür. Əslində Azərbaycan Dağlıq Qarabağdan erməni qoşunlarını çox asanlıqla qova bilərdi. Lakin Rusiya Cənubi Osetiyada olduğu kimi, regional müdafiə üzrə müttəfiqi olan Ermənistana da öz ordusunu köməyə göndərə bilər. Məqalə müəllifinin fikrincə, şərait isə tədricən də olsa təhlükəli istiqamətdə dəyişir. ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqlar ötən il uğursuzluğa düçar oldu, tərəflər “baza prinsipləri haqqında Saziş”i beş ildir ki, imzalaya bilmirlər. Hər iki ölkə öz hərbi gücünü fəal surətdə artırır. Beynəlxalq Böhran Qrupunun məlumatına görə, daha zəngin olan Azərbaycan 2003-cü ildən bəri öz müdafiə xərclərini 20 dəfə artırıb. Narazılıq güclənir, danışıqlar prosesi ilə bərabər müharibə təhdidləri səslənir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

