Səfir yerdəyişməsi...
04.04.2023 [10:47]
Tehran itirdiklərini necə qazanmaq istəyir?
Yeni təyinatlar İrana nə vəd edir?
Son günlər Cənubi Qafqazda regional təhlükəsizlik məsələsi yenidən aktuallıq qazanıb. İranın regionda yürütdüyü qeyri-adekvat siyasət nəticəsində bölgənin ümumi təhlükəsizlik arxitekturası zədələnməkdədir. 2020-ci il Vətən müharibəsindən sonra rəsmi Tehranın tutduğu mövqe anlaşılan deyil - əvvəlcə işğalçı Ermənistana göstərilən açıq dəstək, ardından Azərbaycana qarşı düşmənçilik mövqeyinin sərgilənməsi, regional sülhə qarşı davranışların ortaya qoyulması İran hakimiyyətinin ardıcıl olmayan siyasətinin göstəriciləri sayılmalıdır. Təbii ki, burada əsas məqam Tehranın ölkəmizə münasibətdə “sərt ritorika”ya, hətta terrora əsaslanmasıdır ki, bu da yolverilməzdir. Azərbaycan dövləti bütün hallarda ölkə daxilində hər hansı bir stabilliyə qarşı hərəkətlərin qarşısını almaq iqtidarındadır və bunu dəfələrlə əyani şəkildə sübut edib - hüquq-mühafizə və xüsusi xidmət orqanlarımız xarici kəşfiyyatla əlaqəli insanları aşkarlayıb üzə çıxarıb.
Zohuri niyə məhz Suriyadakı səfirlə əvəzlənir?
Görünən isə budur ki, İran regiona münasibətdə yeni mərhələyə start verməyə hazırlaşır. Belə ki, Tehran Ermənistan və Azərbaycandakı səfirlərini geri çağırır. Qeyd edək ki, İranın Suriyadakı səfiri Mehdi Sobhaninin İrəvandakı diplomatik missiyasının rəhbəri, İranın Qazaxıstandakı keçmiş səfiri Müctəba Dəmirçinin isə Bakıya təyin olunacağı gözlənilir. Maraqlısı budur ki, səfirlərin dəyişdirilməsi onların diplomatik missiya müddətinin başa çatması ilə bağlı deyil, konkret siyasi məqsədlər güdür.
Vurğulanmalıdır ki, Ermənistana təyin olunacağı gözlənilən və Abbas Zohurini əvəz edəcək səfir Sobhani münaqişə zonalarında təcrübəsi olan diplomat sayılır - Sobhani Suriyadakı səfirlikdən əvvəl Pakistanda da işləyib. Bu, qarşıdakı mərhələyə hazırlıq kimi də görünə bilər. digər tərəfdən, isə Zohurinin son dönəmlərdə verdiyi qeyri-standart fikirlər diplomatik çərçivəyə sığmır. Onun dilə gətirdiyi fikirlər birmənalı şəkldə anti-İran reaksiyası doğurur və Tehrana qarşı yönəlir. Beləliklə, İran görüntü də olsa, fors-major situasiyaya hazırlaşdığını bəyan edir.
Digər tərəfdən, İranın məhz Suriyadan Ermənistana səfir təyinatının da arxasında mühüm məqamlar yatır. Suriyanın ermənipərəst mövqeyi hər kəsə bəllidir. Hətta 44 günlük müharibə dövründə Suriyadan olan muzdluların Ermənistana məhz İran tərəfindən keçməsi ilə bağlı xəbərlər mövcud idi. Müharibədən sonra da terrorçuların məhz İran vasitəsilə regionu tərk etdikləri də bəllidir. Bu mənada, “erməni məsələsi”nə yad olmayan birisinin İrəvana səfir təyin olunması İran üçün yeni mərhələ formalaşdıra bilər...
Musəvinin “ifşası” - Dəmirçiyə “etimadın” əsl səbəbi
Azərbaycandakı səfirin dəyişdirilməsinə gəldikdə isə, Abbas Musəvinin hələ ki, diplomatik missiya müddəti başa çatmayıb. Tehran hökumətinin onu geri çağırmasının isə bir neçə səbəbi ola bilər.
- Noyabr ayında ifşa edilmiş casus şəbəkəsinin səfirliklə əlaqəsinin üzə çıxması;
- Din pərdəsi altında yaradılmış qrupların İranla əlaqələrinin ifşa edilməsi;
- İllərlə maliyyələşdirilmiş şəxslərin bir anda ələ keçməsi - İran bunu həzm edə bilmir və hər addımda bunu ortaya qoyur.
Qeyd edək ki, ötən ilin noyabrında İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilmişdi. Araşdırmalar zamanı, həmçinin hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilmişdi.
Beləliklə, İranın Azərbaycandakı səfirliyinin bu addımı ictimaiyyətdə əsaslı narazılıq yaratmışdı - İran səfirliyinin hər zaman Azərbaycan dövlətçiliyinə qarşı müxtəlif qruplaşmaların təşkil edilməsində, onların təbliğati-ideoloji materiallarla təmin olunmasında və istiqamətləndirilməsində böyük rol oynadığı vurğulanmışdı. Eyni zamanda, baş verənlərin təhlili zamanı hadisələrdə əsas fiqur kimi İranın Azərbaycandakı səfirinin iştirak etdiyi də ortaya çıxırdı. Səfirliyin maşınlarından birinin İrandan Azərbaycana müxtəlif təbliğat materialları, üzərində şüarlar yazılmış maykalar, köynəklər, müxtəlif audio və videomateriallar gətirməsinin başqa nə adı ola bilər? Beləliklə, Abbas Musəvinin diplomatik missiyadan başqa fərqli “missiyalarla” da məşğul olması ifşa olunmuşdu.
Bu isə İran üçün əsl fiaskodur - onun səfiri “qeyri-peşəkarlığı” nəticəsində ifşa olunur, terror qrupları ilə əlaqəsi ortaya çıxır. Beləliklə, Abbas Musəvinin Müctəba Dəmirçi ilə əvəzlənməsinin əsl səbəbi bəlli olur. Digər tərəfdən, İran bu addımı ilə müəyyən gediş də edə bilər - Dəmirçinin postsovet məkanında - Qazaxıstanda işləməsi, əsasən isə qonşu Gürcüstanda səfirlik fəaliyyəti Tehranın bu və ya digər şəkildə “işinə yaraya bilər”. Gürcüstanın Azərbaycan ilə yaxınlığı bu məsələdə əsas amil kimi götürülməlidir. Daha doğrusu, İran bu amildən öz xeyrinə istifadə edə bilər.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34

