Növbəti Paris yalanları...
06.04.2023 [10:35]
Qondarma “konfrans”ın əsassız nəticələri
Fransanın beynəlxalq miqyasda Azərbaycana qarşı oynamağa çalışdığı bütün siyasi oyunlar iflasa uğrayır. Ötən illərdə zaman-zaman davam etdirilmiş, II Qarabağ Müharibəsindən sonra isə intensivləşdirilmiş siyasi “gedişlər” isə birmənalı şəkildə ermənipərəst marağa əsaslanır. Belə ki, Azərbaycanın mühüm qələbə əldə etməsi, Ermənistanın isə məğlub olaraq kapitulyasiya imzalaması Fransanın illərdir regionda davam etdirməyə çalışdığı “status-kvo” oyununu pozdu. Vaxtilə ATƏT-in “Minsk qrupu” vasitəsilə regiona nüfuz etməyə çalışan, regionda özünün maraqlarını təmin etmək istəyində olan Fransanın 2020-ci ildən sonra bütün “imkanları” əlindən çıxdı. Müharibə dövründə, eləcə də post-müharibə zamanında fərqli üsullarla Azərbaycana qarşı “təzyiq kampaniyası” yürütməyə çalışan rəsmi Parisin arzuları gözündə qaldı. Aparılan ermənipərəst siyasətin isə ardı-arası kəsilmədi - istər prezident Makronun Qarabağla bağlı cəfəng fikirləri, istər Fransa parlamentinin qəbul etdiyi qondarma “qətnamə” heç bir işə yaramadı. Fransa Ermənistanın timsalında özünün regiondakı əlaltısını müəyyənləşdirib və onun əli ilə regiona nüfuz edəcəyini düşünürsə də, artıq “əlaltının” da vəziyyəti ürəkaçan deyil. O baxımdan ki, regionun yeni siyasi-iqtisadi, hərbi reallıqları məğlub Ermənistanın sülhlə bağlı irəli sürülən ədalətli şərtlərə əməl etməsini labüdləşdirib. Azərbaycan özünün haqq işində qətiyyətindən bir addım da geri çəkilmir. Fransanın erməni marağına əsaslanan “qətnamələri”, “konfransları” isə yalnız və yalnız izafi vaxt itkisi deməkdir...
Fransızvari gediş...
Yeri gəlmişkən, martın 16-da Fransa Senatında keçirilmiş üzdəniraq “konfrans” da Azərbaycana qarşı aparılmasına çalışılan şər-böhtan kampaniyasının sadəcə, növbəti “seriyası” kimi yadda qaldı. Bu konfransda səsləndirilən cəfəng fikirlər, yersiz iddialar yalnız ironiya və ikrah hissi oyadır - bu, adını “demokratik” ölkə qoymuş Fransa üçün özünüqəsd deməkdir. Çünki dünyada neokolonist maraqların əsiri kimi tanınan Fransanın Azərbaycana qarşı irəli sürdüyü əsassız iddialar heç bir arqumentə söykənmir - sadəcə, söz yığınından ibarətdir. Bir ovuc erməni icmasının əsirinə çevrilmiş, oyuncaq olmuş Fransa və onun dövlət strukturları özləri də həqiqəti anlayırlar. Onlar bilirlər ki, “Artsax xalqı” və ya “Artsax milləti” mövcud deyil. Ümumiyyətlə, bu ərazidə, regionda “Artsax” adlı ərazi yoxdur - bu, ermənilərin və onların dəstəkçisi olan Fransa kimi anormal və qeyri-demokratik mövqelilərin uydurmasıdır. Azərbaycan 2020-ci ildə regionda ədaləti bərpa etdi - ərazi bütövlüyünü təmin etdi. Ölkəmiz BMT TŞ-nin 4 qətnaməsinin icrasını həyata keçirdi.
Digər tərəfdən, Fransanın nəzərdə tutduğu ərazilər Azərbaycanın suveren əraziləridir və orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Onların hüquqları da digər Azərbaycan vətəndaşlarının hüquqları ilə eyni olacaq - bunu Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında bildirib. Eyni zamanda, Azərbaycan öz vətəndaşları ilə bağlı məsələni digər ölkə ilə müzakirə etmək firindən uzaqdır. Xatırladaq ki, ötən ilin aprelində baş tutan və Fransa prezidentinin də iştirak etdiyi Praqa görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməklə Ermənistan bununla bağlı bütün qaranlıq qalan sualları “cavablandırdı” - Fransanın canfəşanlığı ilə yersizdir. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla həm də Qarabağın suveren Azərbaycan torpağı olduğunu təsdiqləyib. Beləliklə, Fransanın bu kimi ucuz və yersiz “konfranslara” qatlaşmasına ehtiyac qalmır...
Azərbaycan etiraz edir...
Azərbaycan Respublikası Milli Məclisi Fransa Senatında keçirilmiş “konfrans” ilə əlaqədar Bəyanat yayıb. Bəyanatda Fransa parlamentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilməsinin təəssüf doğurduğu ifadə olunur. Bildirilir ki, Fransa qanunvericilik orqanının səlahiyyətlərindən kənara çıxan bu hərəkəti Ermənistan ilə Azərbaycan arasında münaqişədən sonra normallaşma prosesinin irəli aparılması və sülh sazişinin bağlanması istiqamətində beynəlxalq subyektlərin səylərinin gücləndiyi, eləcə də Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin etnik erməni sakinləri arasında dialoq qurulması üçün tədbirlər görüldüyü bir vaxtda sülh prosesinə zərbə vuran, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn, revanşizmə rəvac verən bir addımdır: “Konstitusiyasında hər hansı etnik və milli azlıq anlayışı, ümumiyyətlə, nəzərdə tutulmayan, etnik və dini mənsubiyyəti fransızlardan fərqli insanların hüquqlarına açıq dözümsüzlük nümayiş etdirən, onların müvafiq beynəlxalq mexanizmlər ilə nəzərdə tutulmuş dil, din azadlığını və ya hər hansı digər hüquq və azadlıqlarını təmin etməkdən boyun qaçıran Fransanın, o cümlədən bu ölkənin qanunvericilik qurumunun başqa ölkələrin daxili işlərinə müdaxilə məqsədilə azlıqların hüquqlarını açıq-aşkar siyasi təzyiq alətinə çevirməsi, xüsusən, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində məskunlaşan erməni azlığın “hüquqları və təhlükəsizliyi” məsələsində canfəşanlıq göstərməsi qəbuledilməzdir”.
Eyni zamanda, vurğulanır ki, çox uzaq keçmişə getmədən xatırlatmaq kifayətdir ki, Fransa parlamenti Azərbaycandakı etnik erməni azlığın “hüquqları və təhlükəsizliyi” naminə qondarma təşəbbüslərə girişdiyi bir vaxtda bu ölkədə məhkəmə vasitəsilə Korsika adasının yerli parlamentinin debatlar üçün fransız dilindən başqa bir dildən istifadə edilməsi barədə adət qaydasının qadağan olunduğuna dair qərar verilir, ümumiyyətlə, “Korsika xalqı” ifadəsinin Fransa Konstitusiyasına zidd olduğu təsbit edilir: “Fransa öz ərazisində yaşayan aborigen bir azlıq barəsində “xalq” ifadəsinin işlədilməsini Konstitusiyaya zidd addım kimi qadağan etdiyi halda, Azərbaycan vətəndaşlarının bir hissəsini qondarma “Dağlıq Qarabağ xalqı” və ya “Artsax xalqı” kimi qəbul edir, özünü onların guya pozulmuş hüquqlarının müdafiəçisi kimi qələmə verməyə çalışır”.
Bəyanatda o da vurğulanır ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa müstəmləkə hakimiyyəti altında saxlamaqda davam etdiyi Mayot adası üzərində Qəmər Adaları İttifaqının şəksiz suverenliyini tanımaqdan boyun qaçırır, Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmətsizlik nümayiş etdirir.
Fransanın neokolonist arzuları və ya “Korsika xalqı” ifadəsinin cəzası...
Göründüyü kimi, neokolonist arzularından əl çəkməyən Fransa tarixdən dərs götürmək istəmir. Beynəlxalq ekspertlərin də şərhlərinə görə, Fransa müstəmləkəçiliyi ən sistemli şəkildə tətbiq edən ölkədir. Ümumiyyətlə, Fransız müstəmləkə imperiyası XIX-XX əsrlərdə daha çox təşəkkül tapdı və Fransız müstəmləkə imperiyasının ərazisi 1900-1939-cu illərdə 13 milyon 500 min kvadrat kilometrə çatmışdı. Bu ölçü həm də dünyanın ümumi ərazisinin 10 faizinə uyğun gəlirdi. 1958-ci ildə Afrika müstəmləkələrinə müstəqillik verərək geri çəkilən Fransa özündən asılı gördüyü bəzi ölkələrə hələ də mədəni, iqtisadi və siyasi baxımdan nəzarət edir. Hətta bu nəzarəti tədricən artırmağa çalışan Fransa özündən on minlərlə kilometr uzaqda olan torpaqları - məsələn yeni Kaledoniyanı əldən vermək istəmir.
Bir müddət öncə Fransa məhkəməsi tərəfindən Korsika adasında korsika dili qadağan olunub. Məhkəmə bu dildən istifadəni Konstitusiyaya zidd sayır. Dil məsələsinə əlavə olaraq, məhkəmə “korsika xalqı” ifadəsini də faktiki olaraq konstitusiyaya zidd hesab edib. Qərar mərkəzi hökumətin adadakı ən yüksək nümayəndəsi olan Korsika prefekti tərəfindən qaldırılan məhkəmə iddiasından sonra, eləcə də Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya daha çox muxtariyyət verilməsi barədə danışıqlar apardığı bir vaxtda qəbul edilib. Məhkəmələri belə qərarlar çıxaran bir ölkənin demokratiyadan danışmağa üzü varmı?
Erməni lobbisinin əlində oyuncağa çevrilmiş Paris...
Bu kimi oyunların pərdəarxasında yatan isə birmənalı şəkildə erməni maraqlarıdır. Fransa özünü demokratiyanın “beşiyi” olan ölkələrdən saysa da, atdığı addımlar heç də bunu göstərmir. Beynəlxalq sənədlərə, konvensiyalara və razılaşmalara zidd olan bu kimi “konfranslar” və “qətnamələr” ilə Fransa özünün dövlət maraqlarını zərbə altına qoyur. Demək ki, rəsmi Paris üçün öz dövlət maraqları erməni lobbisinin maraqlarının gerisindədir. Bu isə dövlət olaraq Fransa üçün üzqızardıcı haldır. Nəzər alsaq ki, Fransa Senatı məlumatına görə, Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycana səfər edəcək, bu kimi halların yaşanması ürəkaçan deyil. Çünki belə mövqe ilə hər hansı bir yaxınlaşmaya ümid etmək çətindir...
PƏRVİZ
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

