Rumıniya Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir
12.07.2011 [07:20]
Bu barədə jurnalistlərə açıqlama verən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib ki, Rumıniyanın tanınmış elm, mədəniyyət, incəsənət xadimləri, yazıçıları, şairləri, akademikləri və siyasətçilərindən ibarət nümayəndə heyətinin səfərinin məqsədi iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır: “Rumıniyadan dəvət olunan qonaqların proqramı olduqca zəngindir. Belə ki, səfər çərçivəsində qonaqlar Bakıda bir sıra görüşlər keçirəcəklər. Qonaqlarımız, eyni zamanda, Qubaya səfər edərək, oradakı soyqırımı məzarlığını ziyarət edəcəklər”.
Nümayəndə heyətinə Buxarest şəhərinin II sektorunun meri Nekulay Ontsanunun rəhbərlik etdiyini deyən Mübariz Qurbanlı daha sonra aşağıdakıları bildirib: “Bilirsiniz ki, Buxarest şəhərində Ulu öndər Heydər Əliyevin abidəsi qoyulub və Onun adına park salınıb. Həmin parkın salındığı ərazi, məhz, Nekulay Ontsanunun rəhbəri olduğu ərazidir. Onu da deyim ki, Nekulay Ontsanu artıq üçüncü dəfədir ki, rəsmi səfərlə Azərbaycana gəlir. Bundan əvvəl Heydər Əliyev Fondunun dəvəti ilə rumıniyalı qonaqlar 2006-cı və 2009-cu illərdə ölkəmizdə səfərdə olublar. Bu dəfə isə onlar YAP-ın dəvəti ilə Bakıya gəliblər”.
Yeni Azərbaycan Partiyası ilə Rumıniyanın hakimiyyətdə olan Demokrat Liberal Partiyası (PDL) arasında “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalandığını bildirən Mübariz Qurbanlı “Bütövlükdə YAP-ın beynəlxalq əlaqələri genişlənir və bu istiqamətdə biz ayrı-ayrı ölkələrin ictimai-siyasi təşkilatları ilə, o cümlədən, Rumıniyanın siyasi partiyaları ilə əlaqələrimizi gücləndirməkdəyik”, - sözlərini də əlavə edib.
Nümayəndə heyətinin rəhbəri, Buxarest şəhərinin II sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu isə jurnalistlərə açıqlamasında deyib ki, bu onun Azərbaycana üçüncü səfəridir: “Səfər zamanı bizim YAP-ın mərkəzi qərargahında cənab Əli Əhmədovla görüşümüz olacaq. Eyni zamanda, Milli Məclisdə, AMEA-da, AYB-də və digər qurumlarda görüşlər keçirəcəyik. Həmin görüşlərdə biz ölkələrimiz arasında bütün sahələrdə mümkün əməkdaşlıq perspektivləri barədə müzakirələr aparacağıq. Bildirmək istəyirəm ki, Azərbaycan bizim üçün dost, qardaş ölkədir. Hazırda Azərbaycanda gedən inkişaf bizi çox sevindirir. Bir az öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdik. Ulu öndər Heydər Əliyev yeni, müstəqil Azərbaycanın əsasını qoyub. Heydər Əliyevin həyata keçirdiyi siyasi kursu hazırda Prezident İlham Əliyev böyük uğurla davam etdirir”.
Jurnalistlərə açıqlamasında, həmçinin, “Bir şeyi də xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu gün Avropada maliyyə böhranı davam etdiyi halda Azərbaycan inkişaf yolunda uğurla addımlayır. Bu da bizi bir dost olaraq çox sevindirir” deyən Nekulay Ontsanu Bakıda 2006-cı və 2009-cu illərdə gördükləri ilə indi gördükləri arasında böyük fərqin olduğunu, paytaxtda həyata keçirilən irimiqyaslı layihələrdən heyrətə gəldiyini vurğulayıb: “Bizə xoş təsir bağışlayan bir də odur ki, Bakı həm qədimliyi, həm də müasirliyi özündə birləşdirir. Bu da ilk baxışdan çox gözəl təəssürat doğurur”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də danışan qonaq “Rumıniya Azərbaycanın dostu və müttəfiqidir. Rumıniya Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir və Dağlıq Qarabağı Azərbaycanın ərazisi olaraq tanıyır. Bu günə kimi Rumıniya dövləti, prezidentləri hər yerdə, istənilən beynəlxalq təşkilatda Azərbaycanı dəstəkləyib. Cənab Prezident İlham Əliyevin Buxarestə səfəri zamanı Rumıniyanın Prezidenti Trayan Besesku bir daha bəyan etdi ki, Rumıniya Azərbaycanın ərazi bütövlüyünü və rəsmi Bakının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki mövqeyini birmənalı şəkildə dəstəkləyir. Əmin ola bilərsiniz ki, biz həm Azərbaycan xalqının, həm də Azərbaycan dövlətinin sadiq dostlarıyıq” deyib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22

