Lentsov Bakıya niyə gəlmişdi, nə əldə etdi?
06.05.2023 [10:31]
Sülhməramlı kontingentin yeni komandanı unutmamalıdır ki...
Bir müddət öncə Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı hərbi kontingentinin komandanını dəyişməsi ilə bağlı qərarı müəyyən mülahizələrə yol açmışdı. Belə ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının müavini, general-polkovnik Aleksandr Lentsovun Rusiya sülhməramlı kontingentinin komandiri təyin edilməsi bir sıra məqamlarla izah olunurdu. O baxımdan ki, öncəki komandan general Volkovun bir il üç ay ərzində etdiyi “xidmətlər” nə Azərbaycan ictimaiyyəti, nə də Qarabağın erməni əhalisi tərəfindən birmənalı qarşılanmamışdı. Volkov müvafiq üçtərəfli bəyanata əsasən Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına rəhbərlik etməli olsa da, bəzi addımları qeyri-anlaşılan idi. Məsələn, onun ötən ilin sonlarında etdiyi “gedişlər”, bir müddət xüsusi plan əsasında Qarabağa göndərilən Vardanyanla işbirliyi bəzi suallar yaratmışdı.
Bu baxımdan, bəzi mütəxəssislər Lentsovun gəlişini bu səhv xəttin dəyişəcəyi ilə izah edirdi. Eyni zamanda, yeni komandanın təyinatı Azərbaycan hazırki mühüm situasiyada formalaşdırdığı yeni reallıqlarla bağlı olması ilə bağlı da informasiyalar yayılırdı - Laçın yolu üzərində sərhəd-buraxılış məntəqəmizin fəaliyətə başlaması, gömrük postunun qurulması ölkəmizin növbəti uğuru kimi yadda qalmışdı. Bəzi ekspertlər Lentsovun məhz bu məsələ ilə bağlı təyinat aldığını bildirsələr də, ümumilikdə mənzərə bəlli idi - Azərbaycan Volkovun fəaliyyətindən narazı idi. Rusiyanın da onun fəaliyyətindən qənaətbəxş olmasını demək çətin olardı...
Rusiyalı generalın özündən böyük “vədi”...
Amma Lentsovun “təyinat yerinə” gəlişinin ardından atdığı addımlar da birmənalı qarşılana bilməz. Belə ki, rusiyalı general xidməti əraziyə çatar-çatmaz seperatçılarla “masa arzxasında” görüşdü - aprelin 27-də separatçı-terrorçu rejimin qondarma “anti-böhran şurası”nın nümayəndələri yeni təyin olunmuş general-polkovnik Aleksandr Lentsovun rəhbərlik etdiyi Rusiya “sülhməramlı”ları arasında müzakirə aparıldı. Erməni mətbuatının yaydığı məlumata görə, “anti-böhran şurası”ının yeni seçilmiş “sədri” Tiqran Petrosyan bildirmişdi ki, əsas diqqət üçtərəfli sazişin “pozulmasına yönəldildi”. “Qeyd etdik ki, müharibədən sonrakı hadisələrin ardıcıllığı ona gətirib çıxardı ki, Qarabağda Rusiya sülhməramlılarına ictimai etimad kəskin şəkildə azaldı. Və biz ən qısa zamanda Laçın dəhlizinin blokunun açılmasını tələb etdik” -deyə T.Petrosyan bildirib.
Separatçının sözlərinə görə, Lentsov əmin edib ki, Laçın yolunun açılması hazırda onun üçün prioritet vəzifədir və bildirib ki, o, bu saat məhz həmin yolun ən qısa zamanda açılmasıyla məşğuldur.
Lentsov qəbul edildi...
Lentsov mayın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən qəbul edildi. Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olundu.
Müdafiə Nazirliyinin yaydığı bu xəbər Lentsovun separatçılara “verdiyi vədlərə” xilaf çıxdığını göstərir. Çünki Lentsov Laçındakı sərhəd buraxılış məntəqəsi ilə bağlı heç nəyi müzakirə edə bilməz - buna nə hüququ, nə də haqqı çatmır. Çünki bu sərhəd-buraxılış məntəqəsi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulub. Başqa sözlə, üçtərəfli bəyanatı pozan birmənalı şəkildə Ermənistan tərəfi olub - Laçın-Xankəndi yolu ilə qeyri-qanuni silah-sursat daşıyıb. Eyni zamanda, Azərbaycan bu məntəqəni özünün severen ərazilərində qurub. Bunun nə Ermənistana, nə Rusiya sülhməramlılarına, nə də başqa birisinə aidiyyəti ola bilməz. Müdafiə nazirliyinin yaydığı xəbərdə yer alan “ Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti” frazası da məhz Lentsova harada, hansı vəzifədə, hansı öhdəliklə xidmət etdiyini bir daha xatırlatmalıdır.
Nazirlər Kabinetinin qərarı Lentsova hər şeyi “başa saldı”...
Qeyd edildiyi kimi, hələ öncədən irəli sürülən mülahizələr Volkovun Lentsovla əvəzlənməsinin sadəcə kadr dəyişikliyi olmadığını göstərirdi. Azərbaycan Qarabağda yaşayan ermənilərin reinteqrasiyası istiqamətində mühüm fəaliyyət ortaya qoyur. Eyni zamanda, onların təhlükəsizliyinin təmini ilə bağlı tədbirlər görür. Azərbaycanın suveren ərazisi olan Qarabağda yaşayan erməni vətəndaşlarımız bu sərhəd buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz, şəffaf bir şəraitdə öz gediş-gəlişlərini təmin edə biləcəklər. Azərbaycan dövləti bunun üçün bütün lazımi səmərəli şəraiti formalaşdırıb. Hətta “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib - Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib. Laçın dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu Malxələf kəndinin yaxınlığı), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında) siyahıya daxil edilib. Yəni, Lentsovun kimə nə söz verməsi heç bir əhəmiyyət daşımır. Əhəmiyyət daşıyan Bakının məsələlərə yanaşması və verdiyi qərarlardır...
Lentsov yaddan çıxarmamalıdır ki...
Lentsovun hazırki situasiyada hansı “addımlarla” yadda qalacağını isə zaman göstərəcək. Hər bir halda Lentsov Volkovdan fərqli olaraq sülhməramlı kontingentə qarşı mənfi münasibətin dəyişməsi üçün çalışmalıdır. Çünki sülhməramlı kontingentin əsas fəaliyyət istiqaməti razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaqdır - Volkovun fəaliyyəti dövründə onlar bu işi yerinə yetirə bilmədilər. Bəlkə də etmək istəmədilər. Məsələn, üçtərəfli razılaşmaya əsasən erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk etməyiblər. Bu azmış kimi, erməni silahlılarının sülhməramlıların “köməyi ilə” Azərbaycana qarşı yeni təxribatlar həyata keçirməsi Volkov tərəfindən susqunluqla qarşılanırdı. Laçın-Xankəndi yolundakı özbaşnalıqlar birmənalı şəkildə Volkovun adı ilə assosiasiya olunurdu - həmin yolla və Volkovun himayədarlığı ilə Ermənistan ərazisindən silah-sursat, texnikalar daşınır, Qarabağdakı silahlı tör-töküntüyə verilirdi. Təbii ki, artıq bu baş verməyəcək - çünki qurulan sərhəd buraxılış məntəqəsi buna imkan verməyəcək.
Volkovun dövründə sülhməramlılar “sülh” məramlarını tam şəkildə unutmuşdular deyə bilərik. Yəqin ki, Bakıda keçirilən görüşdə Lentsova bəzi məsələlər - sülhməramlılıran müvəqqəti olaraq məhz Azərbaycan torpağında yerləşməsi növbəti dəfə izah olunub. Çünki Lentsov bu amili yaddan çıxarmamalıdır - əks halda, onun da xidmət sferası özündən öncəkilərdən seçilməyəcək...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

