Ənənəvi gediş...
16.05.2023 [10:29]
Ermənistan hərbi təxribat törətməklə sülh istəmədiyini göstərir
Nardar BAYRAMLI
Hazırda gündəmin əsas mövzularından biri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə mayın 14-də Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünün keçirilməsidir. Çünki dünya birliyi Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını həlledici amil kimi dəyərləndirir. Lakin hər dəfə erməni tərəfi sülhə maraqlı olmadığını nümayiş etdirir. Mühüm diplomatik görüşlər ərəfəsində və ondan sonra sərhəddə hərbi təxribatların törədilməsi də bunu təsdiqləyir.
Məlumdur ki, Brüssel görüşü ərəfəsində, 11-13 may tarixlərində Ermənistan Kəlbəcər istiqamətində ordumuzun mövqelərini minaatanlardan, toplardan və digər iriçaplı silahlardan atəşə tutmuşdu. Ordumuz qarşı tərəfin cavabını layiqincə verdi. Ermənistanın hərbi təxribatlarının qarşısı alınarkən iki hərbi qulluqçumuz şəhidlik zirvəsinə yüksəldi. Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında keçirilən danışıqlar fonunda baş verməsi rəsmi İrəvanın sülh prosesində maraqlı olmadığını göstərirdi. Mayın 14-də Brüsseldə liderlərin görüşünün başa çatmasından dərhal sonra da erməni tərəfi növbəti dəfə sərhəddə təxribata əl atdı. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, mayın 14-ü saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini 60 mm minaatanlardan atəşə tutub.
Bu hərbi təxribatın liderlərin Brüssel görüşünün başa çatmasından dərhal sonra törədilməsi müəyyən suallar doğurur. Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi mayın 14-də Brüsseldə keçirilmiş beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticəyönümlü hesab edib. Bildirilib ki, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir. Görüş zamanı Azərbaycan ilə Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit olunması, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət daşıyır. Azərbaycan ilə Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət olunması əsasında münasibətlərin normallaşdırılması regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yoldur. Azərbaycan bu istiqamətdə beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğunu növbəti dəfə təsdiqləyib.
Lakin bütün bunların fonunda Ermənistanın liderlərin görüşündən sonra hərbi təxribat törətməsi hansı mətləblərdən xəbər verir? İlk növbədə, Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Amma belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq. Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Regionda sülhün təmin olunması üçün təşəbbüslər göstərən Avropa İttifaqı tərəflər arasında tezliklə sülh sazişinin imzalanmasına çalışır. Azərbaycan da bu təşəbbüsləri dəstəkləyir. Amma Fransa, dünyadakı erməni lobbisi prosesi pozmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Ermənilərin hərbi təxribatları belə rəy formalaşdırmağa xidmət edir ki, guya tərəflər arasında sülh sazişi imzalamaq hələ tezdir, tərəflər buna hazır deyil, dövlətləri və xalqları sülhə hazırlamaq lazımdır və s. Yəni müxtəlif bəhanələrlə proses uzadılır. Bunun da bütün məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə düşür. Əgər Ermənistan təxribatlarından əl çəkməsə, dəmir yumruq daha sərt və ağır olacaq. Buna görə də, Paşinyan hakimiyyəti əvvəlki təcrübələrdən nəticə çıxarmalıdır. Azərbaycan öz təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri beynəlxalq ictimaiyyət tərəfindən qəti olaraq rədd edilməli və qınanılmalıdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32

