Tehrandan yeni təhdid...
23.05.2023 [10:31]
İkinci İran-İraq müharibəsi başlayır?
Son aylarda İranda baş verən proseslər göz önündədir. Baş verənlər bu ölkənin bütövlükdə regional təhdid yaratması faktını təsdiqləyir. Rəsmi olaraq terroru himayə edən ölkə kimi tanınan İran demək olar ki, mühüm bir coğrafiyada yaşanan kataklizmlərin əsas baiskarı sayılır. Məsələn, Yaxın Orta Şərqdə, hətta Suriyada, İraqda və digər regionlarda sülhün və təhlükəsizliyin təmin edilməməsinin məsuliyyəti böyük miqyasda rəsmi Tehranın üzərindədir. İldə terrorun himayəsinə 16 milyard dollar maliyyə ayıran İran bölgədə sabit inkişafı və əməkdaşlığı əngəlləyir. İranın öz ətrafında formalaşdırdığı terror şəbəkəsinin ifşası isə onu çıxılmaz vəziyyətə salır. Eyni zamanda, regionla bağlı yaranan yeni nizam qaydaları rəsmi Tehranı müəyyən “tədbirlər” görməyə “məcbur edir”.
Yeni təhdid - Tehran nə etmək istəyir?
Teleqram kanallarında yayılan məlumatlara görə, İran İraqın şimalını bombalamaqla bağlı xəbərdarlıq edib. Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı general Məhəmməd Pakpur Bağdada xəbərdarlıq edərək bunları deyib: “Ölkənin şimalından separatizm təhlükəsini aradan qaldırmaq üçün təsirli addımlar atılmasa, İran ordusu bu ərazilərə yenidən zərbələr endirəcək”.
Əslində İranın İraqla bağlı “ağrı-acısı” hər kəsə məlumdur. İllərlə bu ölkədəki siyasi qüvvələrə, terror təşkilatlarına himayədarlıq edən, hətta ölkədaxili siyasi proseslərə belə təsir göstərən İran artıq bu imkanlarından “məhrum olunub”. İraq da daxil olmaqla Yaxın Orta Şərqin inkişafı, bu regionda əməkdaşlığın bərpa edilməsi, sülh arxitekturasının davamlılığının təmin edilməsi istiqamətində atılan addımlar Tehran üçün arzuolunan deyil. Bunun nəticəsidir ki, İran bu prosesə təsir göstərmək, ən azından bu prosesdə iştirak etmək üçün bütün səylərini səfərbər edib.
İran sülhə mane olur...
Dekabrda əsası qoyulan və ilkin dövrdə Türkiyə, Suriya və Rusiyanın iştirakı ilə üçlü format xarakteri daşıyan silsilə danışıqlar prosesi Yaxın Şərq üçün mühüm əhəmiyyət daşıyır. İkinci mərhələdə İranın bu prosesdə iştirak etmək “arzu”sunu dilə gətirməsi isə yalnız regionun yenidən şəkilləndirilməsi prosesində iştirak etmək həvəsindən qaynaqlanmır - Tehran proseslərin inkişaf trayektoriyası ilə tanış olmaq istəyir. Hər bir görüşdən sonra Türkiyə tərəfinin verdiyi açıqlamalar onu göstərir ki, formatın əsas gündəmi ən əsası regiondakı terror təhlükəsinin aradan qaldırılması, suriyalı qaçqınların geri qaytarılmasıdır. Görünən budur ki, artıq şərtlər dəyişib - regional və müstəqil inkişaf üçün əsas şərt sayılan sabitlik və iqtisadi əlaqələrin inkişafı amili önə çıxıb. Bunun təmin edilməsi isə bütövlükdə Yaxın Orta Şərq üçün mühüm perspektivlər formalaşdırılır. Türkiyə ilə Rusiyanın masa arxasında müzakirə etdikləri predmetlər regionun gələcək inkişafına böyük təsir göstərəcək - ən azından terrorizmə qarşı mübarizə yeni forma alacaq. Bu proses İraqın inkişafına da mühüm təsirlər göstərəcək - siyasi sabitliyin əldə olunması, hərbi qarşıdurmaların dayandırılması və dialoqun formalaşdırılması, iqtisadi münasibətlərin sırf dövlət maraqları səviyyəsində inkişaf etdirilməsi bütövlükdə regiona yeni nəfəs verəcək.
Tehranın əsl niyyəti...
İran prosesin inkişafını müşahidə edir və nəticələrini hesablayır - Tehran yeni dövrdə özünün aqibəti üçün çox narahatdır. Daxili gərginlikləri azaltmaq üçün guya xarici müstəvidə “əməkdaşlıqları” gücləndirmək, mühüm danışıqlarda iştirakçı tərəf olması görüntüsü yaratmağa hesablanan hazırki mövqe Tehran üçün çıxış yolu deyil. İran təxminən “mən də varam” kimi bəyanatlar verməklə regionun sabitlyinə deyil, yarana biləcək təhdidlərə töhfə vermək “imkanlarını” nümayiş etdirir. İraqa hücum etməklə İran bütövlükdə sülhə hesablanan addımların effektivliyini azaldır. Xatırladaq ki, İranın “təhdid” adlandırdığı İraqın şimalı, yəni Kürdüstan regionunun Türkiyə ilə hazırki əlaqələri diqqət çəkir - rəsmi Ankara ilə Ərbil arasında çoxşaxəli münasibətlər mövcuddur. Eyni zamanda, Türkiyə həmin regionun ən mühüm sərmayəçilərindən sayılır. Digər tərəfdən, İraqın Kürdüstan regionunun enerji sahəsində fəallığı get-gedə artır. Hətta bu ərazinin “tranzit xətt”ə çevrilməsi perspektivdə var ki, bu da İranın “nəfəsliyinin” bağlanması deməkdir:
- Avropa məhz İraq Kürdüstanı üzərindən Türkiyə xətti ilə özünün yeni enerji təminatı marşrutunu müəyyənləşdirə bilər;
- Yaxın Orta Şərqin və Aralıq dənizi hövzəsi ölkələrinin birliyi İranı bu regionda da “ofsayd” vəziyyətinə salır - yeni iqtisadi nizamda Tehran çıxdaş olunur.
Beləliklə, bu kimi məqamlar İranın “terror təhlükəsi” adı altında İraqa, dolayısı ilə Türkiyə sərhəddində yeni eskalasiya təhdidi yaratmaq arzusunu “stimullaşdırır”. Bu layihənin isə qarşıdakı dövr üçün ən mühüm regional xətlərdən birinə çevrilmə potensialı mövcuddur. İran bunu bildiyi üçün ciddi-cəhdlə maneə olmaq arzusunu ortaya qoyur.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

