Əks halda, gec olacaq!
03.06.2023 [10:50]
İran limitdən 23 dəfə artıq nüvə ehtiyatlarına sahiblənib
Son vaxtlarda İranın şübhəli nüvə fəaliyyəti beynəlxalq miqyasda ciddi müzakirə mövzusuna çevrilib. Dünya ictimaiyyəti bu ölkənin uranı dərin zənginləşdirməsindən bərk narahatdır. Elə bu günlərdə Atom Enerji Agentliyi üzrə Beynəlxalq Agentlik (AEVA) İranın nüvə fəaliyyəti ilə bağlı növbəti dəfə narahatlıq doğuran hesabat yayıb.
AEBA həyəcan təbili çalır
AEBA İranın nüvə fəaliyyəti ilə bağlı həyəcan təbili çalır. Qurumdan İranın uran ehtiyatlarının Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) icazə verdiyi limitdən 23 dəfə artıq olduğu bildirilib. Bu barədə “Associated Press” Atom Enerji Agentliyi üzrə Beynəlxalq Agentliyinin İrandakı nüvə proqramının vəziyyəti ilə bağlı hesabatına istinadən məlumat yayıb.
Bəhs olunan hesabatda AEBA İranla bağlı iki vacib məsələyə diqqət çəkib. Onlardan biri Fordoda uran hissəciklərini 83,7%-ə qədər zənginləşdirilməsi, digəri isə Abede şəhərindəki uran izləri ilə bağlıdır. Məlumata görə, AEBA Abade ilə bağlı araşdırmanı dayandırıb.
“Reuters” isə hesabata istinadən yaydığı xəbərdə İranın bəzi nüvə obyektlərində monitorinq avadanlıqlarının yenidən quraşdırıldığını bildirib. İsfahanda sentrifuqa hissələrinin istehsal olunduğu sahədə, həmçinin elan edilmiş iki zənginləşdirmə obyektində müşahidə kameraları quraşdırılıb. Agentlik daha çox müşahidə avadanlığının quraşdırılması ilə bağlı məsələlərin həlli üçün İranın qarşılıqlı fəaliyyətini gözlədiyini bildirib.
AEBA İranın şübhəli nüvə fəaliyyəti ilə bağlı bundan əvvəl də beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Cari ilin əvvəlində verilən məlumatlarda bildirilirdi ki, İran çox tez bir zamanda nüvə silahına malik ola bilər və bu istiqamətdə işlərin 90 faizini başa çatdırıb.
Eyni zamanda, transmilli mediada İranın uranı təhlükəli həddədək zənginləşdirdiyi barədə manşet xəbərləri yayılıb. “Bloomberg” daha əvvəl adı açıqlanmayan iki yüksək rütbəli diplomata istinadla bildirib ki, İranın nüvə obyektlərində təftiş keçirən beynəlxalq müfəttişlər 84 faiz zənginləşdirilmiş uran aşkar ediblər. Bu faktı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin özləri də təsdiqləyiblər.
Bu, çox yüksək bir göstəricidir və o anlama gəlir ki, mollakratiya nüvə silahına çatmağın bir addımlığındadır. Artıq bu ölkənin nüvə təhdidləri regionun qapısını döyür. “İran uranı raket başlığına yerləşdirilə biləcək səviyədə zənginləşdirib”. Bu fikri mütəxəssislər İranın uranı 84% zənginləşdirməsi haqda yayılan məlumatı şərh edərkən bildiriblər. Onların qənaətinə görə, nüvə silahının hazırlanması üçün uranın 90 faizədək zənginləşdirilməsi kifayətdir. Bildirilir ki, uranın indiki zənginləşdirilməsi səviyyəsində İranın nüvə silahı əldə etməsinə cəmi 12 gün kifayətdir.
Beynəlxalq birliyin məsuliyyəti
İranın uranı dərin zənginləşdirməsinin qarşısını almaq məqsədilə bu ölkəyə qarşı ABŞ və kollektiv Qərb tərəfindən sanksiyalar tətbiq olunub. Qərb dairələri o qənaətdədirlər ki, İranı şübhəli nüvə fəaliyyətindən çəkindirməyin yolu bu ölkənin enerji resurslarının ixracının məhdudlaşdırılmasından keçir. Bu istiqamətdə aparılan müzakirələr sonradan İrana qarşı tətbiq olunan sanksiyalar paketlərində öz əksini tapdı və gözləntilər özünü doğrultdu. Neft gəlirləri azalan və kəskin maliyyə sıxıntıları ilə üzləşən İran uranın dərin zənginləşdirilməsi proqramını məhdudlaşdıracağı və şəffaflığı təmin edəcəyi barədə siqnallar verməyə başladı. Bundan sonra 2015-ci ilin iyul ayında İranla 5+1 formatında (BMT TŞ-nin beş daimi üzvü və Almaniya) ortaq geniş çalışma planı üzrə müqavilə imzalandı. 20 il üçün nəzərdə tutulan müqaviləyə əsasən İran müəyyən edilmiş miqdarı keçməmək və atom enerjisindən dinc məqsədlərlə istifadə etmək barədə öhdəlik götürdü. Tehran rejiminin uranı 3,67 faizədək zənginləşdirməsinə və maksimum 300 kq uran istehsal etməsinə “yaşıl işıq” yandırılırdı. Razılaşmaya əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik müntəzəm olaraq İran ərazilərində nüvə texnologiyası üzrə fəaliyyət göstərən bütün laboratoriya və müəssislərə nəzarət həyata keçirəcəkdi. Beləliklə, 16 yanvar 2016-cı ildə nüvə çalışmalarına görə İrana tətbiq edilən sanksiyalar aradan qaldırıldı.
Lakin mollakratiya beynəlxalq ictimaiyyəti, o cümlədən yuxarıda qeyd olunan formatda yer alan ölkələri aldatmaq yolu tutdu və razılaşmanın şərtlərini pozmaqla uranın dərin zənginləşdirilməsi istiqamətində fəaliyyətini gizli şəkildə həyata keçirməyə başladı. Ölkənin nüvə obyektlərində AEBA-nın missiyalarının monitorinqlərinə müxtəlif bəhanələrlə süni maneələr yaradıldı, zəruri yerlərdə müşahidə kameralarının quraşdırılmasına imkan verilmədi. Eyni zamanda, ölkə ərazisində gizli nüvə obyektlərinin yaradılmasına, uranın dərin zənginləşdirilməsi ilə bağlı müəyyən fəaliyyətin həmin müəssisələrdə həyata keçirilməsinə başlanıldı. Mollakratiyanın bütün səylərinə baxmayaraq, İsrailin və digər ölkələrin kəşfiyyat xidmətləri bu kimi gizli fəaliyyətlərin izinə düşməyə nail oldular. Sübut olundu ki, mollakratiya beynəlxalq birliyi aldatmaq yolu tutub və razılaşmanın şərtlərini pozaraq uranın daha dərin zənginləşdirilməsi istiqamətində gizli fəaliyyətini davam etdirir. Sonradan ölkənin müəssisələrində uranın yol verilən həddən artıq dərəcədə zənginləşdirildiyini İran rəsmilərinin özləri də etiraf etmək məcburiyyətində qaldılar. 2020-ci il aprelin 17-də İran Natanzdakı nüvə obyektində, 22 dekabr 2022-ci ildə isə Fordo obyektində uranın 60 faizədək zənginləşdirilməsinə başladığını elan edib.
İranın bəhs olunan razılaşmanın müddəalarına zidd olaraq şübhəli nüvə fəaliyyətini gizli şəkildə davam etdirməsinə cavab tədbirləri özünü çox gözlətmədi. ABŞ-ın sabiq prezidenti Donald Tramp 2018-ci ilin may ayının 8-də öz ölkəsinin birtərəfli qaydada ortaq geniş çalışma planı üzrə müqavilədən çıxdığını bəyan etdi. Mövqeyini əsaslandıra bilməyən mollakratiya da müqavilə üzrə bəzi öhdəliklərini yerinə yetirməycəyini açıq şəkildə bildirdi. Bir qədər bundan əvvəl Tehrandan, həmçinin İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxa biləcəyi ilə bağlı xəbərlər gəlib. Bildirilir ki, Tehran rejimi Avropa Parlamentinin İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu qurum kimi tanımasına cavab olaraq belə bir addım atmaq qərarına gəlib. Qeyd edək ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi 1970-ci ildə qüvvəyə minib. Hazırda 191 ölkənin iştirakçısı olduğu saziş nüvə silahının yayılmaması, nüvə enerjisindən mülki məqsədlər üçün istifadə və nüvə silahlarından imtina edilməsi prinsiplərini nəzərdə tutur.
Strateji önəm daşıyan nüvə fəaliyyətində manipulyasiyalara əl atması İran hakimiyyətinin gerçək məqsədlərini faş edir. İran terroru dəstəkləyən dövlətdir. Bu ölkə xoş niyyət daşımayan qonşuluq siyasəti həyata keirir. Eyni zamanda, son vaxtlarda İrandan regional gücə çevrilmək iddiaları daha tez-tez eşidilir. O qənaət hasil olur ki, mollakratiya çirkin məqsədlərinə nüvə silahı əldə etməklə nail olmaq istəyir. Beynəlxalq birlik həmrəylik nümayiş etdirməklə, daha sərt və təsirli tədbirlərə əl atmaqla İranın şübhəli nüvə fəaliyyətinin qarşısını birdəfəlik almalıdır. Əks halda, gec olacaq və nüvə təhdidi regionun yeni arzuolunmaz reallığına çevriləcək.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

