"Onların cızdığı xəritələr Azərbaycanı ancaq geri apara bilər"
25.08.2011 [10:46]
Hakim Yeni Azərbaycan Partiyasından müxalif “İctimai Palata”nın hazırladığı “Demokratiyaya yumşaq keçidin yol xəritəsi” adlı sənədə münasibət bildirilib. Partiyanın İcra katibinin müavini Siyavuş Novruzov “Media forum” saytına açıqlamasında deyib: “Mən “İctimai Palata” adlı təşkilat tanımıram. Azərbaycan cəmiyyətinin, seçicilərin dəstəkləmədiyi şəxslər orda toplanıblar. Bu cür adamlar Azərbaycan cəmiyyəti üçün hansısa yol xəritəsi hazırlaya bilməzlər. Yol xəritəsi gündəmdə olan, populyar addır. Onlar da hər şeyə bir populyar ad qoymağa çalışırlar. Onlar Azərbaycan dövlətinin həyata keçirdiyi strateji xətt, siyasi, iqtisadi, sosial, elmi, mədəni islahatlarla bağlı hər hansı yeni təklif verə bilməzlər. çünki o adamların heç biri 1990-cı illərin səviyyəsindən irəli gedə bilməyib”.
S.Novruzov hesab edir ki, müxalifət dünyanın müxtəlif ölkələrində baş verən bir hadisəni eşidən kimi Azərbaycanda da onu tətbiq etmək istəyir. Amma onun fikrincə, bu addımların hamısı iflasa uğrayıb: “Ukraynada “narıncı inqilab” baş verəndə Azərbaycan müxalifəti özünü “narıncı inqilab” edənlərə oxşatmağa çalışdı. Nəticə nə oldu? Müxalifət kimdənsə nəyisə oğurlayanda zamanı, məkanı, sistemi, insanların düşüncə tərzini də nəzərə ala bilmir. Onlar Mozambikdə nə baş versə, onu da Azərbaycanda tətbiq etmək düşüncə tərzinə malikdirlər.
İkincisi, “narıncı inqilab” baş verən ölkədə hansı proseslər cərəyan edir? Bir koalisiyada hakimiyyətə gələnlər bu gün məhkəmədə bir-birinin üzünə dururlar. “Narıncı inqilab”ın prezidenti Viktor Yuşşenko inqilabın əsas banilərindən olan keçmiş baş nazir Yulya Timoşenkonun üzünə durub onu korrupsiya və rüşvətdə ittiham edir. Başqa bir ölkədə “qızılgül inqilabı” oldu. Azərbaycan müxalifətçiləri əllərinə gül-çiçək götürüb düşmüşdülər Bakının küçələrinə, orda-burda gəzirdilər. Bunun da nəticəsi göz önündədir.
Fələstin-İsrail münaqişəsində yol xəritəsi adlı bir anlayış var. Bu da ABŞ-dan gələn ideyadır. Hər hansı problemi, məsələni həll etmək üçün nədən başlayıb nədə qurtarmaq üçün plan hazırlayırlar və bunu yol xəritəsi adlandırırlar. Fələstindəki yol xəritələrinin hansı nəticələr verdiyi göz önündədir. İndi Azərbaycan müxalifəti bunu da mənimsəyib, özlərini gah jurnalist, gah da politoloq adlandıran, cəmiyyətdə heç bir uğur qazanmayan adamlardan istifadə edib lazımsız, məzmunsuz, mahiyyətsiz, yamağa bənzəyən bir şey hazırlayıb ortaya atıblar. Guya bu hansısa islahatlar planıdır”.
YAP İcra katibinin müavini hesab edir ki, Azərbaycanda bütün sahələrdə davamlı islahatlar həyata keçirilir. S.Novruzov bildirib ki, Azərbaycan cəmiyyəti indiki müxalifətin cızdığı xəritələri görüb: “Onların ortalığa atdıqları məsələlərin heç bir mahiyyəti yoxdur. Onların cızdığı xəritələr Azərbaycan cəmiyyətini ancaq geri apara bilər, irəliyə aparması mümkün deyil”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

