Ermənistanın ekoloji terroru
14.07.2023 [11:40]
Beynəlxalq birlik bu cinayətə etiraz etməlidir
Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi ağır cinayətlər sırasında ekoloji cinayətlərin də miqyası çox böyükdür. 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu gün biz görürük ki, Ermənistan uzun illər işğal altında saxladığı torpaqlarımızda təbiətə qarşı da düşmən münasibət sərgiləyib. Ermənilərin törətdiyi terror nəticəsində regionun ekologiyası üçün ciddi təhlükələr yaranıb. Belə ki, həmin ərazilərdə bioloji müxtəlifliyə, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilər yandırılıb, su resursları çirkləndirilib, qiymətli ağac növləri ilə zəngin olan meşələr məhv edilib. Ümumilikdə, yeraltı və yerüstü sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində bu bölgədə ekoloji tarazlıq pozulub və Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib.
Təbiətimizə böyük zərbə vurulub
Prezident İlham Əliyev iyulun 11-də Nazirlər Kabinetinin bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsində çıxışı zamanı bu barədə bildirib: “Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar. Yəni, bütün bu peyk görüntüləri bizdə var”.
Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti məhz Şuşa şəhəri yaxınlığında yerləşən və dövlət qoruğu hesab edilən Topxana meşəsinin qırılması ilə başlanıb. Uzun illər işğal altında qalmış bu ərazilərdəki meşələrin kütləvi qırılması səhralaşmaya və torpaqların eroziyasına səbəb olub. Bütövlükdə, bu ərazilərdə mövcud olmuş təbiət qoruqlarımız və yasaqlıqlarımız ermənilər tərəfindən məhv edilib. Eləcə də Ermənistan torpaqlarımızı işğal altında saxladığı müddətdə yeraltı sərvətlərimizi də talan edib. Yeri gəlmişkən, ermənilər ekoloji terror siyasətini 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından sonra da davam etdiriblər. Belə ki, bu razılaşmadan sonra ermənilər Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən yaşayış evlərini, ictimai binaları, yaşıllıqları məqsədli şəkildə yandırıblar. Onların ev heyvanlarını tələf etmək, bu ərazilərin zəngin flora və faunasını məhv etmək kimi hərəkətləri vandalizm aktıdır.
Sərhədimizin 500 metrliyində...
İndi isə Ermənistan Azərbaycanla sərhədin 500 metrliyində ekoloji terrora başlamaq niyyətindədir. Belə ki, ermənilər Sədərək rayonu istiqamətində sərhəddə yerləşən Arazdəyən kəndində metallurgiya zavodu inşa edib onun zərərli tuullantılarını Araz çayına axıtmaq istəyir. Azərbaycan bu cür ekoloji cinayətə göz yuma bilməz. Ərazidə iri metallurgiya zavodu tikməklə Ermənistan növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də, BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasını kobud şəkildə pozur. Konvensiyaya görə, bu cür layihələrin, digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır. Başqa sözlə, Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan öncə layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedurunda ölkəmizin də iştirakını təmin etməli idi. Əgər rəsmi Yerevan üçün metallurgiya zavodunun yaradacağı çirklənmə heç bir əhəmiyyət daşımırsa, öz əhalisninin sağlamlığı önəmli deyilsə, o zaman zavodu Azərbaycan sərhədlərindən uzaqda, Ermənistanın dərinliklərində inşa edə bilərlər.
Problemlə bağlı Azərbaycanın qeyri-hökumət təşkilatları müvafiq beynəlxalq təşkilatlara müraciət ediblər. Sözügedən müşavirədə Prezident İlham Əliyev də qeyd edib ki, indi transsərhəd təhlükələri mütləq nəzərə alınmalıdır və Azərbaycanın burada sərgilədiyi mövqeyi yenə də beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara əsaslanır: “Espo Konvensiyasında göstərilir ki, transsərhəd çayların çirkləndirilməsi və ölkələrin sərhədlərinə yaxın müəssisələrin, ekoloji təhlükə mənbəyi sayıla biləcək müəssisələrin yaradılması qonşu ölkələrlə mütləq razılaşdırılmalıdır və biz bunu Ermənistandan tələb edirik. Bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Ona görə mən hesab edirəm ki, Azərbaycan Hökuməti də burada kənarda qalmamalıdır. Bizim vətəndaş cəmiyyətimiz bu addımı atır, çox yaxşı, amma baxmaq lazımdır, rəsmi xətlə, yəni, dövlət xətti ilə hansı təşkilatlara hansı müraciətlər ünvanlanmalıdır ki, Ermənistan bu təhlükəli praktikadan əl çəksin”.
Azərbaycan bu məsələyə laqeyd qalmayacaq və adekvat tədbirlər görəcək. Dövlətimizin başçısının dediyi kimi, əgər bu müəssisə bizim sərhədimizin 500 metrliyində yerləşirsə, orada təhlükəli maddələrdən istifadə ediləcəksə və bu maddələr yenə də Araz çayına, Oxçu çayına töküləcəksə, bu, bizim məsələmizdir. “Biz buna necə imkan verə bilərik? Əlbəttə ki, biz bu məsələləri qanun çərçivəsində, beynəlxalq konvensiyalar çərçivəsində, diplomatiya çərçivəsində mütləq diqqətdə saxlamalıyıq”-deyə Prezident vurğulayıb. Eyni zamanda, müvafiq beynəlxalq təşkilatlar Ermənistanın təbiətə, ətraf mühitə və ekologiyaya qarşı törətdiyi vandalizmi, ekoloji terroru kəskin şəkildə pisləməlidir.
Naxçıvan da “yaşıl enerji” zonasına çevrilir
Məlumdur ki, Azərbaycan Prezidenti işğaldan azad edilmiş Şərqi Zəngəzuru və Qarabağ “yaşıl enerji” zonası elan edib. Artıq Naxçıvanda da bu istiqamətdə vacib tədbirlər görüləcək. Bu yaxınlarda təsdiq olunmuş Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında bu məsələlər öz əksini tapır. Müşavirədə dövlətimizin başçısı bununla bağlı vurğulayıb: “Proqramda Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi mənim tərəfimdən qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur - ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat. Biz həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac edəcəyik”.
Beləliklə, dövlətimizin həyata keçirdiyi siyasətin məqsədi Ermənistanın ekoloji terrorunun qarşısını almaq, eyni zamanda, ərazilərimizi “yaşıl enerji” zonasına çevirməkdir. Bu istiqamətdə görülən işlər qısa zamanda öz nəticəsini gösətərəcək
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13

