Qardaşım İlham Əliyev məsələni yaxından izləyir...
18.07.2023 [10:40]
Region dövlətlərinə və bütün dünyaya NATO tribunasından verilən mesaj
Rusiyanın “bəyanat”ının əsl səbəbləri...
İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbayan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti görüşünün keçirildiyi bir vaxtda Rusiyanın Xarici İşlər Nazirliyinin regionumuzdakı vəziyyətlə bağlı yaydığı bəyanatda həqiqətdən və reallıqdan uzaq məqamlar yer alıb. Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin üçtərəfli Bəyanatı və sülh prosesini şərh edən 2023-cü il 15 iyul tarixli bəyanatı anlaşılmazlıq və məyusluq doğurur.
Azərbaycan XİN: Qəbuledilməzdir!
Qeyd olunub ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bu bəyanatı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə və Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir. Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir.
Xatırladılıb ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin qurulması üçün beş baza prinsiplərini, sülh müqaviləsi təklifini, eləcə də sərhədlərin delimitasiyası təşəbbüsünü irəli sürən tərəfdir və bu istiqamətlərdə bütün ilkin sənədlərin müəllifidir. Hazırda da Azərbaycan tərəfi sülh müqaviləsinin irəlilədilməsi istiqamətində əməli addımlar atır. Ölkəmiz, həmçinin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara daim sadiqlik nümayiş etdirib. Buna baxmayaraq, sözügedən üçtərəfli Bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfi bəyanatın bir çox müddəalarını yerinə yetirməyib və Rusiya tərəfi öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etməyib.
Laçın yolunda erməni təxribatları...
Uzun müddət ərzində Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyətə, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınmasına, qanunsuz hərbi birləşmələrin rotasiyasına, üçüncü ölkə vətəndaşlarının icazəsiz əraziyə gətirilməsi kimi faktlara dair Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu fəaliyyətlərin qarşısının alınması üçün heç bir tədbir görülməyib. Azərbaycan tərəfi ölkə ərazisində baş verən bu qanuna zidd fəaliyyətlərin qarşısının alınması, şəffaflığın təmin olunması məqsədilə, Azərbaycan qanunvericiliyinə və beynəlxalq qaydalara uyğun olaraq yaradılmış Laçın sərhəd buraxılış məntəqəsi təsis edib. Bu məntəqədən son bir neçə ay ərzində yüzlərlə erməni sakinlərin tənzimlənən və şəffaf şəkildə keçidi təmin olunub. Buna baxmayaraq, Ermənistan tərəfi yenə də Azərbaycan əleyhinə hərbi təxribatlarından əl çəkməyərək, iyunun 15-də məntəqəni atəşə tutub. İyul ayında isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılığa cəhd göstərib. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi BQXK vasitəsilə erməni sakinlərin keçidi üçün yenə də şərait yaradıb və Ağdam-Xankəndi yolu vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması imkanlarının mövcud olduğunu bildirib. Bu kontekstdə, Azərbaycanın suveren hüququ olan Laçın sərhəd keçid məntəqəsi yaradılması məsələsinin siyasiləşdirilməsi cəhdləri və bölgədə guya gərgin humanitar vəziyyət yarandığı barədə iddialar səsləndirilməsinin heç bir əsasının olmadığı hər kəsə bəllidir.
“Qeyd edilənlərə baxmayaraq, məhz Rusiya Federasiyasının tərəf olduğu 2020-ci il üçtərəfli Bəyanata zidd olaraq, Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin qalıqlarının hələ də tam olaraq çıxarılması təmin edilməyib. Bunun əksinə, bölgədə Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir. Bununla yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunikasiyaya müxtəlif bəhanələrlə maneçilik törədildiyi məlumdur. Azərbaycan bölgədə sülh və əmin-amanlığın təmin edilməsində maraqlıdır və bu istiqamətdə səylərini bundan sonra da davam etdirəcək”, - deyə Azərbaycan XİN-in açıqlamasında vurğulanıb.
Türkiyə Prezidentinin sülhməramlılarla bağlı mövqeyi, Rusiya XİN-in bəyanatı
Başqa bir vacib məqam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Vilnüs sammitində Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması ilə bağlı fikirləridir. Sammitdə Türkiyə Prezidenti xatırladıb ki, razılığa görə, Rusiya sülhməramlıları 2025-ci ilə qədər müəyyən olunan yerlərdə qalmalıdır???: “2025-ci ildə isə bu yerləri tərk edəcəkdir, anlaşma bu cür olub. Mən də Rusiyanın bu anlaşmaya sadiq qalacağına inanıram. Hörmətli qardaşım İlham Əliyev də bu məsələni yaxından izləyir”. Rusiya Xarici İşlər Nazirliyinin 15 iyul tarixli bəyanatı Brüssel görüşü ilə yanaşı həm də Rəcəb Tayyib Ərdoğanın məlum açıqlaması ilə bağlı verilməsi ehtimalı böyükdür. Bəyanatda Qarabağ erməniləri ilə bağlı səsləndirilən fikirlər də buna dəlalət edir.
Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsindən sonra regionda vəziyyət tamamilə dəyişib. Müharibədə Zəfər qazanaraq Ermənistanı məğlub edən Azərbaycan bölgədə yeni reallıqlar yaradıb. Qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi də qələbəmizdə mühüm şərtlərdən biri oldu. Bu gün Cənubi Qafqazda vəziyyəti Azərbaycan və Türkiyə diktə edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-da verdiyi məlum bəyanat da bunu təsdiqləyir.
Cənubi Qafqazın gələcəyində Azərbaycan-Türkiyə faktoru
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən millət vəkili Kamran Bayramov bildirib ki, Azərbaycan-Türkiyə faktoru Cənubi Qafqazın gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Ermənistanın 30 illik işğalı dövründə bölgədə vəziyyət qeyri-müəyyən olub. Bəzi beynəlxalq dairələr isə münaqişənin dondurulmasına çalışırdı. ATƏT-in Minsk qrupunun həmsədrləri nəinki problemin həlli üçün heç bir addım atmadı, əksinə bir çox hallarda işğalçı Ermənistanın maraqlarına uyğun mövqe sərgilədilər. “Təbii ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışa bilməzdi və barışmadı. Dövlətimiz hər zaman bəyan edirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bu məsələdə qardaş Türkiyə hər zaman Azərbaycanın ədalətli mövqeyini birmənalı olaraq dəstəkləyib” ,- deyən millət vəkili əlavə edib ki, 44 günlük Vətən müharibəsində rəsmi Ankaranın ölkəmizə mənəvi və siyasi dəstəyinin böyük əhəmiyyəti oldu.
K.Bayramovun fikrincə, həm Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, həm də Türkiyə amili bəzi beynəlxalq güclərin ölkəmizə qarşı təzyiqlərini neytrallaşdırdı: “Azərbaycanın müharibədə qalib gəlməsi bölgədə müəyyən maraqları olan, Ermənistana havadarlıq edən dairələrin planlarını pozdu. Artıq Azərbaycan və Türkiyə faktoru öndədir. Məlumdur ki, 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq Türkiyə-Rusiya Monitorinq Mərkəzi yaradılıb. Türkiyənin burada olması bizim milli maraqlarımıza tam cavab verir. Doğrudur, həmin bəyanatın bəzi müəddəaları, xüsusilə qanunsuz erməni hərbi dəstələrinin Qarabağdan çıxarılması təmin edilməyib. Bu məsələdə Rusiya sülhməramlı kontingeninin üzərinə məsuliyyət düşür. Əgər onlar öhdəliklərini yerinə yetirməsələr, Azərbaycan özünün beynəlxalq konvensiyalara söykənən müstəsna hüququndan istifadə edəcək. Çünki 2025-ci ildə Rusiya sülhməramlılarının mandatı başa çatır və onlar Qarabağı tərk etməlidirlər. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Vilnüs sammitində səsləndirdiyi fikirlər böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, rəsmi Bakı regionda vəziyyətə tam nəzarət edir. Hansısa qüvvələrin regionda gərginliyi saxlamaq, Qarabağ separatçılarına dəstək göstərmək cəhdləri heç bir nəticə verməyəcək”.
Rus sülhməramlıları vəzifələrini yerinə yetirmirlər
Politoloq Ramiz Alıyev isə bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin məlum bəyanatında birtərəfli yanaşma və qeyri-obyektivlik özünü aydın şəkildə göstərir. Onun sözlərinə görə, Türkiyə Prezidentinin sülhməramlılarla bağlı bəyanatı rəsmi Moskvada qıcıq yaradıb. Əslində isə, cənab Ərdoğanın fikirləri imzalanmış sənədə əsaslanır. Ona görə də, burada Rusiyanın hansısa iddialarla çıxış etməsinə heç bir əsas yoxdur. Politoloq qeyd edib ki, hazırda Azərbaycan və Türkiyənin təşəbbüsləri Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinə xidmət edir: “Bunun üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalı, eləcə də Qarabağdakı erməni sakinlərimizin bizim cəmiyyətimizə inteqrasiya sürətləndirilməlidir. Amma biz görürük ki, rus sülhməramlıları öz vəzifələrini lazımi səviyyədə yerinə yetirmirlər. Onlar Qarabağ separatçılarının bütün təxribatlarına göz yumurlar. Belə vəziyyət uzun müddət davam edə bilməz. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi ortadadır. Qardaş Türkiyə də bu məsələdə bizə dəstək verir. NATO-nun ən güclü dövlətlərindən olan Türkiyənin liderinin məlum bəyanatı həm region ölkələrinə, həm də bütün dünyaya ciddi mesajdır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

