"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yeddinci cildi çapdan çıxıb
20.09.2011 [10:46]
Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Bakıda “Prezident Heydər Əliyev” tankerinin istismara verilməsinə həsr olunmuş mərasimdə Prezident İlham Əliyevin nitqi ilə açılan bu cilddə Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasətə, müstəqil Azərbaycan dövlətinin daha da qüdrətləndirilməsi üçün aparılan siyasi və iqtisadi islahatlara, dost və qonşu ölkələr arasında bütün sahələrdə qarşılıqlı faydalı əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsinə dair materiallar - nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar əksini tapıb. Azərbaycanın daha da inkişaf etdirilməsinə, insanların sosial həyat şəraitinin yaxşılaşmasına, ölkəmizin iqtisadi və siyasi cəhətdən daha müasir dövlətə çevrilməsinə, xüsusilə neft və qaz yataqlarının işlənməsi ilə yanaşı, iqtisadiyyatın digər sahələrinə sərmayələrin cəlb edilməsinə, mədəniyyət ocaqlarının yenidən qurulmasına aid çıxışları, nitqləri, ayrı-ayrı dövlət və hökumət başçılarına məktubları toplanıb. Bu materiallar 2004-cü ilin noyabrından 2005-ci ilin yanvarınadək olan dövrü əhatə edir. Həmçinin, cilddə Qətər Dövlətinə rəsmi səfəri zamanı iki ölkə arasında iqtisadi-siyasi və digər sahələrdə əlaqələrin möhkəmlənməsi, gələcəkdə münasibətlərin genişləndirilməsi üçün bütün imkanlardan istifadə olunmasından bəhs edən materiallar da öz əksini tapıb.
Prezidentin Böyük Britaniyaya səfəri zamanı tanınmış dövlət xadimləri ilə görüşlərində söylədiyi nitqlər, “Azərbaycanda ticarət və sərmayə” konfransında çıxışı, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə dair bəyanatları da bu cildin əsas mövzularından birini təşkil edib.
Yeni cilddə Prezident İlham Əliyevin dünyanın görkəmli dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatlara, məşhur şəxsiyyətlərə məktubları, xarici nümayəndə heyətləri ilə görüşləri zamanı apardığı söhbətlərin mətni yer alıb.
Burada, həmçinin, Prezident İlham Əliyevin “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar respublikanın cənub bölgəsinə, eləcə də Siyəzən rayonuna səfəri zamanı əhali ilə görüşlərində Azərbaycanın sürətli inkişafına, xalqımızın rifahı və tərəqqisi naminə aparılan geniş iqtisadi və siyasi islahatlara həsr olunmuş çıxış və nitqləri də verilib.
Daim Azərbaycanda elmə, təhsilə, mədəniyyətə, incəsənətə yüksək dəyər verən Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlər nəşrin yeddinci cildində bir daha öz əksini tapıb. Burada ölkə başçısının Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyləri ilə tanışlıq zamanı söylədiyi dəyərli fikirlər, xalqımızın milli-mənəvi dəyərlərinə olan sonsuz sevgi bir daha özünü göstərir.
Kitaba “Qeydlər”, “Şəxsi adlar göstəricisi”, “Coğrafi adlar göstəricisi” də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57

