/ / Venesiya Komissiyasına təqdim olunmuş layihədə partiyaların dövlət tərəfindən maliyyələşməsi təklif olunur
Venesiya Komissiyasına təqdim olunmuş layihədə partiyaların dövlət tərəfindən maliyyələşməsi təklif olunur
13.10.2011 [23:18]
“Düşünürük ki, siyasi partiyaları xarici və daxili asılılıqdan xilas etməyin vaxtı çatıb. Dövlət öz imkanlarından istifadə edərək partiyaların maliyyələşməsini öz üzərinə götürə bilər”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı Avropa Şurası Venesiya Komissiyasında müzakirələr aparmaq üçün Prezident Administrasiyası Nanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyevlə birgə Strasburqa yola düşəcək: “Venesiya Komissiyasında qanun layihəsi ilə bağlı müzakirələr aparılacaq. Layihə Prezident Administrasiyasında hazırlanıb, rəy verilməsi üçün Venesiya Komissiyasına göndərilib. Yəqin ki, Avropa Şurasının rəyi də nəzərə alınmaqla, 3-4 gün ərzində layihənin müzakirəsi yekunlaşacaq və layihə parlamentə göndəriləcək. Hesab edirik ki, bu qanunun qəbul olunması zəruridir. Azərbaycan artıq elə bir vəziyyətə gəlib çatıb ki, siyasi partiyaları maliyyələşdirmək gücünə malikdir. Dövlət siyasi partiyaları maliyyələşdirsə, siyasi partiyaların da üzərinə Azərbaycan dövləti və dövlətçiliyi qarşısında öhdəlik düşmüş olar”.
Dünya ölkələrində siyasi partiyaların maliyyələşməsi ilə bağlı müxtəlif təcrübələrin olduğunu deyən Ə.Həsənov qeyd edib ki, həmin ölkələrin daha çox istifadə etdikləri əsas model siyasi partiyaların seçkilərdə iştirakı, qazandığı səslərin sayıdır: “Bəzi ölkələrdə isə bunu parlamentdəki təmsilçiliklə müəyyən edirlər: “ölkələrin 90-95 faizində partiyaların fəaliyyəti seçki ilə əlaqələndirilir. Seçkidə iştirak etməyən partiyalar maliyyələşdirilmədən avtomatik kənarlaşdırılır. Bizim Venesiya Komissiyasına təqdim etdiyimiz modeldə partiyaların seçkilərdə iştirakı əsas prinsiplərdən biri kimi nəzərə alınıb. Lakin ayrılan vəsaitin partiyalar arasında bölünməsi metodikası ilə bağlı bir neçə mülahizələr var. Mən indidən bu variantların təfsilatına varmaq istəmirəm. Venesiya Komissiyasında aparılan müzakirələrdən sonra, yəqin ki, bu məqamlar açıqlanacaq. ümumiyyətlə, müzakirələr zamanı başqa variantlar da üzə çıxacaq. Hər halda elə edəcəyik ki, Azərbaycan cəmiyyətinin formalaşmasında rolu olan, dövlətçiliyə xidmət edən, milli-mənəvi dəyərləri özündə əks etdirən partiyalar bu maliyyələşmədən kənarda qalmasın”.
Xəbər lenti
Hamısına baxSosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
Gündəm
22 İyun 11:45
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42

