Əhmədinejat əli müsəlmanların qanına batmış Sarkisyanı yenə də bağrına basacaq
23.12.2011 [11:16]
Məlum olduğu kimi, İran prezidenti Mahmud Əhmədinejat bu gün Ermənistana səfərə gedir. Yayılmış məlumatlara görə, səfər Ermənistan tərəfinin dəvətilə baş tutur və keçiriləcək görüşlərdə ikitərəfli əlaqələr müzakirə ediləcək.
Əlbəttə ki, bu ilin yay aylarında baş tutması planlaşdırılan bu səfərin məhz indi - xüsusilə də, Tehrana qarşı çoxtərəfli embarqoların qəbul edildiyi bir zamanda - reallaşdırılması ortaya bir çox qaranlıq məqamları çıxarıb. Məhz bu xüsusda İran prezidenti M.Əhmədinejatın Ermənistana səfərinin məqsədinin nədən ibarət olması haqqında müxtəlif mülahizələr irəli sürülməkdədir. Hətta bir sıra siyasi ekspertləri fikrincə, son zamanlar ciddi iqtisadi sanksiyalara məruz qaldığına görə, İran qadağan olunmuş vasitələrin Mehri dəhlizi və işğal olunmuş Azərbaycan əraziləri vasitəsilə Ermənistandan idxal edir. M.Əhmədinejatın səfəri, məhz bu sahədə “əməkdaşlığı” daha da genişləndirmək məqsədi daşıyır. Bunun əvəzində isə hər dəfə olduğu kimi, İran tərəfi özünün maraqları kontekstindən çıxış edərək Ermənistanın hərbi, iqtisadi, energetik və digər sahələrdə düşdüyü böhrandan çıxmasına müəyyən yardımlar göstərəcək.
Amma Azərbaycan ictimaiyyəti İran tərəfinin Ermənistana münasibətdə belə bir mövqe tutmasını qətiyyən qəbul etmir. çünki hər fürsət düşdükcə İran Azərbaycana zərbələr endirmək üçün müxtəlif vasitələrdən istifadə etdiyi halda, müsəlman qanına əli batmış bir dövləti - Ermənistanı hərtərəfli şəkildə dəstəkləyir. Həmçinin, Tehran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də ortaya konkret əməli mövqe qoymaq niyyətində olmayıb. Bəlkə də, belə əməli mövqe olubsa, o daha çox problemin həllinə mane törətməyə və erməni tərəfinin mövqelərini gücləndirməyə xidmət edib. Ona görə də, Azərbaycan ictimaiyyətində haqlı narazılıqlar baş qaldırır və İrana cavabını gözlədiyi suallar ünvanlayır. Bilmək istəyir ki, İran prezidenti Mahmud Əhmədinejatın Ermənistana səfərinin əsl məqsədi nədən ibarətdir? M.Əhmədinejat əli azərbaycanlıların, müsəlmanların qanına batmış Sarkisyanı yenə də bağrına basacaq? Nə üçün İranı Ermənistanın Dağlıq Qarabağda müsəlmanlara qarşı törətdiyi vəhşilikləri narahat etmir. Axı bu dövlət bir islam ölkəsi olmaqla müsəlmanların dostu və hamisi kimi tanınmağa çalışır. Elə isə bu riyakar və ikili mövqeni necə başa düşmək olar?
Azərbaycan ictimaiyyəti düşünür ki, əslində, müsəlman təəssübkeşliyindən ağızdolusu dəm vuran İran rəsmilərinin Ermənistana səfəri heç baş tutmamalıdır. Lap bu səfərlər reallaşdırılırsa belə, İran Ermənistandan müsəlmanların qətlinə görə hesab sormalıdır.
Bu mənada M.Əhmədinejat səfərdə olacağı Ermənistanda əli müsəlmanların qanına batmış və Dağlıq Qarabağda azərbaycanlıları qətlə yetirməsindən ağızdolusu danışan Sarkisyanı yenidən bağrına basmamalı, “fars-erməni qardaşlığından”, Ermənistanla İranı “əbədi bağlayan dəyərlərdən” danışmamalı, ermənilərdən mütləq haqq-hesab sormalıdır. Əgər İran həqiqətən özünü müsəlmanların təəssübkeşi sayırsa, islam dəyərlərini hər şeydən üstün tutursa, o zaman Dağlıq Qarabağda dağıdılmış məscidlərə, qəbirlərə görə də mövqeyini ortaya qoymalıdır. özlərini dünya müsəlmanlarının təəssübkeşi kimi qələmə verən İran rəhbərləri Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərində məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, minlərlə şiə müsəlmanlarının qətlə yetirilməsinin haqq-hesabını nə zaman soracaqlar?
Hansısa məqsədlər naminə hər gün bir molla ortaya çıxaraq Azərbaycanda dini dəyərlərin “pozulmasından” danışır, fətva verir, hətta aqressiv davranışların həyata keçirilməsi üçün müəyyən dairələrə göstərişlər də verirlər. Məhz Azərbaycanda dini qarşıdurma yaratmaq cəhdləri və Ermənistanla əlaqələri daha da intensivləşdirməsi İran rəhbərliyinin əsl niyyətini, simasını açıq göstərir. Görəsən, Azərbaycana qarşı gündə bir bəyanat, fətva verən İranın çoxsaylı molla ordusu, ayətullahlar indi niyə susurlar? Niyə M.Əhmədinejatın müsəlmanların qatili Sarkisyanla görüşlərini əngəlləməyə çalışmırlar? Bəs hanı müsəlman təəssübkeşliyi? Əgər bu yoxdursa, deməli, həm o mollalar, həm də o ayətullahlar nə səmimi müsəlman, nə də səmimi İslam təəssübkeşləridir.
Ortada olan həqiqət ondan ibarətdir ki, İran Azərbaycana münasibətdə konstruktiv mövqe sərgiləmir. Hər addımında Bakıya zərbə vurmağa çalışan Tehran Azərbaycanın sürətli inkişafından da narahatlığını gizlətmir. Lakin bütün bunların əvəzində, Azərbaycan dövləti hər zaman İranla səmimi münasibətlər əsasında əlaqələrin qurulmasına hazır olduğunu nümayiş etdirib.
Azərbaycan ictimaiyyəti istəyir ki, İran özünü nümayiş etdirdiyi simada - həqiqi islam təəssübkeşi kimi aparsın. Azərbaycan torpaqlarını işğal etmiş dövlətin təcavüzkarlıq mövqeyindən əl çəkməsinə yönəlik addımlar atsın.
Yalnız bu halda İran hər fürsətdə elan etdiyi islami dəyərlərə sadiq olduğunu nümayiş etdirə bilər. Əks təqdirdə, Əhmədinejat təkcə Azərbaycanda deyil, həmçinin, İranda da həqiqi islam təəssübkeşi olan imanlı müsəlmanların gözündən düşər. İran xalqı ilə Azərbaycan xalqını ortaq dil, din və məzhəb birləşdirir. Bəs görəsən, Əhmədinejatı ermənilərlə hansı dəyərlər birləşdirir? İran hakimiyyətinin, Əhmədinejatın bu mövqeyinin başa düşülməsi olduqca çətindir. Nə iranlı müsəlmanlar, nə də azərbaycanlı müsəlmanlar bu ermənipərəst mövqeyi heç cür başa düşüb izah edə bilmirlər. Əminik ki, bir gün əhmədinejatlardan bunun hesabını soracaqlar.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53

