YAP-ın gəncləri Fransa Respublikasının Senatına müraciət ünvanlayıblar
20.01.2012 [12:02]
Müraciətin sovet qoşunları tərəfindən Bakı şəhərində törədilən qanlı 20 Yanvar faciəsinin növbəti ildönümünə təsadüf etdiyi vurğulanan məktubda daha sonra qeyd olunur ki, təxminən bir aydan sonra erməni silahlı dəstələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin əhalisinin qətlə yetirilməsinin 20 ili tamam olur: “Bu faciə nəticəsində bir gecənin içərisində 613 nəfər xüsusi qəddarlıqla öldürülmüş (onların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi), 487 nəfər dinc insanlar isə ağır bədən xəsarəti almışdır. Xatırladığınız kimi, Fransa parlamenti bu hadisələrin heç biri haqqında heç bir etiraz səsi ucaltmamışdı, baxmayaraq ki, hər iki faciə indi yaşayan nəsillərin gözləri qarşısında baş vermişdir, necə deyərlər, şahidlərin hamısı sağdır”.
Müraciətdə daha sonra bildirilir: “Açıq etiraf etmək istəyirik. Gənc insanlar olaraq Qarabağ münaqişəsinin taleyini həll etməli olan dövlətin nümayəndələrinin “ikili standartlar” prinsiplərindən davranması bizi çox narahat edir. Axı biz Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sizdən ədalətli mövqe gözləyirik. İnsanı inamına görə cəzalandırmaq cəhdini də başa düşə bilmirik. Gənc insanlar kimi biz haqqa, ədalətə inanırıq, xeyirxahlığa inanırıq, gələcəyə inanırıq və indi məlum olur ki, Fransada insanı nəyəsə inanmadığına görə cəzandırmaq istəyirlər. Keçmişdə insanlara Allaha inanmadığına görə cəza verirdilər. Sonralar bolşeviklər gəldilər və Sovet İttifaqında insanları Allaha inandığına görə cəzalandırmağa başladılar. Nə yaxşı ki indi bunların heç biri yoxdur”.
Müraciət müəllifləri əmin olduqlarını bildiriblər ki, Fransa Senatı insanı inamına görə cəzalandırmağa əsas ola biləcək qanunu qəbul etməyəcək.
Qeyd edək ki, Fransa Respublikası Milli Assambleyası “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza müəyyənləşdirən qanun layihəsini qəbul edib və həmin qanun layihəsinin yanvarın 23-də Fransa Senatında müzakirəsi gözlənilir.
YAP gənclərinin bu müraciəti dünən Fransa Respublikasının Azərbaycandakı səfirliyinə təqdim edilib və Fransa Senatının hər bir senatoruna göndəriləcək.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53

