Türkiyə Respublikasının vitse-prezidenti YAP nümayəndə heyətini qəbul edib
07.10.2023 [10:14]
Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz qardaş ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətini salamlayan Cevdet Yılmaz iki dost və qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini söyləyib.
Vitse-prezident qeyd edib ki, nümunəvi xarakter daşıyan Türkiyə-Azərbaycan işbirliyi regional və beynəlxalq əhəmiyyətə malikdir. C.Yılmaz vurğulayıb ki, iki ölkənin münasibətləri xalqlarımızın birliyini ifadə edən möhkəm təməl üzərində qurulub və dostluğumuz, qardaşlığımız əbədidir. O qeyd edib ki, Türkiyə və Azərbaycan beynəlxalq platformalarda bir-birini fəal şəkildə dəstəkləyir.
44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin xalqlarımızın qürur mənbəyi olduğunu nəzərə çatdıran Cevdet Yılmaz Azərbaycanın suverenliyinin tam bərpa olunması münasibətilə təbriklərini çatdırıb. Vitse-prezident hər iki ölkənin beynəlxalq münasibətlər sistemində layiqli yer tutduğunu və öz mövqelərini möhkəmləndirdiyini, dövlət başçılarının iradələri əsasında ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasətləri nəticəsində Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu, dövlətçilik maraqlarımızın məharətlə təmin edildiyini vurğulayıb. 44 günlük Vətən müharibəsində Azərbaycana böyük mənəvi-siyasi dəstək göstərən qardaş Türkiyənin yeni reallıqlar fonunda da ölkəmizin haqlı mövqeyini müdafiə etməsinin dostluq və qardaşlıq örnəyi olduğunu söyləyib.
İki qardaş ölkənin daim bir-birinin yanında olduğunu bildirən YAP Sədrinin müavini “Bu gün iftixarla qeyd edirik ki, sözümüz və əməlimiz birdir. Dəfələrlə sübuta yetirmişik ki, biz birlikdə güclüyük və bundan sonra da möhtəşəm uğurlara imza atmaq əzmindəyik”,- deyə qeyd edib.
Son 20 ildə reallaşdırılmış möhtəşəm layihələr və qazanılmış uğurlar nəticəsində Türkiyənin gücünün kifayət qədər artdığını bildirən YAP Mərkəzi Aparatının rəhbəri Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin milli inkişafa hədəflənən bütün planlarının reallaşdırılacağına inamını ifadə edib.
Tahir Budaqov iki ölkənin hakim partiyaları arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini də diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə millət vəkilləri - YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə, YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova, YAP ilə AK Parti arasında əlaqələndirici Ramil Həsən və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17

