Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Erməniləri “qaçqın” etmək üçün...

Erməniləri “qaçqın” etmək üçün...

14.10.2023 [11:52]

Fransa bu statusun əldə olunmasına çalışır

Fransanın ermənipərəst mahiyyəti sirr deyil. Artıq illərdir ki, “ermənipərəstlik” azarından xilas ola bilməyən rəsmi Paris bu “yolda” hətta özünün dövlət imicini belə ləkələməkdən “çəkinmir”. Bütün cəhdləri bohşa çıxan, anti-Azərbaycan kampaniyaları fiaskoya uğrayan fransızlar bu kimi addımlarını “davam etdirməklə” ziyanın yarısından qayıtmağı “düşünmədiklərini” nümayiş etdirirlər.

BMT TŞ müstəvisində bir ildə 3 dəfə Azərbaycana məğlub olan rəsmi Parisin yeni “oyunu” isə dünyaya sırınmağa çalışan “erməni məzlumluğunun” növbəti seriyası kimi də qəbul oluna bilər. Belə ki, Fransanın təşəbbüsü ilə bir qrup dövlət 2023-cü il oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat veriblər. Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin köçməsinin səbəbləri ilə bağlı əsassız və böhtan xarakterli iddialar yer alıb. Ən maraqlı məqamlardan biri isə, Qarabağdan Ermənistana köçən erməni əhalisinə “qaçqın statusu”nun verilməsi ilə bağlı m?ddəadır. Təbii ki, bu nə hüquqi, nə də mənəvi formada doğru hal sayıla bilməz.

Çirkin niyyət və məkr...

Qeyd etmək lazımdır ki, Fransanın bu dəfəki “canfəşanlığı”nın da altında qara və məkrli niyyət yatır-onlar bu yolla Azərbaycanın regionda formalaşdırdığı təzlükəsizlik mühitini inkar, yaradılan birgəyaşayış imkanlarını təkzib etmək, reinteqrasiya ilə bağlı irəli sürülən müsbət addımları və proqramı ikinci plana keçirmək, Azərbaycanın apardığı və humanizmə söykənən siyasi kursa qara yaxmağa çalışırlar. Qarabağı öz arzusu ilə tərk edən insanların “qaçqın” adlandırılması cəhdi beynəlxalq hüquqa zidd olduğu qədər mənəvi haqsızlıq nümunəsidir - bununla onlar Azərbaycanın Qarabağ regionunda yaşayan erməni sakinlərin reinteqrasiyası üçün aparılan genişmiqyaslı fəaliyyəti təkzib etməyə çalışmış olurlar.

Biri pul yığır, digəri “status” axtarır...

Bəşəri dəyər olan humanizm Azərbaycan dövlətinin yürütdüyü dövlət siyasətinin ən prioritet istiqamətlərindən biridir. Hüququn aliliyinin təmin ol??duğu ölkəmizdə bütün vətəndaşlara qarşı yalnız konstitusion çərçivədə davranış sərgilənir. O cümlədən Qarabağdakı erməni sakinlərə qarşı-hələ II Qarabağ  müharibəsi dövründə, ondan sonrakı vaxtda Azərbaycan bəyan etdi ki, Qarabağda yaşayan sakinlərin hüquqları ölkə qanunvericiliyi çərçivəsində təmin olunacaq. Antiterror tədbirlərindən sonra Yevlax şəhərində erməni sakinləri qəbul edən Azərbaycanın məsul nümayəndəsi dövlətimizin rəsmi mövqeyini onlara çatdırdı, reinteqrasiya proqramını təqdim etdi. Onların Qarabağı tərk etmək arzuları özlərinin seçimidir və Azərbaycan humanizm nümayiş etdirərək onların bu seçimlərini rahat və təhlükəsiz şəkildə icra olunmasına şərait yaratdı.

Amma görünür, Fransa və Ermənistan öz xoşu və razılığı ilə Qarabağı tərk edən ermənilər üzərindən manipulyasiyalarını davam etdirmək niyyətindən əl çəkmirlər. Ermənistan “himayədarlıq” adı altında qeyri-rəsmi “ianə” toplamağa çalışır, Fransa isə onların “qaçqın” kimi tanınması üçün səy göstərir. Halbuki həmin insanlara təklif edilmişdi ki, Qarabağı tərk etməsinlər və ölkəmizin qanunları çərçivəsində yaşamağa davam etsinlər-Azərbaycan onsuz da dünyada multikultural həyat tərzinə görə nümunəvi ölkə sayılır. Ermənilər də etnik azlıq kimi ölkəmizdə qala və yaşaya bilərlər.

Erməni hərbçiləri və ailələri necə “qaçqın”  sayıla bilər?

Avropa Şurası Nazirlər Komitəsinin sədri Kristianis Karinşin bildirib ki, Qarabağı tərk etmiş “etnik ermənilərin mühacir, yoxsa qaçqın olduğunu aydınlaşdırmaq lazımdır”. Həqiqətən də könüllü şəkildə bir ərazidən digərinə köçən insan miqrasiya edir, bunu “qaçqın” kimi təqdim etmək doğrudurmu? Misal kimi Ermənistandan öz xoşu ilə xaricə köç edən yüz minlərlə əhali qaçqındırmı? Bu məntiqə əsaslansaq, bu gün Qərbdə və başqa regionlarda yaşayan ermənilər də “qaçqın” statusu ilə təmin olunmalıdırlar.

Digər tərəfdən, nəzərə alınmalıdır ki, Qarabağdan getmiş etnik ermənilərin mühüm əksəriyyəti Ermənistan silahlı qüvvələrinin hərbçiləri və onların ailə üzvləridir. İşğal dövründə Qarabağda məskunlaşdırılmış, orada qeyri-qanuni olaraq hərbi fəaliyyətlə məşğul olmuş bu insanlar hansı beynəlxalq qanuna əsasən “qaçqın” statusu ala bilər? Bu gün onları “qaçqın” kimi təqdim edən Fransa və digər Qərb ölkələri faktiki olaraq qanunsuz məskunlaşmaya bəraət qazandırırlar. Belə çıxır ki, bir sıra terror təşkilatları işğal etdiyi bölgələrdən çıxarldıqdan sonra “qaçqın” statusu qazanmaq “hüququ” aldə edir? Bu hansı hüquq, hansı haqqdır?

Azərbaycanlı qaçqınları 30 il gözardı edənlər...

Qarabağı öz arzusu ilə tərk edənlərin “qaçqın” statusu alması üçün təbliğat aparan Fransa görəsən, bu fəaliyyəti 30 il öz doğma yurd-yuvalarından didərgin düşmüş, öz torpağında yaşamaq hüququ məhdudlaşdırılmış, soyqırıma məruz qalmış, ev-eşiyi dağıdılmış, soyuqda ayaqyalın, başıaçıq öz elindən obasından qovulmuş azərbaycanlılara münasibətdə niyə sərgiləməmişdi? Halbuki ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu, Fransanın birbaşa borcu idi. Bu gün rahat, təhlükəsiz, nəyi varsa yığıb və ən əsası öz xoşu ilə Qarabağı tərk edənlərin tam əksinə olaraq 30 il əvvəl azərbaycanlılar ayaqyalın, əyni çılpaq, ölüm qorxusu altında, hər şeylərini arxada buraxaraq dədə-baba yurdlarından qovulmuşdular. Dünyanın gözləri qarşısında baş vermiş bu haqsızlıq sükutla qarşılanmışdı. Bu gün Fransanın haqsız “bəyanatına” imza atan ölkələr 30 il bir milyon azərbaycanlının səsini eşitməmək üçün qulaqlarını qapamışdı. Hətta Azərbaycana yardım etməmək üçün hansısa “qərarlar”, “aktlar”, “sənədlər” qəbul edilirdi. Bir sıra beynəlxalq tribunalardan səslənən haqq səsimiz eşidilmirdi. Ermənilərin işğalçı siyasətinə fərqli don geyindirməyə çalışanlar o dövrdə haqqı tapdanmış azərbaycanlalırın hüquqlarının müdafiəsinə qalxmırdılar. Amma bu gün Fransanın “qaçqın” statusu tələbi aktuallaşdırılır, dəstəklənir. Bu da “demokratik Qərbin” yürütdüyü və fərqli standartlara söykənən mövqeyinin növbəti nümunəsinə çevrilir...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 514 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31