“Silah pulu”nu kim verəcək?
26.10.2023 [10:15]
Fransa ictimaiyyəti Makron hakimiyyətindən izahat tələb edir...
Fransa Ermənistan vasitəsilə Cənubi Qafqaza nüfuz etmək uğrunda yeni vasitələrə əl atmaqdadır. Hədə-qorxu və ya şantajla, eyni zamanda, formalaşdırmağa çalışdığı “beynəlxalq təzyiq kampaniyaları” ilə Azərbaycanın iradəsinə təsir etməyin mümkün olmayacağını dəqiqləşdirən Paris yenidən qeyri-demokratik üsullara “müraciət edir”. Son bir neçə gündə əsas müzakirə predmetinə çevrilmiş Fransanın Ermənistanı silahlandırmasının “nüvəsində” də məhz bu amil dayanır - Paris bu yolla Ermənistanı öz nüfuz orbitinə çəkmək, regionda təhdid mənbəyi kimi saxlamaq və lazımi anda ondan istifadə etməyə çalışır. “Havayı pendir tələdə olur” misalına nəzərən Fransanın da İrəvana təmənnasız silah verməsi inandırıcı deyil - bunu imzalanan anlaşma memarandumu da təkzib edir. Yəni sənədlərdə “Ermənistan pulunu verib silahını alıb” kimi “qeydiyyata düşən” “fakta” Fransanın özündə də inananlar az saydadır. Fransa ictimaiyyəti Makron hakimiyyətinə qarşı yeni iddialar səsləndlirirlər - ən əsası isə Ermənistanın hansı pulla bu silahları alması bütün dünya üçün sual olaraq qalır...
Ritorik xarakter daşımayan sual...
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın müdafiə naziri Fransaya səfər edərək fransalı həmkarı ilə iki ölkə arasında hərbi əməkdaşlığa dair bir neçə sənəd imzalayıb. Fransa müdafiə naziri Lekornyu tərəflərin əməkdaşlığa başladığı və ya başlamaq niyyətində olduğu proqramları və sahələri açıqlayıb. Fransa və Ermənistan Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair sənədlərin imzalanması ilə bağlı xəbəri isə Ermənistan müdafiə naziri Suren Papikyan “X” hesabında bildirib. Onun sözlərinə görə, görüş zamanı razılaşmaların icrası ilə bağlı görülən işlərin gedişi müzakirə olunub.
O da bəlli olub ki, Ermənistan Fransadan üç GM200 radio lokasiya sistemləri alacaq. Bu barədə isə “Reuters” agentliyi məlumat yayıb. Qeyd olunub ki, İrəvan və Paris Fransanın “Mistral” qısamənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu da imzalayıblar.
Qeyd edildiyi kimi, bu məsələ Fransa ictimaiyyətində birmənalı qarşılanmayıb. Ermənilərə bu silahların nəyin qarşılığında verilməsi, İrəvanın bu silahların dəyərini necə ödəcəyi “maraq doğurub”. Belə ki, Fransanın “Le Monde” qəzeti yazıb ki, Ermənistanın Fransaya bir neçə yüz milyon avroluq hərbi müqavilələri necə ödəyəcəyi məlum deyil. “Bunlar Ukraynaya hərbi yardımda olduğu kimi, silah tədarükü deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdir. Lakin İrəvanın onları necə ödəyəcəyi hələ məlum deyil”, - nəşr qeyd edib.
Bəli, borc içində “üzən”, demək olar ki, hər qapıya verəcəyi olan, heç bir perspektiv gəlir mənbəyi olmayan Ermənistanın bu silahların pulunu necə ödəyəcəyi maraq doğurur. Ermənistan özünün dövlət büdcəsini ianələr, yardımlar hesabına formalaşdırır - indiki halda sosial problemlərdən başı açılmayan bir ölkənin “silah almaq” məqsədi nə dərəcədə inandırıcı və ya vacib görünə bilər?
Bu fakt bir daha təsdiqləyir ki. Fransanın məqsədi sadəcə, silah satışı ilə məşğul olan ölkə kimi Ermənistana “alıcı gözü” ilə baxmaq deyil - tam əksinə, bu silahlar Cənubi Qafqazda sülhə və təhlükəsizliyə mane olan əsas amil kimi ortaya çıxır. Bu silahlarla Fransa regiona nüfuz etməyə çalışır - bunu isə İrəvanın əli ilə həyata keçirir. İrəvan isə Fransanın verdiyi silahlardan hansı məqsədlər üçün istifadə edə bilər? Təbii ki, sabitliyə xələl gətirmək, təhdid olmaqda davam etmək və regionun təhlükəsizlik arxitekturasına ziyan gətirmək üçün bu silahlar Ermənistanın “işinə yarayacaq”.
Siyasi missiya necə hərbi missiyaya çevrilib?
Fransanın Ermənistanda həyata keçirməyə çalışdığı militarizasiya siyasəti yalnız silahlandırma ilə məşdudlaşmır - Ermənistana göndərilən Avropa İttifaqının “sivil” missiyası heç nəyə nail ola bilmədi, indi artıq hərbi missiya haqda danışılır və Fransa İrəvanda daimi hərbi attaşesinin təyinatına hazırlıq prosesi aparır. Paralel olaraq isə Ermənistanın silah-texnika parkını yeniləməyə çalışır. Məsələnin əsl mahiyyəti fransalı nazirin öz tərəfindən etiraf olnur - Sebastyan Lekornyu KİV-ə açıqlamavsında bildirmişdi ki, biz ölkədə (Ermənistanda - red.) indiyədək mövcud olmayan hərbi missiya açmışıq. Bu missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onarın müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək”.
Lekornyu bu fikirləri ilə həm ölkəsinin qanunsuz əməllərini ifşa etmiş oldu, həm də Fransanın regional təhlükəsizliyə mane olmasını təsdiqlədi. Aylar öncə Ermənistana gələn Aİ “missiyasının” hərbi anlam daşıması ilə bağlı müəmmaya indi aydınlıq gəlir - hətta Fransa açıq kontekstdə regionda “jandarmeriya” açdığını dilə gətirir, bölgədə yeni təhdid formalaşdırdığını qeyd edir. Bu fakt Fransanın müdafiə naziri tərəfindən təsdiqlənir - belə olan təqdirdə isə yaranan yeni “təhdidecidi hərbi güc” tək Azərbaycana qarşı deyil, bütövlükdə, regiona qarşıdır.
Fransanın Ermənistan üzərindən “pripiskası”...
Fransanın Ermənistanı silahlandırması fonunda daha bir diqqətçəkici məqam da var - Aİ-nin və Fransanın Ermənistana “maliyyə yardımı” adı altında ötürdüyü pullar məsələsi. Qarabağı könüllü şəkildə tərk edən erməniləri bəhanə edərək Fransa 12 milyon 500 min avro, Aİ isə 10 milyon 200 min avro Ermənistana ianə ayırmışdı. Həm Aİ-nin, həm Fransanın, eləcə də digər qərb ölkələrinin Ermənistan üzərindən illərdir ki, çirkli pullar yuması isə heç kimə sirr deyil - hətta bu məsələ bəzi məqamlarda ən yüksək tribunalardan belə səsləndirilib. İndiki halda Aİ və Fransa tərəfindən ayrılan bu “yardımın” silah alveri adı altında “əridilməsi” məsələsi gündəmə gələ bilər. Çünki Avropanın hazırki krizis dövründə Ermənistana bu qədər yüksək məğləbdə yardım ayırması əvəlcədən inandırıcı görünmürdü - belə məlum olur ki, Aİ adından da pulu Fransa hakimiyyəti ödəyib və indiki mərhələdə də “silah alveri” adı altında geri qaytarır. Başqa sözlə, Fransa Ermənistan vasitəsilə pulunu bir cibindən çıxarıb, digər cibinə qoyur...
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

