Aİ Macarıstansız qərar verə bilərmi?
20.12.2023 [10:55]
Qanun imkan verməsə də, təcrübə var...
Ukraynaya yardım məsələsi yenidən düyünə düşüb. ABŞ-ın ardından Avropa İttifaqı (Aİ) da Kiyevə yardım ayırmaq üçün qərar qəbul edə bilmir. Belə ki, Aİ ölkələri Ukraynaya 4 il müddətinə 50 milyard avroluq iqtisadi yardımın ayrılmasını müzakirə ediblər. Macarıstan isə yenidən Aİ sammitində Ukraynaya 50 milyard avro məbləğində iqtisadi yardımın ayrılmasına mane olub. Macarıstanın baş naziri Viktor Orban “X” sosial şəbəkəsində yazıb ki, bu məsələnin müzakirəsinə gələn il qayıdacaqlar. Orban əlavə edib ki, Ukrayna Aİ büdcəsindən belə böyük məbləğlər almamalıdır, çünki o, bloka daxil deyil.
Aİ Şurasının prezidenti Şarl Mişel təsdiqləyib ki, Aİ liderləri Ukraynaya yardımın İttifaqın büdcə planına salınması ilə bağlı razılığa gələ bilməyiblər. Lakin o, hansı ölkənin buna qarşı olduğunu dəqiqləşdirməyib.
“Financial Times” isə avropalı diplomatlara istinadən Avropa İttifaqına üzv ölkələrin Ukraynaya maliyyə vəsaitinin ayrılması ilə bağlı sazişin bağlanması üçün Macarıstanın səsvermə hüququndan məhrum edilməsi imkanını nəzərdən keçirdiyi haqda məlumat yayıb. Onların fikrincə, Aİ 2007-ci ildə Avropa İttifaqı haqqında müqavilənin 7-ci maddəsini tətbiq edə bilər. Bu, ölkənin Avropa qanunvericiliyinin pozulması ilə bağlı səsvermə hüququndan məhrum edilməsinə imkan verir. Bu proses istənilən Aİ üzvü tərəfindən əngəllənə bilər, lakin qəzetin qeyd etdiyi kimi, Polşada keçirilən son seçkilərdən sonra Macarıstanın Aİ-də “etibarlı müdafiəçisi” qalmayıb.
Buna baxmayaraq, birliyin bəzi üzvləri Budapeştə məhdudiyyətlər tətbiq etmək fikrindən ehtiyatlanırlar. Əvəzində onlar Macarıstanın baş naziri Viktor Orbana ölkənin Aİ daxilində təcrid olunmasının “real dəyərini” nümayiş etdirmək niyyətindədirlər ki, o, Ukraynaya vəsait ayrılması ilə bağlı fikrini dəyişsin. Qəzet yazır ki, bu taktika işə yaramasa, assosiasiyanın 26 ölkəsi Macarıstanın iştirakı olmadan Kiyevə yardım haqqında saziş bağlaya bilər, lakin bu, daha çox vaxt aparacaq və “yalnız müvəqqəti həll yolu olacaq”.
“Ola bilsin ki, Macarıstan daha çox problem yaradacaq. Ola bilsin ki, Macarıstan bizi başqa vasitələrdən istifadə etməyə məcbur etsin. Amma sonda Macarıstan Ukraynanı vəsaitlə təmin etməyimizə mane ola bilməyəcək”, - nəşrin həmsöhbətlərindən biri yekunlaşdırıb.
Vurğulanmalıdır ki, Aİ-də bütün qərarlar vahid razılıq əsasında qəbul edilir. Macarıstanın fərqli mövqeyi qarşılığında Aİ səsvermə hüququnu “dondura” bilərmi? Bu, hansısa qanun və ya nizamnamə müddəası ilə tənzimlənirmi?
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, Macarıstan Aİ-nin milli mental dəyərlərini özündə və davranışlarında əks etdirməyi bacaran üzvlərindəndir. Onun sözlərinə görə, bu gün hakimiyyətdə olan qüvvələr də Macarıstanın bu özünəməxsusluğunu qorumağı ən əsas borc sayırlar: “Məsələn, Macarıstan hər zaman Aİ-nin insan haqqları mövzusunda fundamental insan haqlarını qəbul etsə də, bir neçə marjinal xəttlər var ki, onları heç vaxt qəbul etmir. Çünki Macarıstanın hansısa hökumətinin bu qərarları qəbul etməsi həmin iqtidarın sonunu gətirəcək. Çünki cəmiyyət konvervativdir”.
Politoloq vurğulayıb ki, üzvlərin Ai qarşısında öhdəliyi, məsuliyyəti olduğu kimi, Aİ-nin də üzvlər qarşısında öhdəliyi və məsuliyyəti var. “Ümumilikdə Aİ adından verilən qərarlarda qurumun bütün üzvlərinin razılığı əldə olunmalıdır. Macarıstanın Ukraynaya yardım məsələsində veto qoymasının bir neçə əsas səbəbi var. Düzdür, Aİ belə bir mənzərə yaratmağa çalışır ki, guya Macarıstan Ukraynanı sevmədiyi üçün veto qoyur. Amma bu belə deyil. Məsələ ondadır ki, Aİ-nin bu kimi yardımları döyüş məqsədi daşıyır, hərbi addımları özündə ehtiva edir. Macarıstanın etirazının əsas mahiyyəti bununla bağlıdır. Aİ-nin ayıracağı maliyyə hərbi-texniki anlam daşıyacaq - Macarıstan isə sərhədlərinin təhlükəsizliyindən narahat olduğu üçün bu addımı atır. Bəli, Aİ məsələni Macarıstan-Rusiya münasibətləri kontekstinə çəkmək istəsə də, əsl həqiqət belə deyil. Aİ-nin yanaşması, Ukraynaya edilən yardımların məqsədəuyğunluğu hazırda sual doğurmaqdır. Məsələn, Macarıstanın suallarından biri enerji təminatı ilə bağlıdır. Sirr deyil ki, post-sosialist coğrafiyasındakı ölkələr ilə Rusiya arasında enerji mübadiləsi böyük əhəmiyyət daşıyır. Aİ-nin tələbi ilə dayandırılan bu əlaqələr isə problemlər yaradır - Rusiya enerjisindən asılılıq müqabilində Aİ bu ölkələrə real alternativlər təqdim edə bilmir. Macarıstan və başqa ölkələr isə hesab edirlər ki, əlaqələrin dayandırılması müqabilində enerji təminatının həlli yolu təqdim olunmalıdır. Macarıstan hesab edir ki, Aİ-nin təqdim edəcəyi alternativlər yoxdursa, vəziyyəti daha da çətinləşdirməməlidir. Ukraynaya ayrılacaq yardımlar isə vəziyyəti daha da çətinləşdirməyə xidmət edir. Macarıstan bunun qarşısını almağa çalışır”, - deyən Y.Hacıyevanın sözlərinə görə, Aİ-nin Macarıstanın rəyi olmadan qərar qəbul etmək istəyi ortaya çıxan ilk hal deyil. Buna qədər 2022-ci ilin yayında da oxşar situasiyalar baş vermişdi: “Amma belə bir addımın atılması Aİ-nin özünün fəlsəfəsinə ziddir və dağıdıcı təsir buraxa bilər. Bu kimi açıqlamalar uzunmüddətli hesabda Aİ-nin onsuz da zədələnmiş imicindəki çatları daha da dərinləşdirəcək. Bu addım presedentlər formalaşdıracaq ki, bundan da ən böyük əziyyəti Aİ özü çəkəcək. Təklifin özü birmənalı olaraq Aİ-nin bütövlüyü üçün birbaşa hədə və təhdiddir. Amma reallıq da ondan ibarətdir ki, bu qərarın Macarıstansız verilməsini istəyən insanlar var və onlar lobbi qruplarının təsiri altında hərəkət edirlər. Macarıstanın səsvermədən kənarlaşdırılması qanunla mümkün olmayan bir haldır. Amma belə təcrübələr mövcuddur. Bu da təəssüfləndirici haldır. Aİ anlamalıdır ki, üzvü olan ölkənin səsini qəsb edir. Bu, Aİ-nin bir üzvünün iradəsinin qəsb edilməsidir”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

