Borrel necə “Borat” oldu?
28.12.2023 [11:20]
Aİ rəsmisinin “fəaliyyəti” diplomatik uğur yerinə “ləqəb” qazandırır...
Avropa İttifaqının son dövrlərdə yürütdüyü siyasi xətt bir çox komponentlərinə görə ciddi tənqidlərlə üzləşir. Xüsusilə qurumun bir sıra aparıcı nümayəndələrinin, rəhbər şəxslərinin ayrı-ayrı məsələlərlə bağlı mövqelərində yol verdikləri yanlışlıqlar, hətta bəzi hallarda beynəlxalq hüququn kodeksləri ilə uzlaşmayan açıqlamaları, məsələlərə yanaşmalarında açıq kontekstdə öz maraqlarını diqtə etməyə çalışmaları, reallıqları gözardı edərək proseslərin korporatv prizmadan qiymətləndirilməsi kimi hallar diqqəti cəlb edir. Əlbəttə, bu kimi hallar özünü dünyanın “ən mötəbər təşkilatlarından biri” elan etmiş qurum üçün bəyənilən hal deyil. Vurğulandığı kimi, bəzi nümayəndələrin məsələlərə yanaşmada ardıcıllığa riayət etməməsi, eyni hal üzrə fərqli presedentlər formalaşdırmağa çalışması təşkilatın həm nüfuzuna, həm də rəhbər şəxslərin etibarına böyük ziyan gətirir. Belə hallar bəzi məqamlarda hətta Aİ rəhbərliyini gülüş və lağ obyektinə də çevirir...
Diplomatik uğursuzluq nümunəsi...
Məsələn, Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Josep Borrel “Politico” nəşrinin Avropa versiyasına görə ilin yumoristik antireytinqində aparıcı yerlərdən birini tutub. O, “Diplomatiyanın Boratı” mükafatına layiq görülüb. Xatırladaq ki, Borat eyniadlı ABŞ - Britaniya komediya filminin qəhrəmanıdır. Qərb ölkələrində onun adı “xeyirxah axmaq” mənasında işlənir. “Avropalıların Borrelə arxayın ola biləcəkləri nə isə varsa, bu da onun heç vaxt axmaq olmaq fürsətini əldən verməməsidir. O, namizədlərdən birinin öldürüldüyü Ekvadoru dinc seçkilər keçirdiyi üçün alqışlayıb. Vəzifə müddəti sona yaxınlaşdıqca, Borrel öz diplomatik uğursuzluğunu hər gün avropalılara xatırlatmaq istəyir”, - “Politico” yazır.
Borrelin “erməni sayımı”...
Göründüyü kimi, Borrelin “pəstəhaları” Qərb mətbuatının da gözündən yayınmır. Onun qeyd olunan məsələlərlə yanaşı Azərbaycan-Ermənistan münasbətlərinin tənzimlənməsi prosesinə, eyni zamanda bu mövzu ilə bağlı fərqli nüanslara “qəribə yanaşmasının” az şahidi olmamışıq - məsələn, J.Borrel 25-ci Aİ-QHT-lərin İnsan Hüquqları Forumunda çıxış edərək, Qarabağdan könüllü olaraq Ermənistana köçən ermənilərlə bağlı qeyri-obyektiv mövqe sərgiləmişdi. Dünyadakı münaqişələrdən danışan Aİ-nin ali nümayəndəsi nə qədər gülünc olsa da iddia edib ki, guya Qarabağdan 150 min erməni köçüb. Hətta Ermənistan hakimiyyətinin belə dəfələrlə şişirtməsinə baxmayaraq bu rəqəmi “100 min kimi” ifadə etməsinin ardından Borrelin 150 min rəqəmini haradan əldə etməsi “marağa səbəb olmuşdu”. Borrelin öz “fikrini” bu kimi yalan rəqəmlərlə “bəzəməyə çalışması” isə onun birtərəfli mövqeyi kimi xarakterzə olunmuşdu.
Bütövlükdə isə, belə yalanların və ya reallığı əks etdirməyən fikirlərin, “təkliflərin” Avropanın özünü “demokratik təsisat” adlandıran təşkilatların rəhbər şəxsləri tərəfindən səsləndirilməsi birmənalı qarşılana bilməzdi - bu bir daha onu göstərir ki, Borrel kimi şəxslərin hər hansı hadisə və ya baş verənlərə münasibəti heç də demokratik və ya hüquqi müstəvidə deyil - tam əksinə, həmin şəxslər münasibət bildirərkən şəxsi korporativ maraqlarına və şəxsi mənafelərinə istinad edirlər. Bu isə təbii olaraq onların bütövlükdə fəaliyyətlərinin şübhə altına alınması üçün haqlı səbəblər yaradır.
Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışında bu məsələyə münasibət bildirərək demişdi ki, Borrelin son bəyanatı tamamilə faydasızdır. Onun Qarabağı tərk etmiş 150 min erməni ilə bağlı açıqlaması yalandır: “Təəssüf edirəm ki, belə bir təcrübəli avropalı diplomat yalan danışır. Hətta ermənilərin özləri Qarabağı tərk edənlərin 150 min yox, 100 min olduğunu deyirdilər. Əgər cənab Borrel bir ay ərzində belə davam etsə, 200 min olacağını söyləyəcək. Bu, onun gördüyü yuxulardan asılı olacaq. Amma yenə də nəinki rəqəmlərlə olan bu manipulyasiya, heç bizim etmədiyimiz bir şeylə bağlı Azərbaycana qarşı ittihamlar da qətiyyən yolverilməzdir. Xüsusən də qəribədir ki, onun ölkəsi bizim Xarici İşlər Nazirliyinin də artıq elan etdiyi kimi, separatizmdən əziyyət çəkib. Bəs o, separatçıları necə müdafiə edə bilər?”.
Qeyri-hüquqi münasibətin nəticəsi - “Diplomatiyanın Boratı”
Borrelin belə qeyri-standart, beynəlxalq hüquqla, reallıqlarla səsləşməyən açıqlamalarının sayı isə günü-gündən artır. Tək Azərbaycana münasibətdə deyil, bir sıra başqa kataklizmlərin yaşandığı bölgələrə münasibətdə də məsələlərə real prizmadan yanaşma sərgiləyə bilməyən Borrel əksinə, açıq maraq çərçivəsində fikirlər səsləndirilir. Aİ-nin genişlənməsi, Aİ daxili münasibətlərin qurulması, hətta Rusiyaya münasibətdə Aİ üzvü olan ölkələrin davranışları haqda danışarkən belə cənab Borrel hüququ “unudur”. Bu isə nəticədə onun siyasi reputasiyasını məhz indiki məcraya - “Diplomatiyanın Boratı” mükafatına layiq görülməyə qədər yuvarlayır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

