Xartiya qüvvədən düşdü!
29.12.2023 [10:20]
Yeliseyin qərəzinə İsmayıllıdan sərt cavab
Bir vaxtlar Azərbaycan-Fransa əlaqələri çoxistiqamətli səciyyə daşısa da, son zamanlar ikitərəfli münasibətlərdə arzuolunmaz hallar yaşanır ki, bunun da əsas günahı Emmanuel Makron iqtidarının üzərinə düşür. Prezident E.Makronun özü və onun komandasında yer alan yüksəksəviyyəli rəsmilər davamlı olaraq Azərbaycana qarşı bəyanatlar səsləndirir və davranışlar sərgiləyirlər. Fransa hakimiyyətinin aqressivliyi o həddə çatıb ki, hətta iki ölkə arasında tarixən mövcud olan və sonrakı mərhələlərdə daha da zənginləşdirilən mədəni əlaqələrə də kölgə salınır. Bu günlərdə Fransanın Evian-le-Ba şəhərində “Azərbaycan parkı”na və Xurşidbanu Natəvanın buradakı abidəsinə hörmətsizlik edilməsi buna ən son nümunədir.
Azərbaycan milli maraqlarını qətiyyətlə qoruyan dövlətdir. Ölkəmiz müstəqil xarici siyasət kursu həyata keçirir və tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət əsasında qurur. Respublikamızın Fransa dövləti tərəfindən ardıcıl səciyyə daşıyan aqressiv hərəkətlərə cavabı da özünü çox gözlətməyib. Belə ki, 28 dekabr 2023-cü il tarixində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura İsmayıllı şəhəri ilə Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb.
Xoş niyyətə əsaslanan “qardaşlaşmış şəhərlər” ideyası
Mədəniyyət hadisələri tarixən xalqlar və dövlətlər arasında körpü yaradan bir vasitə olub. Elə zamanında Azərbaycan və Fransa şəhərlərinin qardaşlaşması da xoş niyyətin ifadəsi idi. Bəhs olunan bəyanatda bildirildiyi kimi, 2015-ci ilin may ayında İsmayıllıda Azərbaycan Respublikasının İsmayıllı şəhəri və Fransa Respublikasının Evian-Le Ba şəhəri arasında Dostluq və Əməkdaşlıq Xartiyası imzalanıb. Həmin dövrdə xartiyanın imzalanmasının məqsədi iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrə töhfələr verməkdən ibarət olub. Hətta bu istiqamətdə praktiki addımlar atılıb, tərəflər arasında qarşılıqlı səfərlər baş tutub. Əməkdaşlığın davamı kimi 2017-ci ildə Evian şəhərində “Azərbaycan bağı”nın və parkda “Dostluq” bulağının, eləcə də görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin açılış mərasimi keçirilib. Hər iki ölkənin geniş ictimaiyyətinin təmsilçilərinin qatıldığı tədbirdə həmin gün Evian-Le Bada İsmayıllı günü elan edilib. O da qeyd edilib ki, şəhər meriyası ikitərəfli dostluğun rəmzi olan bu parkın həmişə belə gözəl olmasını daim diqqətdə saxlayacaq.
Eyni zamanda, İsmayıllı şəhər mərkəzi parkında “Azərbaycan-Fransa dostluq parkı” lövhəsi yerləşdirilib. İsmayıllının qədim yaşayış məskənlərindən biri olması və çoxsaylı xarici turistlərin diqqətini çəkməsi, həmçinin rayondakı Lahıc misgərlik sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi şəhərlərarası əməkdaşlıq üçün əlavə stimul yaradıb.
Qərəzli və qeyri-obyektiv fikirlər rədd edilir
Təəssüf doğuran haldır ki, məhz Fransanın qərəzli yanaşması səbəbindən xoş niyyətə əsaslanan “qardaşlaşmış şəhərlər” ideyası iflasa uğrayıb. Bəyanatda oxuyuruq: “Qardaşlaşmış şəhərlər” ideyasının fərqli xalqların mədəniyyətinə xidmət etməsi və müxtəlif millətlərdən olan insanlar arasında körpülər yaratması, o cümlədən bu konsepsiyanın siyasətdən kənar olmasına baxmayaraq, təəssüf ki, Fransa tərəfi bu məsələni siyasiləşdirmiş, Vətən müharibəsindən sonra Ermənistana dəstək əlaməti kimi şəhərlərarası təmasları dayandırmışdır.
2023-cü il dekabrın 18-də Evian şəhər bələdiyyə şurasının iclasında ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilib, Ermənistana dəstək ifadə olunub. Həmçinin şəhər meri “Azərbaycan Bağı” qeyd edilən yazıların hamısının silindiyini elan edib”.
Evian-Le Ba şəhərində “Azərbaycan parkı”na və Natəvanın abidəsinə hörmətsiz münasibət Fransada ksenofobiyanın, başqa mədəniyyətlərə dözümsüzlüyün artmasının ifadəsidir. Bəyanatda Fransanın bu kimi davranışları qətiyyətlə pislənib. “İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi Şuranın üzvləri Evian şəhər bələdiyyə şurasının məlum iclasında ölkəmizə qarşı səsləndirilən qərəzli və qeyri-obyektiv fikirləri qətiyyətlə rədd edir və “Azərbaycan Bağı” ilə bağlı qərarı pisləyir”, - deyə sənəddə vurğulanıb.
Eyni zamanda, Fransanın ölkəmizə qarşı bütün platformalarda apardığı anti-Azərbaycan siyasətinə və Evian şəhər bələdiyyə şurasının “Azərbaycan Bağı” qeyd edilən yazıların silinməsi ilə bağlı qərarına etiraz əlaməti olaraq, İsmayıllı şəhəri və Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası 26.12.2023 tarixindən qüvvədən düşmüş hesab edilib. Həmçinin bildirlib ki, İsmayıllı şəhər mərkəzi parkı tanınmış Azərbaycan şairi Xurşidbanu Natəvanın adını daşısın.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41

