Yeni torpaq iddiası...
31.12.2023 [11:40]
Ermənilər indi də yəhudilərə qarşıdır
Nardar BAYRAMLI
Bugünlərdə Yerusəlimdə bir qrup erməni ilə yəhudilər arasında toqquşma olub. Məlumatlara görə, toqquşma erməni radikallarla yəhudilər arasında “İnək bağı” adlanan ərazidə baş verib. Ermənilərin ərazini mühasirəyə aldığı, oraya yəhudiləri buraxmadığı bildirilib. Hadisə səbəbindən İsrail polisi bir neçə ermənini saxlayıb. Yaralıların olduğu barədə məlumatlar var.
Qeyd edək ki, oxşar insidentlər əvvəllər də baş verib. Məsələn, 11 ay öncə də bu şəhərdə ermənilərlə yəhudilər arasında kütləvi dava düşmüşdü. Buna ermənilərin İsrailə qarşı torpaq iddiaları ilə çıxış etmələri səbəb olub. Bundan hiddətlənən yəhudilər isə ermənilərə “sizin burada torpağınız yoxdur, bura bizim ölkəmizdir, gedin, buradan”, - deyə cavab veriblər. Daha sonra ermənilər yəhudiləri təqib ediblər. Bundan sonra yəhudilərdən biri hüquq-mühafizə orqanlarının əməkdaşlarını köməyə çağırıb. Qarşıdurmaya polis əməkdaşları müdaxilə ediblər. Asayiş keşikçiləri dinc sakinləri təqib edən ermənilərin qarşısını kəsiblər. Toqquşmanı daha da dərinləşdirən Gevorq Kaxkecyan adlı təxribatçı saxlanılıb. O, məhkəmənin qərarı ilə 20 sutka ev dustaqlığına məhkum edilmişdi.
Ümumiyyətlə, ermənilərin digər xalqlara qarşı ərazi iddiaları ilə çıxış etməsi yeni məsələ deyil. Ermənilər tarix boyu özgə millətlərə, xüsusilə də türklərə qarşı ərazi iddiaları ilə çıxış edib və təcavüz hesabına “böyük Ermənistan” arzularını gerçəkləşdirməyə çalışıblar. Onlar bu məqsədlə müxtəlif çirkin metod və vasitələrə baş vurublar. Mənfur qonşularımızın “böyük Ermənistan” yaratmaq ideyaları, eyni zamanda, böyük güclərin maraqları ilə üst-üstə düşüb. Bunun da nəticəsidir ki, ermənilər ayrı-ayrı dövrlərdə azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyaların altına imza atıb, tarixi Azərbaycan torpaqlarına qarşı təcavüzkar iddialarını daha da gücləndiriblər. Müxtəlif dövrlərdə ermənilər xalqımıza qarşı fərqli-fərqli təhdidlərdən məharətlə istifadə etməyə çalışıblar ki, buraya da təbliğat, qondarma “soyqırımı” iddiaları, torpaq tələbləri, qətllər-qırğınlar və s. daxildir.
Bütün bunların nəticəsidir ki, Azərbaycan türklərinin tarixən yaşamış olduğu indiki Ermənistan ərazisində hazırda azərbaycanlı yoxdur. Ermənilərin 1828-ci ildən başlanmış azərbaycanlıların qovulub çıxarılması prosesi 1988-ci il hadisələri nəticəsində başa çatdırıldı. Bu tale həm də min illər boyu yaranmış coğrafi adların - toponimlərin tam genosidi ilə başa çatdı. Eyni zamanda, həmin dövrdə Qarabağ və ətraf yeddi rayon da Ermənistan tərəfindən işğal olundu, bu ərazilərdə hər şey məhv edildi. Lakin Ermənistanın 30 illik işğalçılıq siyasətinə Azərbaycan dövlətinin gücü hesabına son qoyuldu.
Qeyd edək ki, ermənilərin torpaq iddiaları təkcə Azərbaycana yox, digər region dövlətlərinə qarşı da yönəlib. Təsadüfi deyil ki, hələ hakimiyyətdə olduğu zaman Ermənistanın eks-prezidenti Serj Sarkisyan demişdi ki, “biz “böyük Ermənistan” yaratmaq yolunda ilkin addımı atdıq - Qarabağı işğal etdik, bundan sonrakı hədəfləri isə gələcək nəsillərə buraxırıq”. Şübhəsiz ki, gələcək nəsillərə buraxılan hədəflər, əslində, regionda Ermənistanla qonşu olan ölkələrin ərazilərini ələ keçirməkdir. Ermənilər Azərbaycandan başqa, Gürcüstanın Cavaxetiya bölgəsinə ərazi iddiaları irəli sürür. Üçüncüsü isə, Ermənistan tərəfindən Türkiyənin Ərdahan, Ərzurum, Qars, Diyarbəkir və Van vilayətlərinə ərazi iddiası irəli sürülür. İranın sərhədyanı əraziləri də “böyük Ermənistan” xəritəsinə daxil edilib. Rusiyanın hazırki durumundan maksimum yararlanmağa çalışan ermənilər bu ölkənin də bəzi vilayətlərinin “qədim erməni diyarı” olduğunu sübuta yetirməyə “səy göstərirlər”. Bəzi erməni “ekspertlər” bildirir ki, Krasnodar vilayətinə iddia etmək zamanıdır. Bu vilayətin şərqindəki Armavir şəhərini isə guya ermənilər inşa ediblər.
Nəzərə almaq lazımdır ki, ermənilər hansısa ölkədə toplum halında yaşadığı ərazini özününküləşdirməyə çalışırlar. Bu baxımdan, Yerusəlimdə baş verən hadisə, yəhudilərlə toqquşma təəccüblü görünməməlidir. Amma ermənilər unutmamalıdır ki, başqa xalqlara qarşı ərazi iddiaları ilə çıxış etmək ilk növbədə özləri üçün acınacaqlı vəziyyət yaradır. Azərbaycana qarşı ərazi iddialarının necə sonlandığını xatırlamaları kifayətdir.
Xəbər lenti
Hamısına baxMədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41

