ABŞ Dövlət Departamentinin qərəzli hesabatı kimə və nəyə xidmət edir?
05.01.2024 [19:42]
Mübariz ABDULLAYEV
Son vaxtlarda ABŞ-ın xarici siyasətində dünya hegemonluğu iddiaları daha qabarıq şəkildə hiss olunur. Açıq-aydın görünür ki, bu ölkə xarici dövlətlərə münasibətdə beynəlxalq prinsiplərlə bir araya sığmayan ikili standartlardan çıxış edir, əksər hallarda öz maraqlarını önə çəkir, subyektiv və selektiv yanaşmalar ortaya qoyur. Bu baxımdan ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı yaydığı illik hesabatı da istisna deyil.
Heç bir əsası olmayan absurd iddialar
ABŞ-ın Azərbaycana münasibətdə sərgilədiyi mövqe də məhz bu ölkənin ikili standartlara əsaslanan siyasətindən qaynaqlanır. Xüsusilə də son vaxtlarda ABŞ-ın ayrı-ayrı qurumlarından, o cümlədən Konqresdən, Dövlət Departamentindən gələn açıqlamalar bunun əyani təzahürüdür. Yuxarıda bəhs olunan hesabatın Azərbaycana aid hissəsi də əsassız, reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialardan ibarətdir.
Azərbaycan dünyada multikulturalizm ideyalarını təşviq edən azsaylı ölkələrdən biridir. Azərbaycan dövləti və cəmiyyəti milli-dini-mədəni müxtəlifliyi ölkəmizin üstün dəyərlərindən biri hesab edir. Bütövlükdə bizim cəmiyyətimizi multikulturalizmdən kənarda təsəvvür etmək mümkün deyil. Bu, tarixdən gələn və indiki nəslin qürur duyaraq yaşatdığı gözəl bir ənənədir. Təsadüfi deyil ki, müxtəlif xalqların, ayrı-ayrı dinlərin təmsilçiləri burada əmin-amanlıq şəraitində yaşayaraq öz gələcəklərini qururlar. ABŞ Dövlət Departamentinin hesabatında isə ölkəmizin reallıqları, gerçək mənzərəsi əsla nəzərə alınmayıb. Hesabatda dünyada dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı irəli sürülən iddiaların heç bir əsası yoxdur.
Okeanın o tayında yerləşən ABŞ Azərbaycanın tolerant mühitinə ləkə yaxmaq cəhdində bulunmazdan öncə öz mənzərəsinə diqqət çəksə idi, daha yaxşı olardı. “ABŞ-ın özündə müxtəlif fərqli mədəniyyətlərə və etiqadlara münasibət hansı səviyyədədir” sualına birmənalı şəkildə “çox aşağı səviyyədə” cavabını vermək mümkündür. Hazırda dünyanın mənzərəsi çox kədərlidir. Gah bu, gah da digər regionda tez-tez çoxsaylı müharibələr və qarşıdurmalar alovlanır. Milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına isə məhz ABŞ səbəbkardır. Təsadüfi deyildir ki, məhz bu ölkədə dini və irqi ayrı-seçkilik həm tarixi, həm də cari reallıq kontekstində ən çox tənqidə məruz qalır.
ABŞ-ın öz reallıqlarını unudaraq ölkəmizin müsbət mənzərəsinə qara yaxmaq cəhdi məsələnin yalnız bir tərəfidir. Diqqət çəkən ən əsas məqam hesabatın erməni əsilli müəlliflər tərəfindən tərtib olunmasıdır. Bəli, nə qədər qəribə görünsə də və təzadlı səslənsə də, qeyd edək ki, Dövlət Departamentinin yaydığı sənədin Azərbayacana aid olan hissəsi dövlət komissiyasının rəhbəıri Daniela Aşbaxyan olan ictimai xidməti tərəfindən hazırıanıb. Beləliklə, hesabatda rənglərin tündləşdirilməsinin gerçək səbəbləri bəlli olur. Daniela Aşbaxyanı daha yaxından tanıyaq. Bu qadın Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. O, Livanın Los Ancelesdəki konsulluğunda işləyib. Foreign influence laws-ın qənaətinə görə, başqa ölkəyə çalışan bir şəxsin ABŞ Dövlət Departamentində işləyərək bu dövlətin xarici siyasətinin müəyyənləşməsində iştirak etməsi qeri-qanunidir.
Azərbaycan milli maraqlara əsaslanan siyasətini bundan sonra da davam etdirəcək
Özünün ardıcıl səciyyə daşıyan daxili və xarici siyasətini milli maraqlar əsasında quran Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsinin və 2023-cü ildə 23 saatlıq antiterror tədbirlərinin nəticəsi olaraq özünün ərazi bütövlüyünü və suverenliyini təmin edib. Ölkəmizin bu uğurları ABŞ-dakı erməni lobbisinin təsiri altında olan dairələri bərk narahat edir. Onlar qələbələrimizi sinirə bilmirlər. Bəhs olunan hesabatın Azərbaycana aid hissəsi bunu bir daha təsdiqləyir. Diqqət yetirək: Hesabatda Azərbayacana qarşı belə kəskin mövqe 2023-cü ildə Qarabağda antiterror tədbirləri nəticəsində yaranmış vəziyyətə əsaslanır. Ancaq reallıq qəsdən təhrif olunur, hansısa abidələrin dağıdılmasının xiffəti çəkilir. Azərbaycanın Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirlərini yüksək peşəkarlıqla həyata keçirib. Bu zaman yalnız hərbi obyektlər hədəfə alınıb, sakinlər, mülki infrastruktur, o cümlədən də hansısa bir tarixi abidə ziyan çəkməyib. Tolerant dövlət olan Azərbaycan tarixi abidələrə həssas münasibət sərgiləyərək onları qoruyur. O başqa məsələdir ki, hesabatda həmin ərazilərin 30 il işğal altında saxlanması, yüz minlərlə azərbaycanlının öz doğma torpağından qovulması, 60-dan artıq məscidin, dini-mədəni obyektlərin darmadağım edilməsi kimi çoxsaylı faktlar nəzərə alınmayıb. Bunun niyəsinin məsuliyyəti hesabatın müəlliflərinin üzərinə düşür. Əgər onlarda məsuliyyət hissi varsa. Üstəlik, bu hesabata dinlə heç bir əlaqəsi olmayan Qubad İbadoğlu, Abzas media və s. bu kimi işlərin də daxil edilməsi onun konkret siyasi məqsədə xidmət etdiyini göstərir. ABŞ Dövlət Departamenti bu hesabatla növbəti dəfə öz qərəzini, ədalətsizliyini bütün dünyaya nümayiş etdirib.
Azərbaycan müstəqil dövlətdir və öz siyasətinin prioritetlərini də özü müəyyənləşdirir. Heç kəs ölkəmizlə diktat dili ilə danışa bilməz. Nə Azərbaycan hakimiyyəti, nə də Azərbaycan xalqı bu tipli cızmaqaraları ciddi hesab etmir. Azərbaycan dövlətinin bundan sonrakı dövrdə də özünün ölkəmizin və xalqımızın milli maraqlarına əsaslanan siyasətini davam etdirəcəyinə də heç bir şübhə yoxdur. Burada hansısa kənar təsirlər tam istisna olunur.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

