ABŞ-ın qərəzli “hesabat”ı...
08.01.2024 [10:10]
Azərbaycandakı tolerantlıq mühiti kimləri hansı səbəbdən narahat edir?
Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə, o cümlədən müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə sözün əsl mənasında, tolerantlıq nümunəsi kimi çıxış edib. Bü gün də dünyanın ən sabit, tolerantlıq indeksinə görə aparıcı ölkəsi sayılan Azərbaycanda bu məsələ ilə bağlı hər hansı problem yoxdur. Maraqlıdır ki, Azərbaycanın regiondakı siyasi nüfuzunun artmasından, yeni münasibətlər sistemi formalaşdırmasından narahatlıq keçirən bəzi “dairələr” məhz bu xətlə - tolerantlıq və dini etiqad azadlığı məsələsi üzərindən uğursuz “təzyiq kampaniyası” təşkil etməyə cəhd göstərirlər.
Məsələn, ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında Azərbaycanla bağlı qeyri-real, əsassız məsələlərin yer alması təsadüfi sayıla bilməz. Hesabatın Azərbaycana aid hissəsi əsassız, reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialardan ibarətdir. Bu kimi əsası olmayan və heç bir fakta söykənməyən “boş arqumentlərlə” edilən “hücumlar” isə heç bir effekt yarada bilməz - çünki ortada reallıq mövcuddur. Azərbaycanın multikultural durumu, tolerantlıq səviyyəsi bütün dünyaya tanışdır.
Azərbaycanın multikultural həyat tərzi...
Məsələnin mahiyyətinə keçməzdən əvvəl bir sıra statistik rəqəmlərə diqqət edək:
- Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 995 dini qurum dövlət qeydiyyatına alınıb;
-Konfessional baxımdan onlardan 958-i İslam, 37-si isə qeyri-islam (xristian - 26; yəhudi - 8; krişna - 1; bəhai - 2) təmayüllüdür;
-Hazırda respublikamızda Azərbaycan İlahiyyat İnstitutu və 5 dini təhsil müəssisəsi (İslam kolleci) fəalliyyət göstərir;
-”Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb;
-Ölkə ərazisində 2258 məscid mövcuddur;
-Respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalara qarşı münasibət də hər zaman ən yüksək səviyyədə təmin edilib. Məsələn, Azərbaycan Prezidenti hər zaman milli bayramlarda ölkəmizdəki digər dini icmaları təbrik edir - yəhudi icmasını ötən ilin sentyabr ayında Roş ha-Şana münasibətilə təbrik etmişdi. Prezidentin ünvanladığı təbrik məktubunda yəhudi əsilli vətəndaşlarımızın respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak etməsi, ümumi evimiz olan Azərbaycanın inkişafı və tərəqqisi naminə səylərini əsirgəməməsi xüsusi əlamətdar hal kimi vurğulanmışdı. Eynilə, bu il yanvarın 5-də Prezident İlham Əliyev ənənəvi olaraq pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb. Məktubda təqdirəlayiq hal kimi xristian həmvətənlərimizin nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşatmaları, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak etmələri qeyd olunur. Eyni zamanda, dünən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milad bayramı münasibətilə ölkəmizdəki xristian icmasını təbrik edib. Bütün bu hallar Azərbaycanda dini-etnik tolerantlığın ən yüksək səviyyəsinin göstəricisidir.
Dini qarşıdurmaların əsas səbəbkarı ABŞ-dır...
Əslində, bu faktlar, rəqəmlər, statistik göstəricilər ABŞ Dövlət Departamentinin arqumentsiz iddialarına ən tutarlı cavabdır. Nəinki yaxın ətrafımızda, bəlkə də dünyada bu kimi multikultural dəyərləri həyat tərzinə çevirmiş ölkələrə az-az təsadüf olunur. Hətta Azərbaycana qarşı bu kimi iddialar irəli sürən ABŞ güzgüdə özünə baxaraq qiymətləndirmə aparsa, daha doğru olardı - dünyada çoxsaylı müharibələr və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına ən böyük səbəbkar məhz ABŞ-ın özüdür. Adi bir fakt - siyasi iddialara, hərbi bəhanələrə, insan hüquq və azadlıqlarına əsaslanan “Ərəb baharı”dönəmi bu günün rakursundan daha çılpaq görünür - yəni ABŞ-ın məramları və məqsədləri daha açıq şəkildə ortaya çıxır. İraqda uzunmüddətli “nüvə axtarış”ının ardından “tapmadıq üzrlü sayın” deyilməsi, Liviyada insan hüquq və azadlıqları tablosunun rənglərinin qarışıqlığından istifadə edərək iqtisadi xaosun, hakimiyyətsizliyin tətbiqi, Suriyada döyüşən bütün tərəflərin gizli şəkildə “stimullaşdırılması” və masa arxasında iqtisadi maraqların diktə etmək fürsəti ABŞ üçün vazkeçilməz siyasi düstur rolunu oynamaqdadır. Və ya bu gün Qəzzada baş verənlərin ssenari müəllifi də Vaşinqtondur. Bu gün Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan məhz Amerikadır. Bütün bunlara paralel olaraq məhz bu ölkədə dini və irqi ayrıseçkilik həm tarixi, həm də cari reallıq kontekstində ən çox tənqidə məruz qalan amillərdəndir - ABŞ-ın rəsmi strukturları unutmamalıdır ki, Azərbaycan dünyada insan hüquq və azadlıqlarının tanınması, qanunvericiliyində bu kim bəşəri dəyərlərə ən geniş yerin ayrılması, ən müasir sivilizasiyalararası münasibətlərin yaradılması istiqamətində hər zaman ön sıralarda yer tutub...
Erməni müəllifin “imzası”...
Bu kimi “hesabatların” ortaya çıxması, meydana gəlməsi həm də ABŞ-ın dövlət strukturlarına nəzarətdəki “boşluqların” açıq təzahürüdür. Ən real misal ortadadır - erməni müəllif tərəfindən hazırlanan bu “sənəd”də Azərbaycana qarşı haqsız və qəsd-qərəzi özündə əks etdirən məsələlərin yer alması rəsmi Vaşinqtonun öz dövlət maraqlarını kimlərə “etibar etdiyinin” göstəricisidir. Bəlli olduğu kimi, hesabatın Azərbaycana aid olan hissəsi dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan olan xidmət tərəfindən hazırlanıb. Bu erməni xanım Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. O, Livanın Los Ancelesdəki konsulluğunda işləyib. “Foreign influence laws”-ın qənaətincə, başqa ölkəyə çalışan bir şəxsin ABŞ Dövlət Departamentində işləyərək bu dövlətin xarici siyasətinin müəyyənləşməsində iştirak etməsi qeyri qanunidir.
Göründüyü kimi, ABŞ da öz dövlət maraqlarını bir ovuc erməninin mənfeyinə “qurban verir”. Eyni zamanda, bu oyun regionda yaranacaq sülhə və sabitliyə qarşı növbəti oyundur - ABŞ müxtəlif formalarla, yollarla ölkəmizə təzyiq etmək istəyir. Amma unudur ki, Azərbaycanla heç bir ölkə təzyiq dili ilə danışa bilməz. Bizim apardığımız siyasi kurs, yürütdüyümüz siyasi xətt şəffaf və ortadadır - Azərbaycan hər zaman ədalətin və haqqın tərəfdarı olub. Bütün addımlarımızda da haqqa və beynəlxalq hüquqa istinad etmişşik. ABŞ anlamalıdır və qəbul etməlidir ki, Azərbaycan regionun əsas siyasi-iqisadi oyunçusudur. Yeni iqtisadi müasibətlər sisteminin ana arteriyası sayılan İpək Yolu xətti birmənalı şəkildə bu və ya digər yollarla da olsa Azərbaycandan keçir. Başqa sözlə, ABŞ-ın Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada siyasəti olmayacaq.
Dini abidələri dağıdanlar “siyahıda” yoxdur...
Blinkenin “şəxsi istəyi”nə əsaslanan bu “siyahıya” salınan ölkələr arasında isə nə sirdirsə, işğalçı, vandal, tarixi və dini abidələrə qarşı törətdikləri vəhşiliklər sənədli şəkildə sübuta yetirilən Ermənistana rast gəlinmir. Halbuki 30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır - bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Antiterror tədbirlərindən sonrakı dövrdə isə Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilib. Bu fakt bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir. Statistik rəqəmlər hər şeyi ortaya qoyur. İşğaldan azad edilmiş bölgələrdə təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır - 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-i isə qismən dağıdılaraq yararsız hala salınıb.
Milli maraqlarımıza istinadın “cavabı”...
“Hesabatda” “diqqətə çatdırılan” bəzi məsələlər də var ki, bu da “sənədin” qərəzlilik “indeksinə” əsaslandığı faktını daha da möhkəmləndirir - “hesabata” dinlə heç bir əlaqəsi olmayan Qubad İbadoğlu, Abzas media və s. bu kimi işlərin də daxil edilməsi onun konkret siyasi məqsədə xidmət etdiyini göstərir. ABŞ bu kimi “hesabatlarla” özünün çirkin niyyətlərini, apardığı siyasi oyunları pərdələməyə salışır. Amma unudur ki, Azərbaycan dövləti və xalqı bu kimi “hesabatları” heç bir zaman ciddi qəbul etməyib. Çünki reallıq göz önündədir - Azərbaycana qarşı aparılan təzyiq kampaniyaları bizim öz milli maraqlarımıza istinad etməyimizin “cavabıdır”. Bizim bu kimi kampaniyalara cavabımız isə birmənalıdır - milli mənafeyimiz nəyi tələb edirsə...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

