İnşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar
08.05.2012 [00:16]
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə orta ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında təşkil olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar. AzərTAc xəbər verir ki, bununla bağlı mayın 7-də “Gülüstan” sarayında keçirilən mərasimdə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Onun mənalı həyat yolundan və ictimai-siyasi fəaliyyətindən bəhs edən film göstərilib.
Milli Məclis deputatlarının, ali məktəb rektorlarının, təhsil işçilərinin və şagirdlərin iştirak etdikləri mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov müsabiqə haqqında məlumat verib.
Respublikanın bütün idarə və müəssisələrində, təhsil ocaqlarında müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə silsilə tədbirlərin keçirildiyini söyləyən nazir bildirib ki, bunlardan ən böyüyü orta ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında təşkil olunmuş inşa yazı müsabiqəsidir.
İlk inşa yazı müsabiqəsinin 2007-ci ildə təşkil olunduğunu bildirən M.Mərdanov deyib ki, müəyyən edilmiş qaydaya əsasən bu müsabiqələr hər il Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev Fondunun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə keçirilir.
Nazir qeyd edib ki, builki inşa yazı müsabiqəsinin yekun mərhələsi aprelin 17-də Ulu öndərin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın adını daşıyan liseydə keçirilib. Müsabiqənin birinci mərhələsində “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur”, “Ulu öndər Heydər Əliyevi düşünərkən” nominasiyaları üzrə 700 minədək məktəbli, yekun mərhələsində isə 112 şagird iştirak edib. Onların inşa yazılarını Təhsil Nazirliyi tərəfindən yaradılmış komissiya qiymətləndirib.
Müsabiqə iştirakçılarından 5 nəfəri birinci, 8 nəfəri ikinci, 13 nəfəri üçüncü yerlərə, 54 nəfəri isə həvəsləndirici mükafata layiq görülüblər.
Nazir onu da diqqətə çatdırıb ki, həvəsləndirici mükafata layiq görülmüş şagirdlərin, Naxçıvan Muxtar Respublikası üzrə qaliblərin inşa yazıları, eləcə də Rusiya Federasiyasının Həştərxan şəhərindən daxil olmuş yazılar “Heydər Əliyev məktəblilərin gözü ilə” adı altında kitab şəklində çap edilib.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Ulu öndərin anadan olmasının 89-cu ildönümü münasibətilə keçirilən tədbirlər kütləviliyi ilə seçilir. Bu tədbirlər, eləcə də orta ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında təşkil olunmuş inşa yazı müsabiqəsi Ulu öndərə ümumxalq məhəbbətinin bariz nümunəsidir.
Əli Əhmədov qeyd edib ki, bu müsabiqə intellekt yarışması olmaqla yanaşı, həm də ictimai məzmun daşıyır. Azərbaycan gəncləri Ulu öndərin zəngin siyasi irsini, ideyalarını mənimsəməklə vətənpərvərliyi öyrənirlər. Bu müsabiqə, həm də cəmiyyətin aparıcı qüvvəsi olan sağlam gənclərin formalaşmasından xəbər verir.
Tədbirin təşkilatçılarına minnətdarlığını bildirən Əli Əhmədov müsabiqənin gənc nəslin yetişməsinə əvəzsiz töhfələr verəcəyinə əminliyini diqqətə çatdırıb.
Heydər Əliyev Fondunun təmsilçisi İlqar Mustafayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Rusiya Federasiyasının Həştərxan şəhərində Ulu öndərin adını daşıyan məktəbin direktor müavini Tatyana Viktorova müsabiqənin əhəmiyyətindən danışıb və qalibləri təbrik ediblər. çıxışlarda vurğulanıb ki, Ulu öndərin təhsilə hər zaman göstərdiyi diqqət və qayğı bu gün bəhrəsini verməkdədir.
Sonda müsabiqə qaliblərinə xüsusi diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

