Qərbin müharibə “isterikası”...
29.02.2024 [10:45]
Yalan informasiyalar üzərində qurulan yeni oyun
2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri Cənubi Qafqazın geosiyasi, geoiqtisadi və ən əsası geostrateji çəkisini artırıb. Keçmiş “Qarabağ münaqişə”sinin bitməsi, Azərbaycanın suverenliyinin bərpası yaşadığımız regionun bir sıra üstünlüklərini daha bariz və qabarıq şəkildə üzə çıxardı. Başqa sözlə, ərazisindəki separatizmin başını əzən Azərbaycan bütövlükdə, Cənubi Qafqazın gələcəyi üçün yeni üfüqlər formalaşdırmış oldu. Xüsusilə, lokal antiterror tədbirlərinin uğurla yekunlaşması Cənubi Qafqazı sülh və sabitlik adası kimi real geosiyasi mahiyyətə malik etdi. Bundan başqa, geosiyasi coğrafiyamızda nəzərdə tutulan bölgəsəl və qlobal layihələrin reallaşması üçün ortada hər hansı bir problemin olmadığını da üzə çıxardı və qlobal nəqliyyat xətlərinin şaxələndirilməsi üçün zəmin formalaşdırdı.
Yeni reallıqları görürlər, həzm edə bilmirlər...
Beləliklə, Azərbaycan yaratdığı yeni reallıqlara əsasən yeni iqtisadi münasibətlər sistemində Cənubi Qafqazın müstəqil siyasi-ticari aktor imi yer almasını şərtləndirdi. Bu yolda ortaya çıxan maneələri aradan qaldırmaq üçün isə bütün diplomatik, iqtisadi, siyasi rıçaqlardan istifadə edilir - Qərbin, xüsusilə Fransanın apardığı qeyri-adekvat, təxribata yönəlik təbliğatın və kampaniyaların qarşısı uğurla alınır. Çünki bütövlükdə, Qərb Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan yeni mərhələ üçün həm də Şərq-Qərb tranzitinin təbii iqtisadi körpüsü funksiyasını daşımağı öz üzərinə götürdüyünü açıq şəkildə görür. Azərbaycan Cənubi Qafqazın prosesdən uğurla - həm siyasi, həm də iqtisadi dividend qazanaraq çıxması üçün çalışır.
Qərbin təxribat planı...
Antiterror tədbirlərinin ardından başlanan anti-Azərbaycan kampaniyasının əsas mahiyyətində bu amil dayanır. Təsadüfi deyil ki, son günlərdə Qərb mətbuatının Azərbaycana qarşı apardığı şər - böhtan kampaniyası daha güclü vüsət alıb. Cənubi Qafqazı qeyri-sabit məkan, Azərbaycanı isə “müharibə həvəslisi” kimi göstərməyə çalışan Qərb mediasının əsas hədəfi regionun üstünlüklərinə kölgə salmaqdır. Guya Azərbaycanın “hücum edən tərəf” kimi “işarələnməsi” bütövlükdə, bölgədə müharibə “ab-havası” yaratmağa xidmət edir - bunun informasiya “təməli” formalaşdırılır. Burada əsas vurğulanası məqam isə Qərbin təşkilatçılığı ilə proqnozlaşdırılan təxribata zəmin yaratmaqdır - başqa sözlə, ictimai rəydə “biz xəbərdarlıq edirdik” kimi anonslar verərək Azərbaycanı Ermənistan üçün “sözdə təhdid” rolunda təqdim etməyə çalışılır.
Qərb regionun “destabil foto”sunu təqdim etmək istəyir...
Əlbəttə ki, irəli sürülən bu kimi yanlış tezislərin heç bir siyasi-hərbi əsası yoxdur və bu boş, arqumentləşdirilməməmiş yalanlar regionu müharibə xoflu ərazi kimi tanıtmaq istəyindən doğur. Qərb Ermənistanın əli ilə öz maraqlarını təmin etməyin axtarışındadır. Onlar üçün Ermənistanın maraqları adlı bir mövhum heç bir əhəmiyyət kəsb etmir
Bir çox ermənipərəst mərkəzlərin, onların əlaltılarının, mətbu ruporlarının son Zəngilan təxribatı haqda “mövqeyi” bu fikri daha da gücləndirir. Onlar ilk atəşin Azərbaycan tərəfindən açıldığı yalanını ictimailəşdirmək üçün bütün güclərini səfərbər ediblər. Amma reallıq ortadadır. Maraqlıdır ki, rəsmi İrəvana yaxın bir çox hərbi eksperti belə bu məsələ ilə bağlı fikirlərini bölüşərkən Ermənistanın şərti sərhəddə törətdiyi bu təxribatı “fərqli mətbəxlərdə hazırlanan yemək” adlandırmışdılar. Bu isə onu göstərir ki, Qərbin apardığı anti-sabitlik xətti İrəvandakı bəzi dairələr tərəfindən də sezilir.
Eyni zamanda, Qərb mətbuatı ermənilərin Naxçıvan ərazisində əl atdığı təxriabatları fərqli donda təqdim etməklə özlərinə sərf edən və yalandan ibarət mənzərə formalaşdırmaq istəyir. Bəzi məqamlarda Qərb mətbuatı daha fərqli bir “priyomdan” istifadə edir - onlar atəşkəsin hansı tərəfdən pozulduğunu bildirmir (təbii ki, erməniləri qormaq üçün), daha çox atəşkəsə verilən cavabı qabartmağa çalışır. Burada isə əsas məqsəd regiondakı ümumi vəziyyətin “destabil şəklini” təqdim etməkdən ibarətdir. Atəşkəsin ermənilər tərəifndən pozulmasını, erməni silahlılarının təxribata əl atdıqlarını arxa plana keçirən Qərb mətbuatı Azərbaycanın cavabını qabartmaqla ictimai rəydə yanlış təsəvvür formalaşdırmaq istəyir - ölkəmiz onların bu iddialarını da altü-üst edir.
Məqsəd dezinformasiya yaymaqdır...
Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin fevralın 24-də yaydğı bəyanatda göstərilir ki, Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə rəsmi məlumat verilib. Hətta bəyanatda atəşin coğrafi koordinatları belə göstərilir. Qeyd olunur ki, Ermənistanın Müdafiə Nazirliyi törətdiyi silahlı təxribatı ört-basdır etmək məqsədilə guya atəşin bölmələrimiz tərəfindən açılması barədə məlumat yaymış və bu dezinformasiyanı inandırıcı etmək məqsədilə bölmələrimizin mövqelərinin koordinatlarını da qeyd etmişdir: “Bildiririk ki, həmin istiqamətdən bölmələrimiz tərəfindən atəş açılmamış və şərti sərhəddə sabitliyin davamlılığını təmin etmək üçün qarşı tərəfin təxribatı ilə bağlı cavab tədbiri görülməmişdir”.
Bəli, Azərbaycan hətta bu təxribata cavab vermir - bu isə qarşı tərəfin və onun havadarlarının dezinformasiya yayaraq özlərini təmizə çıxarmaq cəhdlərini fiaskoya uğradır. Azərbaycan 2020-ci ildə Vətən müharibəsi dövründə özünün məram və məqsədini bütün dünyaya fəaliyyəti ilə nümayiş etdirdi. Həmin dövrdə darmadağın olan Ermənistan ordusu qaçaraq döyüş meydanını tərk edirdi və Azərbaycan qoşunlarının hətta Ermənistanın daxilinə qədər irəliləmək üçün imkanı vardı. Amma biz heç vaxt işğalçı niyyətdə olmamışıq və bu gün də işğalçı niyyətdə deyilik. Biz beynəlxalq hüququn, ədalətin və sabitliyin bərqərar olması üçün çalışırıq...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41

