Sülh üçün...
20.03.2024 [10:20]
Azərbaycanın yaratdığı müsbət mənzərə dəyərləndirilməlidir
NARDAR
Azərbaycanın regionda yaratdığı yeni reallıqlar dünya birliyi tərəfindən maraqla izlənməkdədir. Bunun nəticəsidir ki, bir çox dövlətlər və təşkilatlar son dövrlərdə Azərbaycanla əlaqələrin yeni mərhələsini yaratmaq arzularını dilə gətiri, bu istiqamətdə real addımlar atmaq niyyətlərini ortaya qoyurlar. Azərbaycan isə hər zaman özünün çoxvektorlu siyasi kursuna sadiqlik nümayiş etdirib - dövlətmiz bütün ölkələrlə milli maraqlar və bərabərhüquqlu əsaslarda qarşılıqlı əlaqələrin qurulmasına tərəfdardır. Geniş spektrli əlaqələrin daha da inkişaf etdirilməsi isə bütövlükdə Cənubi Qafqaz üçün yeni əməkdaşlıq persperktivləri formalaşdırır.
Bu mənada, Azərbaycanın ABŞ ilə münasibətləri də mühüm ştrixlərlə müşeyət olunmaqdadır. Martın 18-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun ölkəmizə səfəri və xarici işlər naziri Ceyhun Bayramovla görüşü bunu təsdiqləyir. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi və perspektivləri, regiondakı mövcud vəziyyət, eləcə də Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin bir sıra aspektləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı və Berlində keçirilmiş görüşlərdən irəli gələn məsələlər, Azərbaycanın sülh prosesində gözləntiləri, proses çərçivəsində açıq qalan məsələlər üzrə ölkəmizin mövqeyini diqqətə çatdırıb. Azərbaycanın sülh prosesinə sadiqliyi qeyd olunub. Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ümumiyyətlə, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması bütövlükdə yerləşdiyimiz geocoğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan regionda sülhün təmin olunması naminə irəli sürülən təşəbbüsləri hər zaman nəzərdən keçirir. Beynəlxalq münasibətlər sisteminin aparıcı aktoruna çevrilməkdə olan və yeni Şərq - Qərb tranziti üzrə olduqca vacib ticari trayektoriyanın inkişafına çalışan Azərbaycanın səyləri yüksək dəyərləndirilir. Azərbaycan hər zaman sülhə sadiqlik göstərib, məsələlərin müzakirə ilə həllinə tərəfdar kimi çıxış edib - təsadüfi deyil ki, Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesi də məhz ölkəmizin təşəbbüsü ilə başlayıb.
2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edib. Qarşıdakı mərhələ isə regionda təhlükəsizlik arxitektirasının formalaşması istiqamətində inkişaf etməkdədir - bu, özlüyündə daha geniş anlam daşıyır. Ermənistanın sülhlə bağlı real münasibət nümayiş etdirəcəyi, təhdid olmaqdan vaz keçəcəyi təqdirdə özünün də yeni inkişaf mərhələsinə qədəm qoya bilər. Bunu anlayan və görən dünya birliyi məsələnin mahiyyətini də obyektiv şəkildə dəyərləndirir - Azərbaycanın sülh üçün yaratdığı pozitiv imkanlar mühüm məqamlardan xəbər verir. Təbii ki, məslənin real həllində maraqlı olan tərəflər həm də bu sülhün əbədiliyi və möhkəmliyi üçün səy göstərməlidir. Bu gün Azərbaycan bölgənin yeni inkişaf mərhələsi naminə məhz dayanıqlı və əbədi sülhü təbliğ edir.
Bütün beynəlxalq aktorlar, o cümlədən da ABŞ anlayır ki, Azərbaycan Cənubi Qafqaz regionunun lideri və əsas siyasi-iqisadi oyunçusudur. Yeni dönəmdə Cənubi Qafqaz regionu ilə münasibətlərin sıxlaşdırılması, pozitiv gündəliyə töhfə verilməsi birbaşa Azərbaycanın iştirakı ilə realaşır. Bu isə qarşılıqlı tərəfdaşlığı daha da gücləndirən amil kimi çıxış edir.
Təəssüfləndirici haldır ki, Ermənistan ötən dövrdə yalnız neqativ mövqe və addımları ilə yadda qalıb. Təbii ki nəticə ortadadır - bu ölkənin qlobal miqyasda Azərbaycana qarşı formalaşdırmağa çalışdığı bütün kampaniyalar fiaskoya uğrayıb. Ermənistanın hakimiyyəti ilə yanaşı erməni diasporu və lobbisinin apardığı qarayaxma kampaniyası ifşa edilib. Təbii olaraq bu kimi hallar sülh ilə eyni məzmuna malik deyil - tam əksinə təşəbbüslərə zərbə vurur. Sülh üçün Ermənistanın da real mövqeyə gəlməsi vacibdir - bu, bütövlükdə proses üçün mühüm nəticələr vəd edə bilər...
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

