Delimitasiya prosesi praktik mərhələdə...
20.03.2024 [11:10]
Ermənistan 7 kəndi qaytarmalıdır
Yeganə BAYRAMOVA
Vətən müharibəsindən sonra sülh prosesini başladan Azərbaycan bölgədə təhlükəsizliyin hakim olmasını arzulayır. Bunun üçün isə Ermənistan bütün manipulyasiyalardan əl çəkməli, real müzakirələrə qatılmalıdır. Qeyd edək ki, artıq iki ölkə arasında müvafiq delimitasiya komissiyalarının bir neçə görüşü keçirilib. Görüşlərin nəticələri isə prosesə müsbət impuls qazandıracaq kimi görünür.
Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesinin praktiki mərhələyə qədəm qoyduğunu deyib. Onun sözlərinə görə, bu, o deməkdir ki, Ermənistan sərhədinin, əslində harada olduğunu dəqiqləşdirmək lazımdır: “Bizim siyasətimiz müharibənin qarşısını almaqdır”.
Mövzunu “Yeni Azərbaycan”a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, sərhədlərin delimitasiyası və demarkasiyası Azərbaycanla Ermənistan arasında sülh prosesinin uzun bir tərkib hissəsidir. O, qeyd edib ki, yeni reallıqlar kontekstində də bu, mühüm əhəmiyyət kəsb edir: “İşğal dövründə sərhədlərimiz pozulmuşdu. Azərbaycanın Müzəffər Ordusu Ali Baş Komandanın rəhbərliyi altında Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonları işğaldan azad olunduqdan sonra Ermənistanla sərhədlər formalaşıb, amma bu sərhədləri dəqiqləşdirmək və sonrakı dövrdə demarkasiya prosesini icra etmək önəmlidir. Eyni zamanda, xüsusilə vurğulamaq lazımdır ki, hələ də Ermənistanın nəzarəti altında olan Azərbaycan kəndləri var. Qazaxın 7 və Naxçıvan Muxtar Respublikasının bir kəndi Ermənistanın nəzarətindədir. Bu kəndlər Azərbaycana qaytarılmalıdır, bu da delimitasiya və demarkasiya prosesinin önəmli bir hissəsini təşkil edir. Baş nazirin müavini Şahin Mustafayevin katibliyinin də bildirdiyinə görə, dörd kənd dərhal Azərbaycan tərəfinə qaytarılmalıdır, digər dörd kənd isə danışıqlar yolu ilə Azərbaycanın nəzarətinə keçməlidir. Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyan da bu yaxınlarda Şimal bölgəsinə səfər etmişdi və məhz bu kəndlərin əhalisi ilə görüşlər keçirildi. Düşünürəm ki, bu görüşlərin də mahiyyəti adıçəkilən kəndlərin Azərbaycana qaytarılması ilə bağlı hazırlıq işlərini əhatə edir. Bir müddət öncə NATO-nun baş katibi Yens Stoltenberq də regionda idi, Azərbaycan, Gürcüstan, daha sonra Ermənistana səfər elədi. Bu səfər həm də təhlükəsizlik risklərinin aradan qaldırılması üçün həyata keçirilmişdi”.
Politoloqun sözlərinə görə, yaxşı olardı ki, bütün məsələlər sülh yolu ilə öz həllini tapsın: “Eyni zamanda, artıq Ermənistan baş nazirindən də müsbət mesajlar almaqdayıq. Bu mesajlar onu deməyə əsas verir ki, sərhədlərin müəyyənləşdirilməsi şimal bölgəsindən həyata keçiriləcək və bu proses cənuba doğru icra olunacaq. Proses müəyyən vaxt aparır və nəzərə almalıyıq ki, bu, çox çətin bir işdir. Amma vaxt itirmədən bu prosesləri həyata keçirmək lazım idi, baxmayaraq ki, Ermənistan bundan boyun qaçırırdı. Hazırki reallıqlar və şərtlər onu di?tə edir ki, sərhədlər müəyyənləşməli, nişanlanmalı və son halına gəlməlidir. Lakin bir daha qeyd etmək istəyirəm ki, anklavlar və eksklavlar məsələsini də sərhədlərin müəyyənləşdirilməsi kontekstində icra etmək müstəsna əhəmiyyətə malikdir”.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

