Solovyov Rusiya-Azərbaycan münasibətlərini hədəfə alıb
26.03.2024 [17:56]
"Terrorizm müasir dünyamız üçün ən böyük təhlükə və təhdid ünsürlərindən sayılır. Dünyanın istənilən nöqtəsində baş vermiş terror hadisəsi bu və ya digər şəkildə birbaşa insanlığa, bəşəriyyətə qarşı yönəlmiş bir aksiyadır. Bu mənada “Crocus City Hall”da baş verən terror hadisəsi irqindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq hər kəs tərəfindən pislənilməli, qınanılmalıdır. Xüsusilə, həm coğrafi, həm də strateji yaxınlığımız olan bir ölkədə bu kimi teraktların baş verməsinə bizim münasibətimiz birmənalıdır – istər cəmiyyət olaraq, istərsə də dövlət olaraq bu hadsəni pisləyir, günahkarların tezliklə layiq olduqları məsuliyyətə cəlb ediləcəyinə inanırıq. Amma təəssüflər olsun ki, bu kimi faciələrdən siyasi dividend qazanmaq istəyənlər də tapılır ki, onların da mənəvi durumlarının psixoloji auraları ilə adekvatlıq təşkil etmədiyini düşünürəm".
Bu fikirləri açıqlamasında "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Alqış Həsənoğlu deyib. A.Həsənoğlu vurğulayıb ki, baş verən hadisə ilə bağlı aparılan istintaq hərəkətləri, gunahkarların aşkara çıxarılması və başqa proseslər Azərbaycan ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir: "Xalqı üçün belə bir ağır zamanda siyasi fürsətçilik kimi qeyri-insani davranış sərgiləyən Vladimir Solovyov isə yenidən özünün "fərziyyələri" ilə gündəmə gəlməyə çalışır. Əlbəttə ki, bu fərziyyələrin başdan-ayağa kimi "təxəyyül məhsulu" və yalandan ibarət olması faktdır və bu faktı Rusiya ictimaiyyəti də, Rusiya hakimiyyəti də yaxşı bilir. Solovyovun məhz indiki həssas məqamda Moskva-Bakı münasibətlərinin strateji əsaslarını hədəf alma "arzusu" fərqli məqamlardan xəbər verir. İlk növbədə bu terror aktı növbəti dəfə yaşadığımız bölgəyə qarşı münasibətdə fərqli maraqların dağıdıcı planlarından xəbər verir. Son illərdə Azərbaycan - Rusiya münasibətlərində müşahidə edilən strateji yaxınlaşmalar, Bakının mühüm bir coğrafiyada yeni iqtisadi-siyasi reallıqlar formalaşdırması və bununla da yeni əməkdaşlıq seqmenti yaratması diqqətdən kənarda qala bilməz. Bu reallıqlara ən mühüm təhdidin isə hansı paytaxtlardan qaynaqlandığını hər kəs, ən çox isə Solovyovun özü bilir. 2020-ci il Vətən müharibəsindən ötən 4 ildə Azərbaycan yeni və daha rentabelli Şərq-Qərb tranzitini fəallaşdırmaq üçün bütün gücünü sərf edib – bunun qarşılığında, yeni perspektivlərin reallığa çevrilməsinin qarşısını almaq üçün göstərilən müqavimətlərin "hansı ünvanlardan" qaynaqlandığı sirr deyil. Solovyov əgər şübhə "axtarmaq" istəyirsə bunu Bakıda yox, daha fərqli ünvanlarda "axtarmalıdır". Solovyovun aktuallaşdırmağa çalışdığı "tezislərin" harada hazırlanması, hansı qüvvələrin beyin məhsulu olması da sirr deyil. Bir qrup ermənipərəst zümrə bütün vasitələrlə Rusiya-Azərbaycan münasibətlərini hədəfə almağa çalışır ki, Solovyov da məhz həmin zümrənin nümayəndəsidir. Təbii ki, Solovyovun bu cəhdi də boşunadır. Çünki Rusiya ilə Azərbaycan arasındakı münasibətlər çoxşaxəlidir və dərin köklərə malikdir. Solovyov kimilərinin boş danışığı isə heç bir effekt vermir. Bu gün Rusiyaya qarşı terror təhdidini gündəmə gətirmək istəyən dairələr məhz Solovyov kimilərinin dili ilə izləri fərqli coğrafyalara yönəltməyə çalışır. Bu mənada, ortada olan faktlar hətta Solovyovun həmin terrorçu dairələrlə işbirliyinə belə işarə edir. Əgər, belə deyilsə, Solovyov niyə yalan fərziyyələr irəli sürərək istintaqı çaşdırmağa çalışır? Demək ki, ortada qəsd var və Solovyov öz fərziyyələrini ortaya atmaqla bu və ya digər şəkildə əsl günahkarları gizləməyə çalışır".
Baş redaktor vurğulayıb ki, Azərbaycan 30 ilə yaxın erməni terrorundan əziyyət çəkmiş bir ölkədir. Bunun qarşılığında, ölkəmiz daim dünyanın fərqli nöqtələrində terrora qarşı mübarizədə hər zaman ön sıralarda yer alıb. "Bu gün Ermənistanın paytaxtında, Fransanın paytaxtında terrorçulara abidələr ucaldılır. Solovyov niyə bu amilləri əlində əsas götürərək həmin ünvanları "işarə vermir"? Azərbaycan hər zaman bütün gücü ilə terrorizmə qarşı mübarizədə aktiv fəaliyyətdədir. İllərlə Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan qlobal təhlükəsizliyə mühüm töhfələr verib. Bir çox dövlətlər pərdə arxasında gizlənən zaman Azərbaycan COVİD-19 pandemiyasına qarşı mübarizədə qlobal əməkdaşlığa nail oldu. Ölkəmiz terrorizmə qarşı bütün beynəlxalq konvensiyalara tərəfdaş ölkədir və terrorizmə qarşı mübarizədə qlobal birliyin təmsilçilərindəndir. Solovyovun bizi hansı prizmadan "hədəf göstərməsi" anlaşılan deyil və absurddur. Solovyov əgər iddia etdiyi kimi "tədqiqatçı" və ya "analitik təfəkkürə" malik bir jurnalistdirsə, o, əsl həqiqəti daha yaxşı qavramılıdır. Azərbaycana qarşı əsassız iddialar irəli sürmək yalnız və yalnız siyasi avantüradır", - deyə A.Həsənoğlu əlavə edib.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

