Mühüm layihələrə imza atılıb...
05.06.2024 [10:50]
Su Təsərrüfatı və Meliorasiya İşçilərinin bayramıdır
Yeganə BAYRAMOVA
Ölkəmizin müasir infrastruktur quruculuğunda meliorasiya və su layihələrinin icrası xüsusi əhəmiyyət kəsb edir. Bu da təsadüfi deyil. Şirin su ehtiyatlarımızın azlığı, son illər müşahidə olunan qlobal iqlim dəyişikliyi, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən həyat standartlarının yüksəlməsi bəzi təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Məhz bu konteksdən yanaşdıqda Azərbaycanda meliorasiya və su təsərrüfatının müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik prinsipləri ilə inkişaf etdirilməsi hədəflənib.
Son illərdə respublikamızda mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsi və təsərrüfat subyektlərinin su təchizatının yaxşılaşdırılması məqsədilə görülən tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. Buraya həm hüquqi bazanın möhkəmləndirilməsini özündə ehtiva edən qərarlar, həm də praktiki müstəvidə görülən işlər, böyük investisiya qoyuluşu hesabına reallaşdırılan layihələr daxildir.
Respublikamızda icra olunan su layihələrinin statistikası da olduqca zəngindir. Son 20 ildə ölkəmizdə reallaşdırılan bir neçə su layihəsi, o cümlədən yeni yaradılan su anbarlarını xüsusilə vurğulamaq lazımdır. Respublikamızda Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə kimi su anbarlarının yaradılması ölkəmizin su təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması baxımından strateji önəm daşıyır. Bütövlükdə yüksək səviyyədə qurulan müasir infrastruktur respublikamızda məhdud su ehtiyatlarından daha səmərəli istifadə olunması imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
Su təsərrüfatı sahəsində qarşıda duran ən mühüm vəzifələrdən biri də insanları sağlam və ekoloji cəhətdən təmiz içməli su ilə təmin etməkdir. Bu gün ölkəmizin müxtəlif bölgələrində içməli su sisteminin yenidən qurulması istiqamətində kompleks tədbirlər görülür.
Vətən müharibəsində işğaldan azad edilən ərazilərin su resurslarından istifadə edilməsi, azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi bu gün diqqət mərkəzindədir. İşğal altındakı ərazilərdə “yaşıl soyqırımı” həyata keçirən, meşələrimizi qıran, torpaqlarımızı amansızcasına istismar edən Ermənistan, həmçinin respublikamızın özünün su mənbələrinə çıxış imkanlarının da qarşısını almışdı. İşğal altındakı ərazilərdə yerləşən Sərsəng və Suqovuşan su anbarları düşmənin nəzarətində idi. Sərsəng Su Anbarında 565 milyon kubmet?dən çox su toplanırdı. Əvvəllər bu mənbədən Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda 100 min hektara yaxın torpağa su verilirdi.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə respublikamızın böyük çay resursları var. Bu ərazilərdə 10-dan çox çay formalaşır. Ölkəmiz işğalın davam etdiyi 30 il ərzində bütün bu su mənbələrindən istifadə edə bilmirdi. Artıq tarixi ədalət bərpa olunub. Respublikamız ölkənin digər bölgələrində olduğu kimi, işğaldan azad olunan ərazilərin su resur?larından da səmərəli istifadə etmək niyyətindədir.
Yeri gəlmişkən, bu gün su təsərrüfatı və meliorasiya işçilərinin bayramıdır. Artıq 10 ildir ki, ölkəmizdə su təsərrüfatı və meliorasiya işçiləri iyunun 5-ni peşə bayramı kimi qeyd edirlər.
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

