“Son zəng”...
14.06.2024 [10:26]
Gələcək uğurların sədası
Bəzi anları geri qaytarmaq, yenidən yaşamaq mümkün deyil. Məktəb illəri kimi... Məktəb hər birimizin həyatında önəmli illəri əhatə edir. Bilik və bacarıqlarımızı artırır, şəxsiyyət kimi formalaşdırır, bizi gələcək və müstəqil həyata hazırlayır. Bunların hər biri isə həyatdakı mövqeyimizi müəyyənləşdirir, yolumuza işıq olur. Ona görə ki, məktəbi illər əvvəl bitirsək belə, hər ilin “Son zəng” günündə duyğusal anlara köklənirik.
Bu gün ölkəmizdə 11-cilər üçün sonuncu zəng çalınır. Bu səs insan həyatının unudulmaz illərinin carçısı, həyəcanlı anlarının zümzüməsi kimi ətrafa səs salır. Yenidən uşaq olmaq, o günlərə qayıtmaq, o zamana dönə bilmək hissi baş qaldırır düşüncələrdə.
11-ci siniflər bu gün üçün xüsusi hazırlıq görürlər. Məktəblərdə xüsusi bir canlanma var. Kimisi şeir, mahnı axtarır, kimisi ssenari hazırlayır, müxtəlif formada maraqlı əyləncəli səhnəciklər planlayırlar. Bundan başqa, aidiyyəti qurumlar da “Son zəng”lə bağlı lazım olan tədbirləri görüblər. Əvvəlcədən valideynlərə xəbərdarlıqlar edilib, tədbirin təşkili ilə bağlı orta məktəb rəhbərliklərinə müvafiq göstərişlər verilib.
Adətən “Son zəng”i MDB ölkələrində qeyd edirlər. Bir sıra ölkələrdə bu gün “Vida”, “Əlvida”, “Məzun günü”, “Sonuncu gün” və s. adlansa da, “Son zəng” ifadəsi əsasən, Azərbaycan, Türkiyə və Rusiyada işlənir. Məlum olduğu kimi, “Son zəng” SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i qeyd olunurdusa, sonralar tarixlər də qaydalar da dəyişdi.
Dünyada “Son Zəng” necə qeyd olunur?
İspaniyada məzun geyimləri tamamilə fərqlidir. Bir çoxları bu libasları Roma Papasının geyiminə bənzədirlər. Məzunlar mavi rəngdə yuvarlaq formada böyük papaqlar taxırlar.
Yapon məzunlar yürüşə qatılır və diplomlarını almaq üçün sıraya düzülüb, mahnı oxuyurlar. Hətta Yaponiyada “Kanazava” kollecinin Məzun günü “ifritələr bayramı”na bənzədilir. Tələbələr Yaponiyanın milli geyimi - kimonolardan tutmuş karton qutulara qədər hər şey geyinirlər.
Argentinada tələbələr Məzun günü bitdikdən sonra yemək yeyirlər. Məzunların ailələri və dostları ketçap kimi yapışqan sousları onların üzərinə atırlar. Bu ənənə İtaliyada da mövcuddur.
Çində qızlar Məzun günü geyinmək üçün gəlinlik sifariş verirlər. Ənənəvi tədbirlər çox vaxt reallaşmır və tələbələr xoş günlərini valideyn və qohumları ilə birgə qeyd edirlər.
Bakıda 28 993 şagird orta məktəbi bitirir...
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə,2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində 102 min 120 nəfər XI sinfi, 150 min 445 nəfər IX sinfi bitirir. Cari tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 milyon 706 min 935 nəfər təşkil edib.
Bu tədris ilində ölkə üzrə 137 min 862 şagird birinci sinfi bitirir.
Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərin buraxılış siniflərini 72 782 şagird bitirir. 2023-2024-cü tədris ilində BŞTİ tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 43 664, XI siniflərini 28 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirir.
Paytaxtda 42 070 nəfər I sinfi başa vurur. Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 505 372 şagird təhsil alır.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 29 767 müəllim fəaliyyət göstərir. 2023-2024-cü tədris ilində paytaxt üzrə 274 ümumi təhsil məktəbində fəaliyyət göstərən 971 məktəbəhazırlıq qrupuna 21 530 uşaq cəlb olunub.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 691 təhsil müəssisəsi fəaliyyət göstərir.
Bütün zəruri tədbirlər görüləcək...
Daxili İşlər Nazirliyi (DİN) “Son Zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi ilə bağlı valideynlərə çağırış edib. DİN-nin müraciətində bildirilib ki, Azərbaycanda “Son Zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görüləcək.
Valideynlərdən xahiş edirik ki...
DİN-dən bildirilib ki, tədbirlərin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla, iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi nəzərdə tutulub: “Bütün məzunları ictimai davranış qaydalarına ciddi əməl etməyə çağırırıq. Valideynlərdən xahiş edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil verməsinlər. Avtomobil yollarında hərəkətin təhlükəsizliyi DYP əməkdaşları tərəfindən mühafizə olunacaq, süni sıxlığın yaranmaması üçün dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər barəsində tədbirlər görüləcək”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09

