/ / Milli Televiziya və Radio Şurasının yaradılmasının 10-cu ildönümü ilə bağlı hesabat konfransı keçirilib
Milli Televiziya və Radio Şurasının yaradılmasının 10-cu ildönümü ilə bağlı hesabat konfransı keçirilib
04.10.2012 [02:32]
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül düzüblər.
Tədbir Milli Televiziya və Radio Şurasında davam etdirilib. Şuranın sədri Nuşirəvan Məhərrəmli teleradio sahəsində görülmüş işlər və gələcək planlar barədə məlumat verib. Qeyd olunub ki, bu illərdə ölkədə fəaliyyət göstərən ümumrespublika yayımçısı olan telekanalların sayı 9-a, regional yayımçıların sayı 14-ə, radio yayımçılarının sayı 14-ə, kabel şəbəkəsi yayımçılarının sayı isə 13-ə çatdırılıb.
N.Məhərrəmli bildirib ki, ölkədə bütün telekanallarda filmlərin yalnız Azərbaycan dilində səsləndirilməsinin təmin olunması barədə qərarlar qəbul edilib. Bundan əlavə, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl əməl edilib, milli teleserialların istehsalının stimullaşdırılması məqsədi ilə ölkədə yayımlanan bütün əcnəbi teleserialların yayımlanması dayandırılıb.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev MTRŞ-ın 10 illik fəaliyyətini yüksək qiymətləndirib. Bildirilib ki, Şura “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə dövlət başçısının 2002-ci il 5 oktyabr tarixli Fərmanı ilə yaradılıb. Yarandığı dövrdən bu günədək MTRŞ qanunvericiliklə ona verilmiş səlahiyyətlər daxilində öz fəaliyyətini qurub, televiziya və radio yayımlarının fəaliyyətini tənzimləyib, yayım zamanı ictimaiyyətin maraqlarını qoruyub, televiziya və radio yayımı sahəsində qanunvericiliyin icrasına nəzarəti həyata keçirib, beynəlxalq sahədə bir sıra teleradio qurumları ilə əməkdaşlıq edib. Şura bu müddət ərzində öz işini göstərə bilib, cəmiyyət tərəfindən qəbul olunub, qiymətləndirilib.
Ə.Mehdiyev “Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvlərinə fəxri adların verilməsi haqqında” və “Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarını oxuyub.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycanda televiziyanın və radionun sürətlə inkişaf etdiyini bildirib, bu yayım sahəsinin cəmiyyətdə, dövlətin həyatının bütün sahələrində öz yerini tutduğunu qeyd ediblər.
Bildirilib ki, MTRŞ bütövlükdə teleradio məkanında cəmiyyətimizin, ictimaiyyətin maraqlarının qorunması sahəsində mühüm tədbirlər həyata keçirilib. Şuranın üzvləri onların qarşısına qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəliblər.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10

