Ayrılığı qəbul edən peşə sahibləri...
25.06.2024 [11:00]
Dünya Dənizçilər Günüdür
Yeganə BAYRAMOVA
Çətin və şərəfli peşə sahibləri sırasında dənizçilər də yer alır. “Dənizçi dənizin dilini anlayar, dəniz isə dənizçinin kədərini, təkliyini alar”- deyirlər. Həm də dənizçi olmağı darıxmaq sözünə sinonim sayırlar - günlərlə, həftələrlə, bəlkə də aylarla su yolçuluğu edən dənizçilər bəzən su kimi sakit, bəzən dəniz kimi daşqınlıqları ilə də seçilirlər. “Allaha əmanət ol” deyərkən, həqiqətən də əmanətdir bu peşənin sahibləri... Dənizçiliyi seçənlər ayrılığı qəbul edir, dənizlərə meydan oxuyur və bəzən də böyük təhlükələrlə üz-üzə qalırlar. Məhz bu sahənin vacibliyini nəzərə alan İMO (Beynəlxalq Dəniz Təşkilatı) 2011-ci ildən başlayaraq hər il 25 iyun tarixinin Dünya Dənizçilər Günü kimi qeyd olunması təklifini irəli sürüb.
Günlərlə ailə üzvlərindən, sevdiklərindən uzaq olan mavi suların yolçuları ölkə iqtisadiyyatının inkişafında da böyük rol oynayırlar. Belə ki, dünya ticarətinin təxminən 90 faizi dəniz vasitəsilə həyata keçirilir. Yəni, geyimimizdən tutmuş, məişətdə istifadə etdiyimiz elektron əşyalara, hətta çörəyin hazırlanması üçün lazım olan taxıla qədər demək olar ki, əksər zəruri tələbat malları ünvanlarına gəmilərlə daşınır. Təbii ki, təlatümlü dənizləri, okeanları aşan gəmiləri idarə edən dənizçilər bu mənada böyük zəhmət çəkirlər - vacib bir missiyanı yerinə yetirirlər.
Amerikanı kəşf edən...
Dünya Dənizçilər Günündən danışarkən həyat hekayələri uzun əfsanə və nağıllar subyekti olan dənizçilərdən də söhbət açmaq yerinə düşərdi. Bu zaman sual yaranır: Dünyanın ən məşhur dənizçisi kimdir?
Yəqin ki, ən məşhur dənizçilər sırasında Xristofor Kolumbun adını çəksək, yanılmarıq. Bu dünyaşöhrətli səyyah və dənizçi geniş coğrafi biliklərə sahib idi. O, dənizçilik işində böyük təcrübə toplayaraq, Yerin kürə formasında olduğu fikrini dəstəkləyib. Həmin dövrlərdə dənizçilər İspaniya və Portuqaliya, Hindistana və Çinə yeni dəniz yolu tapmaq uğrunda rəqabət aparırdılar. Kolumb bununla bağlı layihəsini Portuqaliya Kralı II Juana təqdim edir. Kral bu layihəni qəbul etmədiyindən Kolumb
1484-cü ildə Portuqaliyanın rəqibi olan İspaniyaya köçür. İspaniya kraliçası İzabella isə bu layihəni bəyənir. 1492-ci il oktyabrın 12-də Baham adalarından biri olan San-Salvador, oktyabrın 29-da Kuba, dekabrın 6-da Haiti adaları kəşf edilir. “Santa Mariya” gəmisinin qəzaya uğraması səbəbindən 1493-cü ildə geri qayıdan Kolumba kraliça tərəfindən “Baş okean admiral”ı rütbəsi verilir.
18 yaşından həyatını dənizə bağlamışdı...
Məşhur dəniz səyyahı Ceyms Kuk da məşhur dənizçi - səyyahlardandır. Nökər ailəsində dünyaya göz açan Kuk 18 yaşında ikən yaxın məsafələrə üzən gəmiyə işə düzəlməklə həyatını dənizə bağlayır. Fransa ilə İngiltərə arasında yeddiillik müharibədə bacarığı ilə seçilən ingilis səyyah 1759-cu ildə zabit rütbəsi alır, gəmi ilə Hollandiya, Norveç və digər ölkələrə səfər edir. Böyük elmi nəticələr verən üç dünya səyahəti edən Kukun ən uğurlu səyahəti ilk ekspedisiyası olur. Sözügedən ekspedisiyada səyyahın qarşısına qoyulan əsas məqsəd “Naməlum Cənub” torpağını tapmaq olur. Beləliklə, ilk dəfə sübut edilir ki, Yeni Zellandiya cənub materikinin bir hissəsi olmayan və boğazla iki yerə ayrılan adalardan ibarətdir. Daha sonra Avstraliyanın şərq sahillərini mənimsəyib xəritəyə köçürən Ceyms Kuk ilk dəfə onun ayrıca bir materik olduğu fikrini irəli sürür və onu sübut edir.
Yer kürəsinin ətrafına ilk dövrə vuran dənizçi
Ferdinand Magellan isə Yer kürəsinin ətrafına ilk dövrə vuran dənizçi hesab olunur. Lakin Magellan dünya ətrafına ilk səyahətini başa çatdırmamış dünyadan köçür. Səfər bask dənizçisi Xuan Sebastyan de Elkano tərəfindən uğurla başa çatdırılır. 15-16-cı əsrlərdə İspaniya və Portuqaliya arasında torpaqların ələ keçirilməsi və yeni dəniz yollarının inkişafı uğrunda fəal rəqabət mübarizəsi gedirdi. 1505-1513-cü illərdə Magellan dəniz döyüşlərində iştirak edərək cəsur döyüşçü olduğunu da sübut edir. Bu keyfiyyətlərinə görə o, dəniz kapitanı rütbəsinə layiq görülüb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

