Bu il Azərbaycana və Gürcüstana səfər edən rusların sayı artıb, Ermənistana isə azalıb
05.08.2024 [17:07]
Cari ilin birinci yarısında Azərbaycana səfər edən rusiyalıların sayı 26 faiz artaraq 340 min nəfər olub. Həmçinin Gürcüstana səfər edən rusların sayı 31,5 faiz artaraq 522,7 min nəfər olsa da, Ermənistana səfər edənlərin sayı 17 faiz azalaraq qeyd olunan dövrdə təqribən 452,8 min nəfərə qədər enib.
AZƏRTAC Gürcüstan mediasına istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında 12,6 milyon Rusiya vətəndaşı xaricə səfər edib. Xaricə olan builki səfərlərin sayı 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 9 faiz çox olub. Həmin dövrdə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti 11,6 milyon səfər qeydə alıb.
Statistikaya görə, rusların ilin birinci yarısında səfər məqsədləri nəzərə alınmaqla ən çox səyahət etdikləri ölkələr arasında həm qonşu ölkələr (Qazaxıstan, Ermənistan və Gürcüstan), həm də turistlər arasında populyar olan xarici ölkələr (Türkiyə, BƏƏ, Misir, Tailand) üstünlük təşkil edib.
Rusiyalıların ənənəvi ən çox səfər etdikləri ölkələr sırasında Türkiyə yenə də liderlik mövqeyini qoruyub. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə rusiyalıların axını ötən illə müqayisədə 9,4 faiz artaraq təqribən 2,5 milyon səfər təşkil edib. Rusiyadan Çinə axın da nəzərəçarpacaq dərəcədə (üç dəfə - 793,4 min səfər) artıb.
Həmçinin ən çox ziyarət edilən ölkələrin ilk onluğuna Tailand (səyahətlərin sayı 30 faiz artıb) və Misir (15 faiz) daxildir. Qazaxıstan da rusiyalılar üçün populyar istiqamətlər sırasında olmasına baxmayaraq, bu ölkəyə səfərlərin sayı il ərzində 9 faiz azalaraq 1,2 milyon nəfərə çatıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17

