İstifadəçi çoxaldıqca...
12.09.2024 [09:07]
Ekspert: Bizim əsas üstünlüyümüz gənc insanlarımızın Avropaya nisbətdə daha çox olmasıdır
Dünyada və ölkəmizdə İT sahəsində çalışanların maaşlarının digər bəzi sahələrlə müqayisədə qənaətbəxş olması, insanların bu sahəyə olan marağını artırır. Bu gün İT imkanlarından istifadə etməyən sahə və insan demək olar ki, yox səviyyəsindədir. Hər bir sahədə İT avadanlıqlardan istifadə edilir və bu, gün keçdikcə çoxalır.
İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev “Yeni Azərbaycan” - a açıqlamasında bildirir ki, istifadəçilər çoxaldıqca, bu sahəyə xidmət göstərən işçilərə də təlabatın artması təbii prosesdir: “Hal-hazırda yaranan vəziyyətin bum effekti olduğunu düşünürəm. Bazarımızın bu tələbə necə cavab verdiyini araşdırmağa ehtiyac var. Eyni zamanda, bum effekti bazarda zamanla İT işçilərinin orta maaşının aşağı düşməsinə səbəb ola bilər. Əksi o zaman mümkün ola bilər ki, qurumlar öz işlərini görmək üçün daha çox İT imkanlardan faydalansınlar və İT layihələrin də, artımında da bum effekti yaransın”.
Mütəxəssis bildirir ki, eyni zamanda, universitetlərimizin bazara çıxardığı kadr potensialının da tələblərə cavab verməsi əhəmiyyətlidir. Onun sözlərinə görə, Universitetlərin də inkişaf üçün cəhd etdiklərini keçirilən tədbirlərdən müşahidə etmək olar: “Aydındır ki, informasiya texnologiyaları bizə Avropa və ABŞ-dan gəlmişdir. Amma təbii ki, bəzi Yaponiya, Cənubu Koreya, son dövrlərdə Çin kimi şərq ölkələrini də unutmaq olmaz”.
B.Əliyevin sözlərinə görə Qərbdə ortaya çıxan texnologiyalar, Azərbaycana gəlməkdə gecikmir: “Bizim ölkə olaraq, əsas üstünlyümüz və zənginliyimiz gənc insanlarımızın Avropaya nisbətdə daha çox olmasıdır. Bu zənginlik bizim bu sahəni təqib etmək və inkişaf etdirmək üçün, əsas amillərdən biridir. Amma Qərb ilə rəqib olmaq hələlik çətindir. İT avadanlıqların istehsalı və İT məhsullarımızın dünya bazarına çıxararaq, rəqabətliliyi təmin etmək lazımdır. O zaman bizim İT sferamız dünyada da öz sözünü deyəcəkdir”.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

