Növbəti möhtəşəm köç...
09.10.2024 [07:18]
Şuşa sakinlərinin sayı 823 nəfər oldu
İnsanlar kimi şəhərlərin də taleyi var. Sıldırım qayaların üstündə, dağların sinəsində yerləşən Qarabağın incisi, Azərbaycan təbiətinin möcüzəsi olan Şuşanın taleyi kimi... Bu möhtəşəm şəhərimiz, taleyi çox keşməkeşli olub, dəfələrlə hücumlara məruz qalıb, işğal altına düşüb. Lakin əcdadlarımızın ruhu hopmuş Şuşamız bütün zərbələrə baxmayaraq, mənəvi dəyərlərimizə hakim kəsilib. Təbii relyefinə və qəlbimizdəki yerinə görə Şuşa hər zaman ən ucalıqda yerləşib.
Təəssüf ki, 32 il bundan əvvəl Şuşa işğal edilərək, düşmənin əlinə keçmişdi. Bununla da orada doğulan, böyüyən soydaşlarımızın yurd həsrəti başladı. Rəsmi məlumata görə, Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa, 55 nəfər əsir düşüb və ya girov götürülüb. İşğal nəticəsində 22 min nəfərə yaxın azərbaycanlı məcburi köçkün düşüb. Şuşanın işğalı ermənilər üçün “böyük qələbə”, azərbaycanlılar üçün “ən ağır itki” kimi qəbul olunub. Bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. İşğala qədər Şuşada memarlıq abidəsi sayılan yüzlərlə yaşayış binası, mədəniyyət və tarixi abidə olub.
Şuşanın milli ruhunu silə bilmədilər!
Tarixi mənbələrə görə, Şuşa şəhəri ermənilər tərəfindən üç dəfə - 1905-ci, 1920-ci və 1992-ci illərdə dağıdılıb, yandırılıb, bu sənət məbədinə ağır zərbələr vurulub. Ermənilər öz havadarlarına arxalanaraq Şuşada tarixi keçmişimizi, mənəvi yaddaşımızı silməyə cəhd göstəriblər. Şəhərdəki mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər dağıdılaraq talan edilib, saxtakarlıqla erməniləşdirilməyə cəhd edilib. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini dağıdıblar. 29 il ərzində mənfur düşmən nə qədər çalışsa da Şuşanın ruhunu, görkəmini dəyişdirə bilmədi. Evlər sökülüb, tarixi abidələr sökülüb, məscidlər sökülüb, bulaqlar qurudulub, təbiətə vəhşi münasibət göstərilib, buna baxmayaraq, Şuşa öz milli ruhunu saxlaya bilib, onu silməyə düşmənin gücü çatmayıb...
Hər kəs əmin idi...
Bu müddət ərzində keçmiş məcburi köçkünlərimizin hamısı bilirdi və əmin idilər ki, Prezident İlham Əliyev onların yurd həsrətinin sona yetməsi üçün lazım olan bütün addımları atır. Dörd il öncə, noyabrın 8-də İkinci Qarabağ müharibəsi zamanı Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Bu möhtəşəm qələbə ölkə başçısının sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Daha 16 ailə
2024-cü il mayın 10-da isə nəhayət o gün gəlib çatdı, Şuşaya ilk köç reallaşdı. Ulu Öndərin doğum gününə təsadüf edən bu əlamətdar hadisə təbii ki, hər birimizin sevincinə və qüruruna səbəb olmuşdu. Xatırladaq ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən, 20 ailə olmaqla 88 nəfər köçürülmüşdü.
Dünən isə Şuşaya növbəti köç baş tutub. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı şəhərinin Qaradağ rayonundan Şuşa şəhərinə respublikanın müxtəlif ərazilərində məskunlaşmış ailələrdən ibarət köç karvanı yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 16 ailə - 60 nəfər köçürülüb.
Doğma yurda qayıdan Şuşa şəhər sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 220 ailənin, yəni 823 nəfərin daimi məskunlaşması təmin edilib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

