Taksi fəaliyyətində növbəti problem
18.10.2024 [07:17]
Qeyri-adekvat qiymət tənzimləməsi...
Taksi fəaliyyəti ilə bağlı xoşagəlməz hallar bitmək bilmir. Xüsusilə, son günlər ölkəmizdə fəaliyyət göstərən bir neçə taksi şirkətinin qiymət tənzimləmələri ilə bağlı narazılıqlar çoxalıb. Buna səbəb tariflərlə bağlı ziddiyyətin ortaya çıxmasıdır. Belə ki, sərnişinlər onların sistemində göstərilən gediş haqqı ilə sürücülərin sistemindəki qiymətlərin eyni olmadığını söyləyirlər. Qeyd edilir ki, müştəri sifariş verəndə qiymət 5 manat göstərirsə, taksiyə əyləşəndən sonra sürücü 7 manat yazdığını deyir. Yaxud da şirkət vətəndaşa endirim edirsə, bu, sürücünün sistemində görünmür. Son günlər belə hallar çoxalıb. Amma bunun nə ilə əlaqəli olduğu bəlli deyil. Vətəndaşlar belə halları taksi şirkətinin fırıldağı kimi qəbul edirlər. Sürücülər də etiraf edirlər ki, bəzi taksi şirkətləri belə problemlər yaşadır və nəticədə sürücü ilə müştəri “üz-göz olur”. Ümumiyyətlə, taksilərdə gediş haqlarının qiyməti artsa da, keyfiyyətdə irəliləyiş yoxdur. Ötən aylar qısa məsafə üçün iki-üç manat tələb olunurdusa, indi eyni məsafəyə görə ikiqat ödəniş olunur. Lakin problemlər bununla bitmir, bəzən sürücülər kartla edilmiş sifarişləri ləğv edir, bəzən isə tətbiqdə yeni avtomobilin gələcəyi göstərilsə də, göndərilən maşın köhnə model olur.
Bu, qanun pozuntusudur!
Mövzunu “Yeni Azərbaycan”a şərh edən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, taksilərdə qiymətlərin tənzimlənməsi aşağı hədlə bağlı olub. Yəni başlanğıc qiymət 2 manat 50 qəpik təyin edilib: “Ondan yuxarı həddi daşıyıcı şirkətlər, operatorlar özləri müəyyənləşdirir. Bunu müştəri sifariş verəndə aydın şəkildə görür. Ünvana gedib çatanda qiymət dəyişirsə, bu, artıq qanun pozuntusudur. Çünki ola bilsin şəxs ünvanı verir, getdiyi yerdən əlavə məsafə sürdürür, bu ayrı məsələdir. Sürücü onun qeydiyyatını aparırsa, qiymətdə artım ola bilər. Amma gediş haqqı vətəndaş və sürücüdə fərqli göstərilə bilməz. Bu yalnız sürücünün şifahi şəkildə dediyi formada ola bilər. Tutaq ki, gediş haqqı 5 manat yazıb, sürücü deyir ki, o bu məsafəyə 7 manata aparacaq. İki manat da əlavə alır. Təcrübədə belə hallar olub. Ola bilsin ki, şirkət müştəriyə endirim edib, amma bu, sürücünün sistemində görünmür. Belə halda sürücü şirkətə xəbər verməlidir ki, nəzərə alıb düzəltsinlər”.
20 min manatdan 40 min manata qədər cərimə
Sifariş yerinə köhnə maşının gətirilməsinə gəlincə, ekspert belə hallarla bağlı ciddi problemlərin olduğunu təsdiqləyib: “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də sürücülərə müraciət etdi ki, bu hallara son qoysunlar. Vətəndaşlara da müraciət olundu ki, belə halda “141” qaynar xəttinə məlumat versinlər. Bununla bağlı operatorları 20 min manatdan 40 min manata qədər cərimə gözləyir. Bu cərimələrin qarşısını almaq üçün “Bolt”, “Uber” kimi şirkətlər kampaniyalara başlayıblar. Deyirlər ki, əgər sizə təzə maşın təyin olunubsa, lakin real olaraq köhnə maşın gəlirsə, o halda onlara məlumat verilsin. Bunu edən vətəndaşa hədiyyə vəd edirlər. Yəni növbəti gedişlərdə endirim və s. Şirkətlər bu kimi hallarda vətəndaşlardan kömək istəyir. Vətəndaşlar da bu məsələdə bir az fəal olmalıdırlar”.
Vətəndaşın müdaxiləsi vacibdir
E.Muradlı qeyd edib ki, sərnişinlər sosial şəbəkələrdə narazılıq etsələr də, rəsmi şəkildə şikayət etmək istəmirlər: “Deyirlər ki, kiminsə çörəyinə bais olmaq istəmirlər. Həm xidmətdən narazılıq edirlər, həm də şikayət etmək istəmirlər. Dövlət bunun hamısına nəzarət edə bilmir. Vətəndaşın müdaxiləsi vacibdir. Çünki sürücülər təzə maşınla qeydiyyatdan keçirlər, köhnə ilə xidmət edirlər. Belə sürücülər arxayındır ki, 5-10 manat qazanacaqlar. Amma məsələ üzə çıxanda onların avtomobilləri sistemdən silinir, özlərinin də kimlikləri barədə məlumat toplanılır ki, gələcəkdə taksi sürücüsü ola bilməsinlər”.
Vaxtı gələndə cəzalarını çəkəcəklər...
Ekspert kartla edilən taksi sifarişlərinin sürücülər tərəfindən ləğv edilməsindən də danışıb: “Bunu çox vaxt sübut etmək olmur. Sürücülər belə əsaslandırırlar ki, uzaqdadırlar və gəlib çata bilməyəcəklər. Yəni səbəb sırf kart olsa, vətəndaş şikayət etməlidir. Sürücülər bilir ki, qanunda boşluq yoxdur. Sadəcə olaraq, dövlət humanistlik göstərir və onların üzərinə getmir. Vaxt gələcək onlar hər bir xırda səhvə görə bunun cəzasını çəkəcəklər, az qalıb”.
E.Muradlının sözlərinə görə, biznes sahəsi açıqdır və istənilən sahibkar taksi ilə bağlı sistemi qurub, bu işi görə bilər: “Amma yerli taksi şirkətləri mükəmməl sistem qura bilmirlər”.
Qeyd edək ki, ölkəmizdə taksi şirkətlərinin fəaliyyətinə nəzarət edən qurum Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir (AYNA). AYNA-nın mətbuat katibi Tural Orucov isə sözügedən məsələ ilə bağlı bildirdi ki, sərnişinlər bu kimi problemlər barədə taksi şirkətlərinə müraciət edərək operatorlardan müvafiq cavab ala bilərlər...
Yeganə Bayramova
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

