Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / FHN hava limanlarında təlim keçirib

FHN hava limanlarında təlim keçirib

30.10.2024 [10:42]

Fövqəladə Hallar Nazirliyi (FHN) və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti razılaşdırılmış plan-qrafik əsasında ölkə ərazisində fəaliyyət göstərən bəzi hava limanlarında birgə təlimlər keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Bakıda yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunda, Gəncə, Qəbələ, Füzuli və Naxçıvan hava limanlarında keçirilmiş təlimlərdə məqsəd hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda, hava limanları ilə Fövqəladə Hallar Nazirliyi arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsinin təşkili olub.

Fövqəladə Hallar Nazirliyi Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə reallaşdırılan təlimlərə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı, Gəncə, Şimal-Qərb, Qarabağ Regional mərkəzlərinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri, eyni zamanda, AZAL-ın müvafiq struktur bölmələri cəlb olunub. Təlimlər zamanı ssenariyə uyğun simulyasiyalar üzrə tapşırıqlar uğurla yerinə yetirilib, qarşıya qoyulan məqsədlərə nail olunub.

Paylaş:
Baxılıb: 546 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31