Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İspaniya Aİ-yə Seutada qalan qeyri-qanuni miqrantlarla bağlı kömək üçün müraciət edib

İspaniya Aİ-yə Seutada qalan qeyri-qanuni miqrantlarla bağlı kömək üçün müraciət edib

29.08.2026 [18:40]

İspaniya hakimiyyəti Afrikanın şimalındakı muxtar şəhəri olan Seutada qeyri-qanuni miqrantların yoxlanılması məqsədilə Avropa İttifaqının (Aİ) Sərhəd və Sahil Mühafizəsi Agentliyindən (Frontex) kömək istəyib. Onlar bu yay Mərakeşdən Seutaya keçiblər.

AZƏRTAC xəbər verir ki, İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska müvafiq sorğunu Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş İdarəsinin direktoru Beate Qminderə ünvanlayıb. Madrid qeyri-qanuni miqrantlarla bağlı prosedurları həyata keçirmək üçün 10 nəfər “Frontex” zabitinin göndərilməsini xahiş edir.

Məlumat verildiyi kimi, iyulun 30-31-də azı 72 min qeyri-qanuni miqrant Mərakeş və İspaniya sərhədini keçib. Hadisə zamanı İspaniya tərəfində 82, Mərakeş tərəfində isə 14 miqrant həlak olub. Yerli hakimiyyət orqanlarının qiymətləndirmələrinə görə, hazırda Seutada 5-8 min qeyri-qanuni miqrant qalmaqdadır.

Paylaş:
Baxılıb: 20 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31