“Azərişıq” paytaxt və bölgələrdə elektrik enerjisinin talanması hallarını aşkarlayıb
24.12.2024 [14:32]
“Azərişıq” ASC paytaxt və bölgələrdə sayğaclara aylıq baxış keçirilən zaman həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisinin talanması hallarına rast gəlib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, monitorinqlər zamanı Şəmkir Elektrik Şəbəkəsinin ərazisində yerləşən soyuducu anbara məxsus sayğaca müdaxilə olunaraq içərisinə uzaqdan idarə olunan qurğunun yerləşdirildiyi və nəticədə sayğacın dövrədən kənarlaşdırıldığı müəyyən edilib. Daha bir soyuducu anbara və marketə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Obyektlərlə yanaşı fərdi yaşayış evlərində də sayğaclara qanunsuz müdaxilə halları aşkar edilib. Lənkəranda evə məxsus sayğacın dövrədən kənarlaşdırıldığı, Şəmkirdə fərdi yaşayış evinə sayğac sxemindən kənar xəttin daxil olduğu müəyyən edilib. Paytaxtda Xəzər rayonunda 2, Binəqədidə 1 evdə belə hala rast gəlinib. Nizami rayonunda keçirilən monitorinq zamanı məlum olub ki, sayğaca müdaxilə olunaraq içərisində hesablama mexanizmi şuntlanıb, elektrik sayğacı dövrədən kənarlaşdırılıb.
Uçotdan kənar qoşulmalar elektrik xətlərinin həddən artıq yüklənməsinə, nəticədə həmin xətlər boyunca elektrik enerjisinin keyfiyyətinin azalmasına və gərginliyin aşağı düşməsinə səbəb olur. Qanunsuz müdaxilə halları aşkar edildikdə abonentlərin elektrik enerjisi təchizatı dərhal dayandırılaraq barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

