Sosial prinsipə əsaslanan tarif tənzimlənməsi
07.01.2025 [09:27]
Kommunal sektorda tarif dəyişiklikləri dayanıqlı və keyfiyyətli xidmətin göstərilməsinə şərait yaradacaq
Məlum olduğu kimi Tarif Şurasının 2025-ci il yanvarın 2-də qəbul etdiyi qərarlara əsasən, kommunal xidmətlərin və dərman vasitələrinin qiymətləri tənzimlənib. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. Bunun da səbəbi indiyədək bu sahədə işlərin dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilməsi olub.
Yeni tənzimləmlərdən sonra bu sahədə vahid idarəetmə sistemi tətbiq olunmaqla pərakəndəliyə son qoyulub. Su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiq edilib. Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiqlənib.
Bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərclərin azalmasına, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, eləcə də maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə, habelə əlavə yığımlar hesabına investisiya qoyuluşuna şərait yaradacaq.
Su pulunda qiymət dəyişikliyi olmayıb
Məsələ ondadır ki, bəzi sosial media seqmentlərində su tariflərinin tənzimlənməsi süni şəkildə qiymət artımı kimi təqdim olunur və bu, abonentlərin aylıq sərf etdiyi su və kanalizasiya xidmətləri üzrə tariflərin bahalaşması kimi səciyyələndirilir. Qətiyyən belə bir şey yoxdur və su-kanalizasiya tariflərində heç bir dəyişiklik olunmayıb, tariflər əvvəlki illərdə təyin edilmiş əmsallar üzrə müəyyənləşməklə qüvvədədir.
Tarif tənzimlənməsinin həyata keçirildiyi sahələrdən biri olan istilik təchizatı xidmətindəki qiymət dəyişikliyinə gəlincə, bu, qeyd olunan sahədə xərclərin maya dəyərinin hədsiz dərəcədə yüksək olması və rentabelli fəaliyyətin pozulması ilə bağlıdır. Belə ki, istilik təchizatı sahəsində sonuncu qiymət tənzimlənməsi 14 il əvvəl aparılıb və sonrakı illərdə təbii qazın və suyun maya dəyərinin artmasına baxmayaraq bu sektorda qiymətlər sabit qalıb. Bu isə xərclərin böyüməsi və təsərrüfat fəaliyyətinin ritminin pozulması, dövlətin subsidiyalarından asılılığın artmasına gətirib çıxarıb. “Azəristiliktəchizat” ASC üzrə 1 m2 sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1 manat 10 qəpik təşkil etdiyi halda, 2011-ci ildən qüvvədə olan ödənişlərin 1 m2 sahə üzrə tarifi 15 qəpik olub. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiyalar hesabına qarşılanır və hər il büdcədən bu sahəyə 50 milyon manata yaxın dotasiya ayrılır. Nəticədə büdcə asılılığı həmin sahədə təsərrüfat fəaliyyətinin tənzimlənməsində ciddi problemlərə səbəb olur. Bu baxımdan qeyd edilən sahədə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Belə ki, “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün 30 qəpik səviyyəsində təsdiq edilib.
İstilik təchizatı sistemində xərcləri yenə də dövlət üzərinə götürəcək
Yeri gəlmişkən, yeni qiymət tənzimlənməsindən sonra da, istilik təchizatı sistemindən əldə edilən yığımlarla xərclərin qarşılanması mümkün deyil. Dövlət vətəndaşların sosial vəziyyətinin nəzərə alaraq bu sahədə xərcləri yenə də öz üzərinə götürəcək. Ancaq bununla yanaşı, yeni tarif tənzimləməsi sayəsində dövlət büdcəsindən asılılıq azalacaq, istilik təchizatının əhatəsinin genişləndirilməsinə və bu sahədə xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaranacaq.
Təbii qaz tarifləri ilə bağlı tənzimlərin də məqsədi bu sahədə xərc-maya dəyəri-yığım əmsalı arasındakı uyğunsuzluğu aradan qaldırmaqdır. Ölkəmizdə təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır. Bu, iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb. Bu sahədə də sosial prinsip əsas götürlüb və dövlətin yürütdüyü sosial siyasətə əsasən, enerji resurslarından səmərəli isfadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kubmetr təbii qazın tarifi dəyişdirilməyib.
Əhali üzrə illik istehlak həcmi isə 1200 kubmetr olan limit üzrə 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1200 kubmetr- 2500 kubmetr limit üzrə 2 qəpik artırılaraq 20 qəpikdən 22 qəpik müəyyənləşib. 2500 kubmetrdən çox olan hissə üçün tariflər 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.
İşıq və qazın yeni tarifləri əhalinin böyük hissəsinin xərclərinə cüzi təsir edəcək
Tarif dəyisikliyi əhalinin aztəminatlı hissəsinə demək olar ki, təsir göstərmir. Belə ki, əhali abonentlərinin 48-50 faizinin illik qaz sərfiyyatı 1200-1500 kubmetr arasındadır və yeni tarif onların aylıq xərcinə təxminəmn 32 qəpik təsir göstərəcək. Abonentlərin 39 faizi üzrə üzrə aylıq xərcdə 1 manat 43 qəpik fərq olacaq. Göründüyü kimi bu sahədə də sosiallıq prinsipinə istinad edilib. Yaxud elektrik enerjisi tariflərində də eyni sosial yanaşmaya üstünlük verilib. Əhali üzrə aylıq istehlak həcmi 200 kVts olan hissə üçün 1 kilovatt-saat elektrik enerjisinin tarifi 0,4 qəpik artırılaraq 8 qəpikdən 8,4 qəpiyə, 200 kilovatt-saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik artırılaraq 9 qəpikdən 10 qəpiyə dəyişdirilib. Nəzərə alsaq ki, ölkə üzrə əhalinin 50 faizindən çoxu 200-300 kVts elektrik enerjisi istifadə edir və tarif tənzimlənməsi onların aylıq xərclərinə 40-80 qəpik təsir göstərəcək. Hətta abonentlərin 65 faizi üzrə 45 qəpik xərc yaranacağı proqnozlaşdırılır.
Göründüyü kimi kommunal sektorda tarif dəyişiklikləri bu sahədə də dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə imkan yaranacaq.
Tarif dəyişikliyinin edildiyi digər sahə olan dərman vasitələrinin qiymətində tənzimləmələr də sosial əhəmiyyət kəsb edir və etibarlı təchizatın yaradılması məqsədi daşıyır. Belə ki, müvafiq tənzimləmələrdən sonra yeni dövlət qeydiyyatına alınan təxminən 100 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib.
Məhəmməd
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

