Dəri problemləri...
29.01.2025 [08:26]
Sızanaqların yaranmasına səbəb nədir?
Sızanaq problemi hər zaman aktual mövzulardan biri olub. Əsas səbəbi kimi ekoloji mühit, şəxsi gigiyena qaydalarının gözlənilməməsi, keyfiyyətsiz kosmetoloji vasitələr, əsəb, mədə-bağırsaq xəstəlikləri və s. göstərilir. Çox vaxt insanlar hansı dəri tipinə sahib olduqlarını, necə qulluq vasitəsinə ehtiyac duyduqlarını bilmirlər. Bu zaman hansı müalicə növünün zərərli olduğunu anlamayaraq reklamlara inanır və müxtəlif qulluq vasitələrindən istifadə edirlər. Belə olanda isə ciddi fəsadlarla, xüsusilə də sızanaqlarla üzləşirlər.
Sızanaq nədir və niyə yaranır?
Yetkinlik dövründə yeniyetmələrdə sızanaqlar yağ bezlərinin həddindən artıq işləməsi və məsamələrin tıxanması nəticəsində yaranır. Problem dərinin həddindən artıq yağlanması və dəridə qara nöqtələrin, qırmızı püstüllərin, çapıqların və izlərin görünüşü ilə müşayiət olunur. Bunlar əsasən bütün üzdə, bəzən isə boyun, sinə və çiyinlərdə görünür. Əksər yeniyetmə və gənclərdə bu hala rast gəlinsə də, çox nadir halda dermatoloqa müraciət olunur. Bu da doğru deyil.
Keyfiyyətsiz dərmanlar...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən həkim-kosmetoloq Tamilla Məmmədova bildirib ki, sızanaqlar üçün dekorativ kosmetikanın istifadəsi arzuolunmazdır. Çünki bu vasitələr üz dərisindəki məsamələri bağlaya və problemi çətinləşdirə bilər: “Bir sıra amillər var ki, sızanaq simptomlarının şiddətlənməsinə səbəb olur. Bəzi dərmanlar, məsələn, hormon dərmanları, qıcolma əleyhinə olan preparatlar, yağlı və ağır kosmetikanın tətbiqi, yüksəkrütubətli iqlim şəraiti, yüksək glisemik qidaların qəbulu kimi faktorları nəzərə almaq lazımdır. Sızanaqlara səbəb olan amillərdən biri də kosmetik vasitələrdir. Dəriyə uyğun qulluq vasitələri tətbiq edilmədikdə, sızanaqlar yarana bilir. Adətən kosmetika sızanaqları gizlətmək üçün istifadə edilir, amma bu, nəinki üzdəki qüsurları gizlədir, hətta sızanaqların sağalmasını gecikdirir”.
Xəstəliyin inkişafı
T.Məmmədovanın sözlərinə görə, səpkilərin formasından asılı olaraq, xəstəliyin inkişafı 4 mərhələyə bölünür: “1-ci mərhələ. Üzün bir hissəsi, əsələn, alın və ya çənə zədələnir. Adətən komedon səpkisi, nadir hallarda isə papula və ya pustulalar aşkarlanır.
2-ci mərhələ 1-ci mərhələdən səpkilərin sayına görə fərqlənir. Üzün daha çox hissəsi, bəzən bədən də sızanaqlarla örtülür. Səpkilər 1-ci mərhələdə olduğu kimi komedonlar, tək-tək papula və pustulalardan ibarət olur. 3-cü mərhələ. Komedonlarla yanaşı papula və pustulalar da çoxluq təşkil edir. İltihabi proses parlaq şəkil alır. Dərinin qaşınması və qızartı mümkündür.
Dəri xəstəliyi, yoxsa...
Dermatoloqun sözlərinə görə, yüngül sızanaqlar bir neçə həftəyə, daha dərin, iri ölçülü, yağlı və irinli sızanaqlar 3-6 ay arası, daha ağır formalı sızanaqlar bir ildən daha uzun müddətə müalicə edilir: “Dəri növünə görə sızanaqlara yanaşma fərqlidir. Əsas məsələ özünü müalicə metodundan çəkindirməkdir. Sızanaqlara bənzər dəri xəstəlikləri var ki, elə bilirsən aknedir. Məsələn, göbələklər. Saçını yuyur, nəmli şəkildə yatır və həmin nahiyədə göbələklər yaranır. Həmin göbələklər də alın nahiyəsinə gəlib çatır.
Ümumilikdə qeyd edək ki, sızanaqlardan qurtulmaq problemin nə qədər ciddi olmasından asılıdır. Əgər sızanaqlar müntəzəm olaraq çoxlu sayda görünürsə, ağrılıdır və izlər buraxırsa, həkimə müraciət etmək lazımdır. Əvvəlcə üzdəki problemlərin bu vəziyyətə səbəb olduğu müəyyən edilməlidir. Bu, qan testləri, dermatoskopiya, ultrasəs və ya digər üsullarla həyata keçirilir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59

